Icma.az
close
up
RU
Rusiyada məqsədyönlü oyunlar: Azərbaycan MDB dən çıxa bilər?

Rusiyada məqsədyönlü oyunlar: Azərbaycan MDB dən çıxa bilər?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya təhlükəsizlik qüvvələri tərəfindən Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilən reydlər zamanı iki qardaşın - Ziyəddin və Hüseyn Səfərovların ölümü, habelə soydaşlarımıza qarşı tətbiq edilən işgəncələr Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaranmasına səbəb olub.

Bu hadisələr etnik əsaslı və məqsədyönlü şəkildə olduğu üçün Bakı Moskva ilə bir neçə səviyyədə əlaqəni məhdudlaşdırıb. Rusiya ilə yüksəksəviyyəli diplomatik görüşlər və mədəni tədbirlər ləğv edilib. Bu istiqamətdə gündəmə gələn məsələlərdən biri də hazırda Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində təşkil olunan və sentyabrın 28-dən oktyabrın 8-ə qədər Gəncə və digər 6 şəhərimizdə keçirilməsi planlaşdırılan III MDB Oyunlarının ləğvidir. Bununla yanaşı, MDB-nin keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik olduğunu da nəzərə alsaq, Azərbaycanın qurumdan çıxması da müzakirə predmetidir. Bəs bu nə qədər mümkündür?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, MDB uzun müddətdir ki, effektiv institutdan daha çox, formal platforma təsiri bağışlayır:

"Təsisatda siyasi və hüquqi mexanizmlər kifayət qədər zəifdir. Təşkilatın qəbul etdiyi sənədlərin əksəriyyəti də tövsiyə xarakteri daşıyır və icrası məcburi deyil. Üzv ölkələrin açıq və birbaşa olmasa da, fərqli geosiyasi oriyentasiyaları var. Digər tərəfdən, Azərbaycan üçün də MDB heç vaxt strateji platforma olmayıb, daha çox, münasibətləri diplomatik səviyyədə qorumaq üçün alternativ vasitə rolunu oynayıb".

"Qeyd edim ki, hüquqi baxımdan istənilən üzv dövlət birliyin tərkibindən çıxmaq səlahiyyətinə malikdir. Prosedur mürəkkəb deyil. Çıxış üçün rəsmi müraciət və müəyyən keçid müddəti kifayətdir. Bununla belə, bu cür addımın atılması həm geosiyasi, həm də iqtisadi baxımdan ciddi qiymətləndirmə tələb edir", - parlamentari vurğulayıb.

MDB Oyunlarının ləğvi ilə bağlı sualı cavablandıran millət vəkili əlavə edib ki, bu, daha çox humanitar xarakter daşıyır:

"Belə tədbirlər üzv ölkələrdə gənclər arasında dostluq münasibətlərini təşviq etmək məqsədi güdür".

"Bütövlükdə isə MDB Azərbaycanın iqtisadi-siyasi gündəmində həlledici təsir vasitəsi deyil. Təşkilat daha çox, keçmiş postsovet məkanında formal əməkdaşlıq aləti rolunu oynayır və bundan sonra da ciddi əməkdaşlıq platformasına çevriləcəyi ehtimalı azdır".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri