Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Asiyada tamhüquqlu üzv statusu qazanaraq yeni əməkdaşlıq istiqamətinə qapı açdı RƏY

Azərbaycan Mərkəzi Asiyada tamhüquqlu üzv statusu qazanaraq yeni əməkdaşlıq istiqamətinə qapı açdı RƏY

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 16-da Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması barədə razılaşmanın imzalanması çox əhəmiyyətli hadisədir. Bu, Azərbaycanın uğurlu daxili və xarici siyasətinin növbəti təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri, hüquq elmləri doktoru, professor Əmir Əliyev söyləyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq platformalarda əməkdaşlığa xüsusi önəm verir. Biz bunu ölkəmizin xüsusilə aparıcı beynəlxalq görüşlərdə, forumlarda iştirakında görə bilirik. Ancaq beynəlxalq təşkilatlarla bərabər, regional qurumlarda iştirak da böyük əhəmiyyət daşıyır. Regional platformalarda fəallıq bəzən universal təşkilatlardan daha çox müsbət nəticələr verir və ölkəmizə konkret üstünlüklər təmin edir. Elə bu üstünlüklər Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə daha sıx və səmərəli əməkdaşlığa zəmin yaratdı.

“Bu qərar Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfədir. Sənəd beynəlxalq əməkdaşlıq baxımından xüsusilə əhəmiyyətlidir, çünki Azərbaycan Cənubi Qafqaz regionunda yerləşməklə Mərkəzi Asiya platforması ilə uzunmüddətli əlaqələrin inkişafına yönəlmiş əməkdaşlıq qurur. Belə əməkdaşlıq həm regionlararası miqyasda, həm də beynəlxalq səviyyədə nadir hallarda həyata keçirilir. Azərbaycan burada həm tarixi əlaqələri bərpa edir, həm də yeni əməkdaşlıq imkanları yaradır. Sənədin əsas məqsədi mədəniyyətin inkişaf etdirilməsi və beynəlxalq sahədə nümunəvi təcrübə göstərməkdir”, - deyə Ə.Əliyev qeyd edib.

Professor vurğulayıb ki, bu gün Azərbaycan Cənubi Qafqaz platformasında çox mühüm təsirə malikdir və bu, Mərkəzi Asiya ilə əlaqələrdə müsbət nəticələr əldə etmək üçün imkanlar yaradır. Ölkəmiz Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin koordinasiyasını təmin və inkişaf etdirir. Bu, dövlətimizin müxtəlif regional platformalarda lider mövqeyini gücləndirir və beynəlxalq müstəvidə nailiyyətlərini artırır. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən, balanslaşdırılmış siyasətinin nəticəsidir. Həmçinin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq siyasi, iqtisadi, sosial, mədəni və elmi sahələrdə qarşılıqlı fayda gətirir. İkitərəfli əlaqələr - Azərbaycan-Özbəkistan, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Tacikistan və Azərbaycan-Türkmənistan münasibətləri artıq daha geniş formata çevrilib. Bu, həm beynəlxalq təşkilatlarda, həm də regional platformalarda Azərbaycan üçün yeni nailiyyətlər qazanmağa şəraiti təmin edir, dövlət başçıları, nazirliklər, dövlət və ictimai təşkilatlar arasında əlaqələri yeni səviyyəyə yüksəldir. Beləliklə, Azərbaycan artıq Mərkəzi Asiyanın da mühüm tərkib hissəsinə çevrilir və əməkdaşlıq formatının tamhüquqlu üzvü kimi müxtəlif istiqamətli layihələrin reallaşmasına töhfəsini verəcək. Bütün bu nailiyyətlərdən faydalanan isə Azərbaycan dövləti və xalqıdır.

“Bu gün Azərbaycan həm Avropa, həm də Amerika regionları ilə əməkdaşlıq qurur. Eyni zamanda, ölkəmiz Asiya regionu ilə əməkdaşlıqda Mərkəzi Asiya dövlətlərini əsas vasitəçi kimi görür. Ona görə hesab edirəm ki, Azərbaycanın bu mövqeyi çox ciddi xarakter daşıyır və bütün bunlar dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycanın balanslı yyanaşması bir daha göstərir ki, dövlətimizin xarici siyasətinin əsasında beynəlxalq əməkdaşlıq, beynəlxalq hüququn prinsipləri və normaları dayanır. Bütün hallarda əsas məqsəd uğurlu və nəticəyönümlü beynəlxalq əməkdaşlıqdır. Bu siyasət 1993-cü ildən başlayaraq - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanın xarici siyasətinin əsas istiqaməti olub”, - deyə QHT sədri vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see15042

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see886

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see278

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see245

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see196

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see158

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see133

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see131

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see131

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see131

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see131

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see128

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see125

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see122

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri