Icma.az
close
up
RU
Azərbaycan Macarıstan əlaqələri möhkəm təməl üzərində qurulub

Azərbaycan Macarıstan əlaqələri möhkəm təməl üzərində qurulub

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan özünün xarici əlaqələrinin istər müxtəlif beynəlxalq təsisatların tərkibində, istərsə də ayrı-ayrı ölkələrlə ikitərəfli və ya çoxtərəfli formatlarda inkişaf etdirilməsini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. O cümlədən hazırda bir çox Avropa dövlətləri ilə ölkəmizin əlaqələri artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Artıq uzun müddətdir ki, Azərbaycanla dostluq münasibətlərini inkişaf ölkələrdən biri də Macarıstandır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin may ayının 20-si tarixində Macarıstana işgüzar səfəri bunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı Budapeştdə mətbuata verdiyi bəyanatında da vurğuladı ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyi daha da gücləndirəcəklər. Azərbaycan və Macarıstan arasında olan strateji tərəfdaşlıq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Xüsusilə bu gün Azərbaycan və Macarıstan energetika sahəsində uğurlu əməkdaşlıq edirlər.

Ölkələrimizin ikitərəfli gündəliyi də kifayət qədər genişdir. Macarıstan şirkətləri Azərbaycanın “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında həyata keçirilən iki əsas neft və qaz layihəsində pay sahibidirlər. Növbəti ildən isə Azərbaycanın qurudakı neft yataqlarında da Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Azərbaycan keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Ölkəmizin təbii qaz ehtiyatları imkan verir ki, Macarıstanın tələbatı tam ödənilsin. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan   10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Maraqlıdır ki, boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan nəinki Avropa məkanında, hətta dünya miqyasında qabaqcıl yerlərdədir. Cənab Prezident öz bəyanatında qeyd etdi ki, bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Eyni zamanda da ölkəmiz Macarıstanla yaşıl enerji üzrə fəal işləyir. Növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal olunacağı gözlənilir. Təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti Türkiyə və Avropa ölkələri olacaqdır.

Sonda bir mühüm məqamı da qeyd edək ki, Macarıstanın müstəqil siyasət aparan nadir ölkələrdən olması Azərbaycanla dostluq əlaqələrinin inkişafı baxımından son dərəcə mühüm amildir. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Lakin Macarıstanın Baş naziri həmişə öz ölkəsinin və xalqının milli maraqlarını hər şeydən üstün tutub. Məhz bu yanaşma ölkələrimiz arasında yaxınlaşmanı stimullaşdıran əsas amillərdən biri olub.

Natiq Quluzadə,

YAP Zəngilan rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri