Icma.az
close
up
RU
Azərbaycan mediası milli maraqların etibarlı müdafiəçisidir

Azərbaycan mediası milli maraqların etibarlı müdafiəçisidir

Icma.az, Modern.az saytına istinadən bildirir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

22 iyul tarixi Azərbaycan ictimai fikrində xüsusi önəm kəsb edir. Məhz 1875-ci ilin həmin günü böyük maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə milli mətbuatın təməli qoyulmuşdur. Qəzetin səhifələrində o dövrün ən qabaqcıl ziyalıları öz ideyalarını yayaraq ictimai şüura təsir göstərmişlər. Bu vaxtdan etibarən mətbuat xalqın maarifləndirilməsi, milli kimlik şüurunun formalaşması, ictimai-siyasi proseslərin izlənməsi və yönləndirilməsi baxımından əvəzsiz rol oynamışdır.

22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur və bu əlamətdar hadisə milli oyanış, azad fikir və ictimai düşüncənin başlanğıcı kimi qəbul edilir. “Əkinçi”dən sonra yeni qəzet və jurnalların yaranması ilə maarifçilik hərəkatı gücləndi, milli azadlıq və istiqlal ideyaları yayılmağa başladı. Mətbuat cəmiyyətin güzgüsünə çevrilərək sosial dəyişikliklərə təkan verdi və milli özünüdərkin əsas sütunlarından biri oldu.

Azərbaycan mətbuatının inkişafı üçün dönüş nöqtəsi 1993-cü ildən başlayır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar fonunda söz və məlumat azadlığı konstitusion prinsip səviyyəsinə qaldırıldı. 1998-ci il avqustun 6-da senzuranın ləğvi ilə ölkə tarixində azad və demokratik mətbuatın inkişafı istiqamətində yeni mərhələ başlandı. 

Tarixi ənənəyə və zəngin irsə söykənən müasir mətbuatımızın bu inkişaf yolu dövlət dəstəyi və cəmiyyətin etimadı ilə davam etdirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə media islahatları yeni mərhələyə qədəm qoymuşdur. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir və media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülür.

2021-ci il dekabrın 30-da qəbul edilən “Media haqqında” Azərbaycan Respublikası Qanunu media fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirir. Qanunun əsas məqsədi informasiya təhlükəsizliyi, sağlam informasiya mühiti və jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Bu, həmçinin medianın rəqəmsal dövrə uyğunlaşdırılması istiqamətində mühüm addımdır. Artıq Azərbaycan mətbuatı təkcə milli informasiya məkanı ilə məhdudlaşmır, qlobal informasiya sisteminin fəal iştirakçısı kimi beynəlxalq müstəvidə də öz yerini möhkəmləndirmişdir.

Milli mətbuatın yubileyləri dövlət səviyyəsində geniş şəkildə qeyd olunmuş, bu sahədə çalışan insanların əməyinə yüksək qiymət verilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə  2025-ci il fevralın 3-də “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdur. Həmçinin 25 aprel 2025-ci il tarixində dövlətimizin başçısı “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sözügedən qərarlar media tarixində mühüm mərhələ kimi xüsusi önəm kəsb edir.

Hazırda ölkə mediası ənənəvi və rəqəmsal formatlarda, həm çap, həm də onlayn platformalarda fəaliyyət göstərir. İnternet jurnalistikası sürətlə inkişaf edir, sosial media vasitəsilə informasiya paylaşımı genişlənir. Bu proses medianın həm lokal, həm də beynəlxalq təsir gücünü artırır. 

Söz və mətbuat azadlığı demokratik cəmiyyətin əsas təməllərindəndir. Ölkə rəhbərliyinin həmin sahəyə göstərdiyi ardıcıl diqqət nəticəsində ölkə mediası daha peşəkar, daha müstəqil və daha təsirli bir gücə çevrilib. Milli mətbuatın 150 illik yubileyi bu tarixi irsin layiqincə dəyərləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyul 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri