Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Azərbaycan Mərkəzi Asiya: Vahid region, ortaq gələcək

Azərbaycan Mərkəzi Asiya: Vahid region, ortaq gələcək

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “C6: Vahid region, ortaq gələcək strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans çərçivəsində “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi”, “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf”, həmçinin “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzularında müzakirələr aparılıb.

Tədbirdə C6 formatına üzv ölkələrin aparıcı beyin mərkəzlərini təmsil edən ekspertlər, analitiklər və tədqiqatçılar iştirak ediblər. Konfrans C6 çərçivəsində strateji dialoqun dərinləşdirilməsi, ortaq yanaşmaların formalaşdırılması və regionun dayanıqlı inkişafına töhfə verəcək əməkdaşlıq mexanizmlərinin təşviq edilməsi məqsədilə təşkil olunub.

Mərkəzi Asiyada Azərbaycana və onun Liderinə artan inam

Ötən il noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib və həmin görüş çərçivəsində əlamətdar hadisə baş verib. Belə ki, görüş çərçivəsində Azərbaycanın tamhüquqlu üzv qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərar qəbul edilib.

Azərbaycanın qonşu coğrafiyada yerləşən ölkələrin dövlət başçılarını bir araya gətirən Məşvərət Görüşü formatına taqmhüquqlu üzv qismində qoşulması sıradan bir hadisə deyil. Bu, Mərkəzi Asiyada Azərbaycana və onun Liderinə artan inamın növbəti təzahürüdür. Bunu  Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə liderlərin ifadə etdikləri fikirlərdən də görmək mümkündür.

Söhbət əslində Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpünün qurulmasından və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açılmasından gedir. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Burada Azərbaycan əsas, birləşdirici həlqə qismində çıxış edir. “Həmrəyliyin gücləndirilməsi və birgə inkişafa can atmaq Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir. “Mərkəzi Asiya +” formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Şübhəsiz ki, Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq”, - deyə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vurğulayıb.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət Görüşü formatına qoşulmasını tarixi qərar kimi səciyyələnirib. O, Azərbaycanın bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov da ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini vurğulayaraq qeyd edib ki, qardaş Azərbaycanın iştirakı ilə formatın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Bu format öz səmərəliliyini sübut edib, təkcə regionda mövcud problemlərin müzakirə olunduğu deyil, həm də yeni təşəbbüslərin və təkliflərin fəal şəkildə irəli sürüldüyü real, özünəməxsus yeganə platformaya çevrilib.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon da ölkəmizi Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edərək deyib: “Hörmətli İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edirəm. Sevindirici haldır ki, məkanımız beynəlxalq və regional proseslərin mühüm iştirakçısının timsalında öz əhəmiyyətini inamla artırır. Bu, balanslaşdırılıb və region ölkələrinin artan maraqlarının inkişafına səyləri nümayiş etdirir”.

Həmçinin tədbirdə çıxış edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dövlətimizin başçısına Azərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinə qoşulması münasibətilə təbriklərini çatdırıb.

Xüsusi xarakter daşıyan münasibətlər

Hazırda dünyada ziddiyyətli proseslər izlənilir, xüsusilə də qütbləşmə dərinləşir. Ciddi narahatlıq yaradan mövcud geosiyasi reallıqlar fonunda hər bir dövlət üçün təbii müttəfiqlərinin sayını artırması zərurət qismində çıxış edir. Bu kontekstdə son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin dərinləşməsi məmnunluq doğurur. Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin xüsusi xarakter daşığını bildirib. “Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Liderlərin intensiv hal alan təmasları, onların qarşılıqlı səfərlərinin sayının artması, həmçinin hüquqi bazanın imzalanan yeni sənədlərlə möhkəmləndirilməsi, müxtəlif sahələrdə uğurla icra olunan çoxsaylı layihələr respublikamızla Xəzərin digər sahillərindəki ölkələr arasında əlaqələrin genişlənməsinin əyani təsdiqidir. Qeyd edək ki, son 3 ildə Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olub, eyni zamanda, bu müddət ərzində həmin regionun liderləri 23 dəfə ölkəmizə səfərə gəliblər.  Yüksəksəviyyəli qarşılıqlı səfərlərin müntəzəm xarakter alması etimad mühitinin möhkəmlənməsinin, gündəliyin kifayət qədər geniş əhatə dairəsinə malik olmasının əyani göstəricisidir.

Yaxşı haldır ki, tarixi ənənələr qorunur və münasibətlər daha da möhkəmlənir. Bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələrinin yaxınlaşmasına, daha sıx inteqrasiya etmələrinə dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir. Eyni zamanda, bunu  ölkələrin cəmiyyətləri istəyirlər. Bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi region qismində çıxış edir. Prezident İlham Əliyev bu amilə diqqət çəkərək bildirib ki, biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq.

Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpü

Azərbaycanın yaratdığı reallıqların nəticəsi olaraq Mərkəzi Asiya  dövlətlərinin Avropaya çıxış imkanları genişlənib. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Son 3 ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun) yaradılması ilə imkanlar daha da artacaq.

Bütövlükdə, Azərbaycan-Mərkəzi Asiya əlaqələri çoxvektorlu olması ilə səciyyələnir. Respublikamızın  Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalaması mühüm əhəmiyyət daşıyır. O cümlədən mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim dostluğumuza verdiyimiz dəyəri bariz şəkildə nümayiş etdirir.

Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə yaxınlaşması və vahid platformada çıxış etməsi Azərbaycanın yerləşdiyi Cənubi Qafqazı inkar etmir. Respublikamızın qonşuluq siyasəti xoş mərama əsaslanır. O cümlədən qalib Azərbaycanın yaratdığı reallıqlar Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni fürsət pəncərələri açıb. Ölkəmizin sülh gündəliyi də bu imkanlardan daha geniş istifadə olunmasını hədəfləyir. Şübhə yoxdur ki, Azərbaycanın Mərkəzi Asiya platformasında təmsilçiliyi hər iki regionun strateji qarşılıqlı əlaqəsini və bu əlaqələrin dayanıqlılığını daha da gücləndirəcək.

C6 üçün daha işlək mexanizmlər

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiyanın dərinləşməsinə güclü siyasi iradə ortadadır. Eyni zamanda, münasibətləri irəli aparmaq üçün daha səmərəli mexanizmlərin yaradılmasına ehtiyac var. Bakıda keçirilən beynəlxalq konfransda buna çağırış edilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışında bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə fəal əməkdaşlıq etsə də, əsas məsələ bu əməkdaşlığın daha vahid, institusionallaşdırılmış və gələcəyə yönəlmiş çərçivə əsasında qurulmasıdır. Məqsəd əməkdaşlığı uzunmüddətli imkanlara çevirməkdir. C6 formatı məhz bu funksiyanı yerinə yetirməlidir. “C6 mövcud təşəbbüsləri təkrarlamadan, onların daha güclü və davamlı olmasına, eləcə də təsir dairəsinin genişlənməsinə kömək edə bilər. C6 uzunmüddətli fəaliyyət üçün praktik və inklüziv olmalıdır. Regionumuzun müxtəlifliyini nəzərə alaraq əməkdaşlıq yalnız çevik və nəticəyönümlü olduqda effektiv olur. Davamlı regional format isə fərqlilikləri hörmətlə qarşılayan, nəticələrə fokuslanan və ortaq strateji tələblərə uyğun olan formatdır,” - deyə F.Şəfiyev əlavə edib.

Qazaxıstan Respublikası Prezidenti yanında Milli Qurultayın üzvü Talqat Kaliyev çıxışı zamanı bildirib ki, C6 formatı çərçivəsində kiçik, çevik və mobil katibliyin yaradılması məqsədəuyğun ola bilər. Belə bir mexanizm institusional yaddaşın qorunmasını təmin edər, eyni zamanda, çevik və gələcəyə yönəlik proseslərin ardıcıllığını saxlayar.

Dost ölkənin təmsilçisi qeyd edib ki, hazırkı mərhələdə ənənəvi əməkdaşlıq formatları öz imkanlarını böyük ölçüdə tükədib və bu səbəbdən daimi yaradıcı axtarış, çevik yanaşma və mövcud vəziyyətin davamlı monitorinqi zəruridir. Əsas məqsəd yeni, daha effektiv və daha maraqlı əməkdaşlıq mexanizmləri təklif etməkdən ibarət olmalıdır.

Talqat Kaliyev, həmçinin gənc nəslin regional yaxınlaşmaya istiqamətləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. O bildirib ki, məktəblərarası və akademik mübadilə proqramlarının təşkili, davamlı dialoq və ümumi regional kimliyin formalaşdırılması gələcək əməkdaşlığın möhkəm təməlini yarada bilər.

Talqat Kaliyev vurğulayıb ki, dünya sürətlə regionalizasiyaya doğru irəliləyir və bu şəraitdə C6 ölkələri üçün ortaq gündəliyin formalaşdırılması, birgə qərarların qəbulu və yaranan qlobal qeyri-sabitlikdən maksimum fayda əldə etmək xüsusi əhəmiyyət kəsb edir.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Fevral 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri