Icma.az
close
up
RU
Azərbaycan mediası beynəlxalq müstəvidə: “Zəruri məqamlarda...”

Azərbaycan mediası beynəlxalq müstəvidə: “Zəruri məqamlarda...”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür. 

Bu gün bütün dünyada medianın vacibliyini, jurnalistlərin peşə etikasına sadiqliyini və informasiya azadlığının qorunmasını xatırladan xüsusi gündür.

Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib.

Azərbaycanda da jurnalistlər bu gün üzləşdiyi çətinliklər və medianın cəmiyyətdə rolu haqqında fikirlərini bölüşürlər. 

Bəs jurnalistlər arasında həmrəyliyin təmin olunması beynəlxalq media məkanında Azərbaycanın yeri və roluna hansı təsiri göstərə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib ki, jurnalistlərimiz arasında həmrəyliyin hansı səviyyədə olduğu məni narahat edir.

O qeyd edib ki, media yalnız monolit və həmrəy olduğu zaman dördüncü hakimiyyət rolunu oynaya bilər:

“Media nə zaman dördüncü hakimiyyət olur? Nə zaman hakimiyyətin bir qolu olur? O zaman ki, monolit olur, güclü olur, birlikdə, həmrəy şəkildə çıxış edir.

Bu gün çox istərdik ki, Azərbaycan mətbuatı həmrəy olsun, bütün məsələlərdə vahid mövqedən çıxış etsin, jurnalistlər bir-birinə dəstək versin. Jurnalistlərimiz bir-birinə dəstək olsunlar.

Hazırda müxtəlif qurumlar var və onlar ayrı-ayrılıqda fəaliyyət göstərirlər. Zəruri məqamlarda birlikdə dövlətin mövqeyini də müdafiə edirlər. Amma ümumilikdə jurnalistlərimiz arasında həmrəyliyin hansı səviyyədə olduğu sualı şəxsən məni narahat edir”.

Onun sözlərinə görə, jurnalistlər bir-birinə dəstək göstərməli, həmkarlarının uğurlarına sevinməlidirlər:

“Məsələn, bir həmkarımız işdən çıxdıqda və ya iş yeri ilə müəyyən problemlər səbəbindən ayrıldıqda digər həmkarlarımızın ona münasibəti necədir?

Yəni mən məsələyə bu prizmadan yanaşmaq istəyirəm. İllərdir ən çox tənqid etdiyimiz məqamlardan biri də budur ki, jurnalist işdən çıxarılanda və ya qovulanda buna digər jurnalistlər biganə yanaşmamalıdır. Bunu jurnalist jurnalistə rəva görməməlidir. Əksinə, jurnalist jurnalistin uğuruna sevinməlidir”.

O bildirib ki, digər peşə sahibləri arasındakı həmrəyliyi jurnalistlər arasında görə bilmirik:

“Təəssüflər olsun ki, həkimlər, müəllimlər və digər peşə sahibləri arasında gördüyümüz həmrəyliyi jurnalistikada görə bilmirik. Mən Azərbaycan mətbuatına bu həmrəyliyi arzulayıram.

Çünki yalnız həmrəy olduğumuz zaman güclü olacağıq, məsələlərdə söz sahibi kimi çıxış edəcəyik və hakimiyyətin digər qolları bizimlə güc mərkəzi olaraq hesablaşacaq. Mən bunları arzu edirəm”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: media Aqil Ələsgər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri