Azərbaycan media landşaftı üzrə məlumat bazasının hazırlanması layihəsi keçirildi VİDEOREPORTAJ Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 28-də Mətbuat Şurasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşən "Azərbaycan media landşaftı üzrə məlumat bazasının hazırlanması" layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri yeni yaranmış "Media landşaft"ı barədə media nümayəndələrinə geniş məlumat verib.
O, bildirib ki, sözügedən məlumat bazası 7 aya formalaşdırılıb.
Daha sonra tədbirdə çıxış edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli mövcud layihənin beynəlxalq standartlara tam uyğun şəkildə yaranmasına diqqət çəkib.
Ekspert "Media landşaft"ının əhatə etdiyi məzmunlara da toxunaraq onların əhəmiyyətini vurğulayıb.
Tədbirin davamında Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Umud Mirzəyev, Hacıbəy Heydərli də yeni məlumat bazasının fəaliyyətə başlaması münasibətilə fikirlərini söyləyib, uğurlar arzulayıblar.
Tədbirdə eyni zamanda Medianın İnkişafı Agentliyinin rəsmisi, bir çox sayt rəhbərləri və telekanal əməkdaşları da iştirak edib.
AZXEBER.COM adıçəkilən tədbirdən videoreportaj hazırlayıb.
Həmin videoreportajı təqdim edirik:
Mikayıl Mirzəzadə
Xanlar Əlizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 28 Noyabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















