Icma.az
close
up
RU
Azərbaycan MDB dən çıxa bilər

Azərbaycan MDB dən çıxa bilər

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın Müstəqil Dövlətlər Birliyini (MDB) tərk edə bilər. 

Rusiya mediasının yazdığına görə, rəsmi Bakının MDB-nin işində iştirak etməməsi Azərbaycanın birlikdən çıxacağını göstərir. Hətta Rusiya kütləvi informasiya mənbələri Azərbaycanın MDB-ni tərk edə biləcəyinə dair Rusiya tərəfinə məlumat verildiyini yazır. Məlumatda qeyd edilir ki, Azərbaycan MDB-ni tərk edəcəyi təqdirdə, Rusiya ilə birgə üzv olduğu yeganə təşkilatdan çıxmış olacaq. 

Beləliklə, Azərbaycan Gürcüstan və Ukraynadan sonra MDB-də fəaliyyətini dayandıran üçüncü postsovet ölkəsi olacaq. Qeyd edək ki, Azərbaycan son aylar MDB-nin iclaslarına nümayəndə heyəti göndərmir. MDB-nin baş katibi Sergey Lebedev iyul ayında verdiyi açıqlamada bildirmişdi ki, rəsmi Bakının Moskvaya nümayəndə göndərməməsi müvəqqətidir və bu vəziyyət tezliklə normallaşacaq. O, Azərbaycanın MDB-dən çıxacağına inanmadığını deyib. 

Ancaq son günlər Azərbaycanın adıçəkilən təşkilatdan çıxması məsələsi yenidən gündəmə gəlib. Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyi 1991-ci ildə SSRİ-nin dağılmasından sonra ittifaqa daxil olan respublikalar arasında siyasi, iqtisadi və mədəni əlaqələri qorumaq üçün yaradılıb. Yəni məqsəd Sovet İttifaqının dağılması prosesinin daha dinc yolla təmin edilməsinə və mümkün siyasi xaosun qarşısını almağa hesablanmışdı. MDB həm də SSRİ-nin mülkiyyətinin bölüşdürülməsi baxımından vacib hesab edilirdi.  Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi ilə MDB-yə qoşulsa da, bu birliyə maraq göstərmirdi. 

Çünki Birinci Qarabağ müharibəsində Rusiya Ermənistana açıq hərbi dəstək verdiyinə görə Azərbaycan MDB-ni dövlət müstəqilliyi üçün təhdid kimi qəbul edirdi. Yalnız 1993-cü ilin sentyabr ayında Azərbaycan parlamenti Almatı Bəyannaməsini ratifikasiya etdikdən sonra MDB-yə tamhüquqlu üzvlük reallaşdı. Müstəqil Dövlətlər Birliyi keçid dövrü üçün nəzərdə tutulsa da, sonralar rəsmi Moskva bu qurumu postsovet ölkələrini Rusiyanın siyasi orbitində saxlamaq vasitəsi kimi istifadə etməyə başladı. Lakin 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi təcavüzündən sonra MDB daxilində mərkəzdənqaçma prosesi başladı. 

2008-ci il avqustun 14-də Gürcüstan parlamenti MDB-dən çıxmaq haqqında qərar qəbul etdi. Ukrayna da öz növbəsində, MDB çərçivəsində imzalanmış ikitərəfli və çoxtərəfli sazişlərdən çıxmaqla MDB-ni tərk etmək qərarına gəlib. Bundan başqa, 2023-cü ildən başlayaraq, Moldova da MDB-dən çıxmaq barədə konkret addımlar atmağa başlayıb. Artıq Moldova MDB Dövlətlərarası Assambleyasının üzvü deyil. 

Xüsusilə də Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya qarşı genişmiqyaslı işğalçılıq müharibəsinə başlaması və SSRİ-ni bərpa etmək siyasəti postsovet ölkələrin MDB-dən uzaqlaşdıran ikinci amilə çevrilib. Yəni Avropa İttifaqına inteqrasiya siyasətinə üstünlük verən dövlətlər MDB-dən çıxmaq məcburiyyətindədir. Bu baxımdan, Ermənistanın da yaxın perspektivdə MDB-ni tərk edəcəyi gözlənilir. Çünki Avropa İttifaqına üzvlük haqqında qanun qəbul edən rəsmi İrəvan bu məsələni Ermənistan konstitusiyasında təsbit etməlidir. 

2026-cı ilin sonu, 2027-ci ilin əvvəlində Ermənistanda keçiriləcək referendum zamanı Avropa İttifaqına üzvlük məsələsi çocx güman ki, yeni konstitusiya layihəsinə daxil ediləcək. Bu halda Ermənistan MDB, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının sıralarında qala bilməz. 

Ona görə də Ermənistanın da MDB-dən çıxacağı istisna edilmir. Qoşulmama Hərəkatına üzv olan Azərbaycan daha çox neytrallıq siyasətinə üstünlük verir. Bu baxımdan, Azərbaycanın MDB-də qalması ciddi siyasi divident vəd etmir. Əksinə, Rusiyanın Azərbaycanın milli təhlükəsizliyinə qarşı təhdid siyasəti rəsmi Bakının MDB-dəki fəaliyyətinə yenidən baxılmasını zəruri edir. 

Rusiya Azərbaycanın mülki təyyarəsini vurur, azərbaycanlı miqrantları milli mənsubiyyətinə görə döyür, öldürür, ölkədən qovur. Bu gün Rusiya Azərbaycana qarşı informasiya müharibəsi aparır. Deməli, MDB məkanı Azərbaycan üçün təhlükəsiz deyil. Belə olan halda MDB-də qalmaq Azərbaycan üçün vacib deyil. Hazırda Azərbaycanı MDB-yə üzv olan digər ölkələrlə daha sıx iqtisadi və ideoloji sahələrdə əməkdaşlıq platformaları birləşdirir. 

Məsələn, Türk Dövlətləri Təşkilatı ilə Azərbaycanı yalnız ideoloji, tarixi, milli, mədəni əlaqələr bağlamır. Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiya vasitələrinin açılmasından və Orta dəhlizin işə düşməsindən sonra TDT geoiqtisadi platforma kimi MDB-dən daha əhəmiyyətli rol oynayacaq. Bu da Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin Avrasiya nəqliyyat-ticarət dəhlizinin üzərində yerləşməsi ilə bağlıdır. 

Eyni zamanda, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən və bütün ölkədə dövlət suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazın 1992-1993-cü illərdə Rusiya tərəfindən qurulmuş geosiyasi arxitekturasını dəyişib. Artıq Azərbaycan bölgədə Türkiyə ilə strateji müttəfiqliyə əsaslanan müstəqil siyasət yürütdüyündən MDB kimi qurumlarda iştiraka ehtiyac qalmır.  Çoxqütblü dünya nizamının formalaşması MDB məkanında Çin, ABŞ, Avropa İttifaqı, Britaniya, Türkiyə kimi güc mərkəzlərinin təsirinin artması ilə müşahidə olunur. Bu kontekstdə MDB-nin tarixin siyasi arxivinə köçdüyünü görmək olar. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: Azərbaycan MDB

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see270

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see259

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see242

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see241

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see239

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see190

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see187

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see187

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see180

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see172

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see166

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see164

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see164

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see164

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see163

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see161

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see160

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see152

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see152

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri