Icma.az
close
up
RU
Azərbaycan məhəlləsinin istifadəyə verilməsi qardaşlığın əbədiliyinin əyani sübutudur

Azərbaycan məhəlləsinin istifadəyə verilməsi qardaşlığın əbədiliyinin əyani sübutudur

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan və Türkiyə bir daha qardaşlıq nümunəsi sərgilədi. Kahramanmaraşda Azərbaycan məhəlləsinin istifadəyə verilməsi iki qardaş ölkə arasında sarsılmaz həmrəyliyin göstəricisidir. Məlum olduğu kimi, 2023-cü ilin fevralında qardaş Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadlarını aradan qaldırmaq, zərərçəkənlərə yardım etmək məqsədilə Azərbaycan ən yüksək səviyyədə dəstək göstərdi. Cənab Prezidentin göstərişi ilə Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci idi. Belə ki, Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərdi. Azərbaycan xalqı və dövləti çətin gündə Türkiyədəki qardaş və bacılarımız üçün əlindən gələni etdi.
Maddi vəziyyətindən asılı olmayaraq, bütün insanlarımız səfərbər oldu, insanlar könüllü şəkildə yardım məntəqələrinə gedərək, dəstək göstərdi. Bütün humanitar missiyalarda olduğu kimi, bu dəfə də Heydər Əliyev Fondu öndə idi. Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq, Türkiyənin Azərbaycandakı səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakıda yardım kampaniyasına start verildi. Türkiyənin zəlzələ baş vermiş regionları üçün ehtiyac duyulan ləvazimatlar toplandı, ən qısa müddətdə komplektləşdirilərək Türkiyəyə yola salındı.
İki il ərzində Kahramanmaraşda, ümumi sahəsi 27,6 hektar olan yeni yaşayış massivində Azərbaycanın dəstəyilə 68 yaşayış binasından əlavə, həmçinin məktəb, uşaq bağçası, mədəniyyət evi inşa olundu. Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasimində bir daha qardaşlığımızın sarsılmazlığını bəyan etdilər. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarıldı, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərdi. Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”.
Təsadüfi deyil ki, Azərbaycan məhəlləsi bu gün Türkiyədə “qürur tablosu” kimi qiymətləndirilir. Xalqımızın dəstəyi Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi və əbədiliyinin əyani sübutudur.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 İyun 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri