Icma.az
close
up
RU
Azərbaycan memarları Rusiya bölməsinin saxta titullarını daşıyır… Memardan ŞOK açıqlama

Azərbaycan memarları Rusiya bölməsinin saxta titullarını daşıyır… Memardan ŞOK açıqlama

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda regionda baş verən siyasi hadisələr fonunda Azərbaycanın beynəlxalq memarlıq təşkilatlarında mövqeyi yenidən gündəmə gəlib. Memar Elçin Əliyev bu mövzu ilə bağlı sərt fikirlər səsləndirib.
Onun sözlərinə görə, 1987-ci ildə UNESCO-nun təşəbbüsü ilə yaradılan Beynəlxalq Memarlıq Akademiyası dünyada memarlıq sahəsində ən yüksək nüfuza malik qurumlardan hesab olunur. Artıq Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Belarus, Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu akademiyanın tam hüquqlu üzvü statusuna malikdir.

Tribunainfo.az xəbər verir ki, memar Elçin Əliyev bildirib ki, Azərbaycan isə 2015-ci ildən bəri Beynəlxalq Memarlıq Akademiyasının Rusiya bölməsinin sadəcə yerli «Akademik Mərkəzi» kimi fəaliyyət göstərir:

“Bu mərkəzin rəhbəri isə hazırda Azərbaycan Memarlar İttifaqının sədridir. Ölkəmizdə yüzlərlə «akademik», «müxbir üzv» və «professor» var. Amma hamısı yalnız Rusiya bölməsinin yerli nümayəndəliyinin saxta titul daşıyıcılarıdır. Hələ bu günə qədər Beynəlxalq Memarlıq Akademiyasının özündən birbaşa verilmiş rəsmi elmi ad alan bir nəfər belə yoxdur”.

Memar bildirib ki, bu titulları doğrudan əldə etmək üçün geniş təcrübə, real layihələr və inşa olunmuş obyektlər tələb olunur. Lakin Rusiya bölməsi vasitəsilə, korrupsiya yolu ilə bu adların asan əldə edilməsi mümkün olur:

“Əsas məqsəd ölkədə memarlıq sahəsinin inkişafı və beynəlxalq nüfuzun yüksəldilməsi deyil, sadəcə maddi gəlir əldə etməkdir.
Azərbaycan üçün bu, çox utancverici haldır. Belə saxta titullar ölkə rəhbərliyinin gözündə yanlış təəssürat yaratmaq və şəxsi maraqları təmin etmək vasitəsinə çevrilib. Bu biabırçılıq nə vaxta qədər davam edəcək?”.

Gülşən Rəsul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 01 İyul 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see270

Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

01 Oktyabr 2025 16:34see185

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see134

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see133

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see133

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see132

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see130

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see130

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see127

İsveçrəli nazir Fərhad Əliyevin keçmiş müşavirinə məktub yazıb

01 Oktyabr 2025 15:11see127

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see126

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

01 Oktyabr 2025 11:38see126

Taciri toyda zəhərlədilər

01 Oktyabr 2025 11:46see125

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see125

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see124

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see124

Azər Bağırov Gəncə klubunun rəhbərliyinə gətirildi

01 Oktyabr 2025 16:12see123

Estoniya sərhəddə qalmış maşınları satır

01 Oktyabr 2025 12:30see120

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see119

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri