Icma.az
close
up
RU
BƏRPA QURUCULUQ İŞLƏRİNİN MİQYASI SÜLHƏ SADİQLİYİMİZİN ƏYANİ SÜBUTUDUR

BƏRPA QURUCULUQ İŞLƏRİNİN MİQYASI SÜLHƏ SADİQLİYİMİZİN ƏYANİ SÜBUTUDUR

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-21-də Gəncə, Kəlbəcər və Ağdərəyə səfər etdilər. Bu səfər çərçivəsində də ölkəmizdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin şahidi olduq. Xüsusilə, əziz şəhidlərimizin xatirəsini əbədiləşdirən Gəncə Memorial Kompleksində, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərin miqyası və nəhayət, Kəlbəcərdə 1-ci yaşayış kompleksinin istifadəyə verilməsi hər birimizi nə qədər qürurlandırırsa, bədxahlarımızı bir o qədər mənən əzir və məyus edir. Təsadüfi deyil ki, açılış və təməlqoyma mərasimləri ilə bağlı videomateriallar, 32 illik köçkünlük həyatının mənəvi əzab-iztirabını yaşamış kəlbəcərlilərin doğma torpaqlarına qayıdışını əks etdirən videosüjetlər hətta Ermənistanın internet seqmentində də geniş şəkildə tirajlandı. Hər kəs bir daha gördü ki, Azərbaycan öz vətəndaşlarını dinc həyata qaytarır və Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri sülhə sadiqliyin əyani sübutudur. Bu həm də Qarabağda yalnız dağıdıcılıq və vandallıqla məşğul olmuş işğalçı toplumun xəstə zehniyyəti ilə öz torpağında qurub-yaratmaq və dinc şəraitdə yaşamaq yolunu seçmiş Azərbaycanın inkarolunmaz fərq göstəricisidir.

Bu səfərin fərqli cəhətlərindən bir də onunla bağlıdır ki, o, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan dövlət başçıları arasında Prezident Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamədən və Sülh Sazişi mətninin paraflanmasından sonraya təsadüf edir. Azərbaycan Prezidenti Kəlbəcər şəhərində sıfırdan inşa olunan fərdi ev və mənzillərin açarlarını keçmiş köçkünlərə təqdim etməklə həm uğurlarımıza sevinən dost və qardaş ölkələrə, həm də Zəfərimizi hələ də həzm edə bilməyən bədxahlarımıza o mesajı verdi ki, Azərbaycan Ağ Evdə imzaladığı sənədlərə yalnız mətn üzərində deyil, əməldə də sadiqdir və bütün maneələrə baxmayaraq, sülh gündəliyindən geri çəkilməyəcək. Prezident İlham Əliyev Kəlbəcərdə yerli sakinlər qarşısında çıxışı zamanı maraqlı tərəflərə bu mühüm ismarıcı da göndərdi: “Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq”.

Ölkəmizdə heç kim üçün sirr deyil ki, Ermənistanda sülhün əleyhinə olan revanşçı kəsimlə yanaşı, belələrinin beynini kənardan zəhərləyən qüvvələr də mövcuddur. Məhz həmin dairələr işğal dövründə olduğu kimi, bu gün də ciddi-cəhdlə çalışır ki, iki xalq arasında nifaq və düşmənçilik bitməsin, əbədi olaraq davam etsin. Bu məqsədlə Ermənistanda onsuz da kövrək olan ictimai-siyasi sabitliyi pozaraq sülh gündəliyini dəyişmək və ya onu ləngitmək üçün çoxsaylı məkrli planlar cızılır. Əslində, nəinki Azərbaycanla Ermənistanın, nəinki bütün region ölkələrinin, bütövlükdə Avrasiya məkanının ortaq iqtisadi maraqlarına xidmət edəcək Orta Dəhlizin əsas hissələrindən biri olan Zəngəzur dəhlizinin əleyhinə səslənən fikirlər həmin məkrli planların tərkib hissəsidir. Avqusun 8-də Ağ Evdə imzalanmış Birgə Bəyannamədə bu dəhliz “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi təsbit olunduqdan sonra görürük ki, açıq etirazlar artıq nisbətən səngiməkdədir. Çünki etiraz edənlər də anlayır ki, Ermənistanın yurisdik ərazisinə aid olan bu marşrutun adına və hədəflərinə qarşı çıxmaq onlar üçün hansı siyasi nəticələrə gətirib çıxara bilər. Bununla yanaşı, savaş meydanında qazandığımız tarixi Zəfərdən sonra əldə olunan ən mühüm nailiyyətlərimizdən biri də onunla bağlıdır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün təzyiqlərə, çirkin manipulyasiyalara və iyrənc qarayaxma kampaniyasına baxmayaraq, dünya birliyinə qəbul etdirə bildi ki, Azərbaycan yalnız beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə söykənərək öz haqqını bərpa etməkdən başqa bir şey etməyib. Cənab Prezidentin Kəlbəcərdə səsləndirdiyi növbəti bəyanat tarixi Qələbəmizlə barışa bilməyən və başqalarını təhdid edən dairələrə ən tutarlı cavabdır: “Çünki biz öz torpağımızda müharibə aparmışıq. Bəzi başqa ölkələr kimi heç bir ölkənin torpağını zəbt etməmişik, etnik təmizləmə aparmamışıq, heç bir ölkənin şəhər və kəndlərini viran qoymamışıq. Biz öz torpağımızda döyüşmüşük, düşməni böyrü üstə qoymuşuq və ərazi bütövlüyümüzü bərpa etmişik, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında... Yəni, dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul etmişdir və bu da özlüyündə tarixi hadisədir”.

Dünyanın müxtəlif coğrafiyalarında davam edən müharibə və münaqişələrin gedişatı göstərir ki, yeni dünya düzəni uğrunda geosiyasi qarşıdurma tezliklə bitməyəcək. O da diqqətdən yayınmamalıdır ki, bu münaqişələrin əksəriyyətində əvvəlcə kənardan separatçılıq toxumları “ixrac” edilir, daha sonra ona hərbi, siyasi və iqtisadi dəstək verilməklə təhlükəsiz dünya nizamı açıq şəkildə təhdid olunur, vaxtilə ölkəmizdə etdikləri kimi.

Cənab Prezidentin Kəlbəcərdə qeyd etdiyi kimi, son 80 ildə Azərbaycan yeganə ölkədir ki, həm işğalçı, həm də kənardan dəstəklənən separatçı xunta rejimi üzərində tam və mütləq Qələbə qazanıb. Bu Zəfərin tarixi əhəmiyyəti həm də ondadır ki, işğal və separatçılıqdan hələ də əziyyət çəkən digər xalqlara bir ümid, qələbə düsturu verib: cəmiyyətin monolitliyi və öz Liderinə tərəddüdsüz ictimai etimad təmin olunmadan, heç bir xarici dəstək uğurlu nəticəyə təminat verə bilməz. Prezident İlham Əliyevin Kəlbəcərdə səsləndirdiyi bu fikirlər, əslində, həm Qələbə düsturunun açması, həm də fərqli bölgələrdə, o cümlədən Ermənistanda revanş hissini körükləməklə Cənubi Qafqazı yenidən qarışdırmaq həvəsində olan dairələrə xəbərdarlıq mesajıdır: “Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük-dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Avqust 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç ustası olduğu deyilən həkim DANIŞDI

22 Avqust 2025 09:52see202

Kişilər, çox kök yeməyin!?.

21 Avqust 2025 23:26see153

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see147

Elzanın bu videosu tənqid edildi Video

21 Avqust 2025 15:18see131

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see129

Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin siyahısı açıqlandı YENİLƏNİB

21 Avqust 2025 01:39see125

Ərdoğan Makronla müzakirə apardı

21 Avqust 2025 19:21see122

Ukraynaya “Şahed” hücumu HHM lər işə salındı

21 Avqust 2025 01:24see122

Əlcəzairli boksçudan gözlənilməz qərar

21 Avqust 2025 05:18see121

İsti havada artan tərləmə və ağız qoxusunun səbəbləri nədir? Qoxunu hansı qidalarla önləmək olar?

20 Avqust 2025 23:51see121

Avropa Liqası: “Samsunspor” ilk oyunda “Panatinaikos”a uduzub

22 Avqust 2025 00:08see121

KL: Başakşehir ev, Beşiktaş ın səfər sınağı YENİLƏNİR

21 Avqust 2025 17:01see119

Naxçıvanda Regional Ailə mərkəzləri yaradılacaq

21 Avqust 2025 19:09see118

Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI

22 Avqust 2025 00:10see118

“Qalatasaray” onu 8 milyona satdı

21 Avqust 2025 06:16see118

İlin ilk altı ayında Azərbaycanda 158 mindən çox şəxs sürücülük vəsiqəsi alıb

21 Avqust 2025 10:09see116

“Wednesday” serialı qotika üslubunda olan paltarlara tələbatı artırıb...

21 Avqust 2025 00:45see115

Hillari Klinton Trampın xarici siyasətini təriflədi

21 Avqust 2025 07:22see114

Rusiyada azərbaycanlı bloqerin şirkəti ləğv edildi KONKRET

21 Avqust 2025 00:19see114

ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin detallarını əldə edib

21 Avqust 2025 05:04see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri