Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Azərbaycan Türkiyə Pakistan görüşü ortaq dəyərlərin zirvəyə yüksəldiyinin əyani sübutudur ŞƏRH

Azərbaycan Türkiyə Pakistan görüşü ortaq dəyərlərin zirvəyə yüksəldiyinin əyani sübutudur ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 29 may, AZƏRTAC

28 May - Müstəqillik Günündə Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bir araya gəlməsi həm tarixi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu görüş dostluğun, müttəfiqliyin və ortaq dəyərlərin zirvəyə yüksəldiyinin əyani sübutudur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Zirvə görüşünün Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilməsinin böyük rəmzi mənası var: “Laçın xalqımızın qəhrəmanlığının, dövlətimizin əzm və iradəsinin simvoluna çevrilmiş bir şəhərdir. İllərlə düşmən tapdağında olmuş Laçın artıq təkcə azad deyil, həm də bərpa edilmiş, dirçəldilmiş və beynəlxalq səviyyədə tanınan görüşlərin məkanıdır. Məhz bu şəhərdə dost və qardaş ölkələrin liderlərinin görüşməsi Azərbaycan diplomatiyasının gücünü və strateji baxışını dünyaya nümayiş etdirdi. Zirvə görüşünün Laçında keçirilməsi həm də Türkiyə və Pakistanın ölkəmizin ərazi bütövlüyünə dəstəyinin növbəti canlı nümayişidir”.

Deputat bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan tarix boyu bir-birinin uğurlarına sevinib, çətin günlərdə həmrəylik nümayiş etdiriblər. Ölkələrimiz arasında münasibətlər sırf rəsmi səviyyədə diplomatik əlaqələrdən ibarət deyil. Bu üç ölkə arasında sarsılmaz dostluq, qardaşlıq və qarşılıqlı inam var. Azərbaycan-Türkiyə-Pakistan münasibətləri illərin sınağından keçmiş, çətinliklər içərisində bərkimiş bir bağa çevrilib.

S.Salmanova qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan üçbucağı Cənubi Qafqaz, Cənubi Asiya və Orta Şərqdə yeni balansın əsas oyunçularından biridir: “Bu əməkdaşlıq yalnız regional deyil, qlobal geosiyasətdə də müsəlman ölkələrinin mövqeyinin güclənməsinə şərait yaradır. Üç dövlətin ortaq addımları beynəlxalq arenada daha effektiv mövqeyin təmin olunmasına, regional problemlərin birgə həllinə və sülhün qorunmasına xidmət edir. Enerji layihələri, nəqliyyat dəhlizləri və hərbi-texniki əməkdaşlıq bu məqsədlərin real ifadəsidir. Azərbaycan, Türkiyə və Pakistan liderləri bu görüşlə həm də dünyaya mesaj verdilər: biz yalnız dost deyilik, biz strateji ortaq, mədəni qardaş və siyasi müttəfiqik. Bu birliyin gücü təkcə region üçün deyil, daha geniş coğrafiyada sülhə, inkişafa və ədalətə xidmət göstərə bilər. Azərbaycanın müstəqillik tarixinin ən önəmli günlərindən birində baş tutan bu Zirvə görüşü ölkəmizin regional liderlik mövqeyini daha da möhkəmləndirdi. Türkiyə və Pakistanla birgə atılan bu addım həm də XXI əsrin yeni geosiyasi reallıqlarında “üç dövlət – bir mövqeyin” parlaq nümunəsinə çevrildi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see258

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see236

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see230

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see197

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see154

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see152

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see142

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see139

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri