Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Azərbaycan memarlığı dünyaya təqdim ediləcək

Azərbaycan memarlığı dünyaya təqdim ediləcək

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər Azərbaycanda, xüsusilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri strateji yanaşmanın mövcudluğunu aydın şəkildə nümayiş etdirir. Paytaxtın görkəminin yenilənməsi, müasir urban standartlarına uyğunlaşdırılması, eyni zamanda, tarixi və mədəni irsin qorunması balanslaşdırılmış şəkildə həyata keçirilir. İstər paytaxtımızda, istərsə də bölgələrdə şəhərsalma istiqamətində ən qabaqcıl müasir standartlar tətbiq edilməklə görülən işlər, irimiqyaslı layihələr sosial-iqtisadi inkişafa güclü təkan verib, ölkəmizi bu sahədə dünyanın qabaqcılları sırasına çıxarıb.

Məlum olduğu kimi, paytaxt Bakı mayın 17-22-si tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyasına ev sahibliyi edəcək. Ümumdünya Şəhərsalma Forumu BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) ərsəyə gətirdiyi dayanıqlı şəhər inkişafı mövzusuna həsr edilmiş dünyanın ən böyük beynəlxalq platformalarından biridir. Dünyamiqyaslı belə bir Forumun ölkəmizdə keçirilməsi olduqca əhəmiyyətlidir. Bu, ilk növbədə, Azərbaycanın şəhərsalma və məskunlaşdırma fəaliyyətində müasir standartlara əsaslandığının göstəricisidir. Bununla bağlı Azərbaycanın dünyaya təqdim etmək üçün kifayət qədər nailiyyətləri var.

Xəzər və Cənubi Qafqaz regionunda ilk dəfə keçiriləcək forumda 10 minə yaxın beynəlxalq, ümumilikdə isə təxminən 30 min qonağın iştirakı gözlənilir. Əvvəlki WUF tədbirlərindən fərqli olaraq forumda 40 əsas sessiya və 350 tərəfdaş tədbirinin təşkili nəzərdə tutulur. Xüsusilə qeyd olunmalıdır ki, yürüdülən tarazlaşdırılmış siyasi xətt beynəlxalq aləmdə mövqelərimizi möhkəmləndirməklə dövlətimizə qarşı olan etimadı daha da artırıb. Eləcə də xeyli müddətdir bir-birindən mötəbər tədbirlərin təşkili ölkəmizin dünyada sülhə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verməsinin növbəti təsdiqidir.

Paytaxtda son 20 ildə müasir texnologiyalar əsasında aparılan tikinti işləri, ən başlıcası isə 6 ilə yaxın işğaldan azad olunmuş bölgələrimizdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında geniş vüsət alan abadlıq-quruculuq işləri şəhərsalma fəaliyyəti ilə məşğul olan beynəlxalq qurumlar üçün olduqca maraqlıdır. Forumda dünyanın çoxsaylı ölkələrindən mütəxəssislər iştirak etməklə şəhərsalma fəaliyyəti ilə bağlı yeni konsepsiyalar müzakirə olunacaq. Odur ki, bu tədbir böyük maraq kəsb edir.

Mövzu ilə bağlı memar Lalə Hüseynova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) respublikamızda keçirilməsinin əhəmiyyəti haqqında danışıb. Bildirib ki, bu, Azərbaycanın dünyada artan beynəlxalq nüfuzunun göstəricisidir və ölkəmiz üçün əhəmiyyəti böyükdür: “2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması, yalnız simvolik bir qərar deyil, eyni zamanda, memarlıq və şəhərsalma sahəsində yeni yanaşmaların formalaşması üçün strateji bir imkan kimi dəyərləndirilə bilər. Bu il çərçivəsində həm nəzəri, həm də praktik səviyyədə şəhər mühitinə dair daha dərindən düşünmək, mövcud problemləri sistemli şəkildə analiz etmək və yeni həll yolları təklif etmək üçün əlverişli zəmin yaranır.

Bir memar və tədqiqatçı kimi bu ildən gözləntilər arasında ən vacib məqamlardan biri şəhərsalma prosesində insan mərkəzli yanaşmanın daha da gücləndirilməsidir. Müasir şəhərlər təkcə fiziki obyektlər toplusu deyil, eyni zamanda, sosial münasibətlərin, gündəlik həyat praktikalarının formalaşdığı kompleks sistemlərdir. Buna görə də şəhərsalma qərarları yalnız texniki və iqtisadi göstəricilərlə deyil, həm də insan təcrübəsi və məkanın hiss edilən keyfiyyəti ilə ölçülməlidir. Ümumdünya Şəhərsalma Forumu ilə bağlı təşkil olunan tədbirlərdə Azərbaycan Rəssamlıq Akademiyasının Memarlıq kafedrasının müəllimi olaraq həm özüm, həm də tələbələrimlə iştirak etmişəm. Bu prosesin akademik və praktik inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Tələbələrin belə beynəlxalq platformalarda iştirak etməsi onların yalnız nəzəri biliklərini deyil, həm də qlobal şəhərsalma diskursunu anlamalarını və fərqli yanaşmaları müqayisə etmələrini təmin edir.

Seçdiyim mövzu olan “Şəhərsalma praktikalarında ambiansın fenomenoloji oxunuşu: Bakı şəhəri kontekstində” isə şəhərin yalnız fiziki struktur kimi deyil, eyni zamanda, hiss edilən, yaşanan və təcrübə olunan bir mühit kimi dərk olunmasına yönəlir. Fenomenoloji yanaşma şəhəri istifadəçinin gözü ilə oxumağı, məkanın yaratdığı emosional və duyğusal təsirləri nəzərə almağı tələb edir. Ambians anlayışı isə məkanın atmosferini, səs, işıq, miqyas, material və insan axınları kimi elementlərin birlikdə yaratdığı ümumi hissi ifadə edir.

Bu yanaşma şəhərsalma prosesinə daxil edildikdə, qərarların məntiqi dəyişir: artıq əsas sual təkcə “nə qədər bina tikilir?” deyil, həm də “bu binaların arasında necə bir mühit formalaşır?” olur. Yəni şəhərin strukturundan çox, onun insan üzərində yaratdığı təsir ön plana keçir. Bu, piyada mühitinin keyfiyyətinin artırılması, ictimai məkanların daha rahat və cəlbedici olması, insanların şəhərlə daha güclü emosional bağ qurması deməkdir. Belə yanaşma tətbiq olunduqda, şəhər daha inklüziv və sosial baxımdan balanslı olur. Fərqli yaş qrupları, sosial təbəqələr və istifadəçi tipləri üçün əlçatan və uyğun məkanlar formalaşır. Piyada hərəkəti prioritetə çevrilir, ictimai həyat aktivləşir, küçələr sadəcə tranzit məkanlardan çıxaraq sosial qarşılıqlı əlaqə zonalarına transformasiya olunur. Bu isə şəhərin ümumi yaşayış keyfiyyətini yüksəldir”.

Həmsöhbətim daha sonra qeyd etdi ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası kimi tədbirlər məhz bu cür yanaşmaların müzakirəsi və yayılması üçün mühüm platformadır. Bu forum yalnız beynəlxalq təcrübənin paylaşılması ilə məhdudlaşmır, həm də şəhərlərin gələcək inkişaf strategiyalarının formalaşmasına təsir edən ideyaların meydana çıxdığı məkandır. Müxtəlif ölkələrdən mütəxəssislərin iştirakı yeni perspektivlər yaradır, lokal problemlərin qlobal kontekstdə dəyərləndirilməsinə imkan verir.

Nəticə etibarilə, bu kimi tədbirlər şəhərsalma tarixində yeni səhifələr aça bilər. Çünki burada yalnız mövcud təcrübələr müzakirə olunmur, eyni zamanda, gələcək şəhərlərin necə olacağına dair konseptual çərçivələr formalaşır. Azərbaycan üçün belə platformalar həm yerli şəhərsalma düşüncəsinin inkişafına, həm də beynəlxalq inteqrasiyaya töhfə verir. Ən əsası isə, şəhərsalmanın mərkəzinə insan təcrübəsini və məkanın hiss edilən keyfiyyətini yerləşdirərək daha dayanıqlı, daha humanist və daha yaşana bilən şəhərlərin formalaşmasına şərait yaradır.

Sözsüz ki, Bakıda keçiriləcək 13-cü Sessiya Cənubi Qafqazda ən böyük tədbirlərdən biri olacaq. Tədbir maraqlı tərəflər, o cümlədən dövlət rəsmiləri, QHT nümayəndələri, şəhərsalma mütəxəssisləri və ekspertlər, həmçinin özəl sektor nümayəndələri arasında fikir və təcrübə mübadiləsi üçün unikal imkan yaradacaq. WUF13 tədbiri Azərbaycanda şəhərsalma və memarlıq sahəsində görülən işlərin beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olunması üçün mühüm platforma olacaq, ölkəmizin regional lider kimi mövqeyini daha da möhkəmləndirəcək.

Müşfiq MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri