Icma.az
close
up
RU
“Azərbaycan Mərkəzi Asiyanı regional və beynəlxalq proseslərin daha fəal iştirakçısına çevirəcək”

“Azərbaycan Mərkəzi Asiyanı regional və beynəlxalq proseslərin daha fəal iştirakçısına çevirəcək”

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə həm bu region, həm də Azərbaycan üçün tarixi qərar qəbul edildi.  Belə ki, Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması həmrəyliyi gücləndirərək, qarşılıqlı fayda gətirəcək və hər iki region bundan yararlanacaq. Orta Asiya ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, “Mərkəzi Asiya+” formatı bu regionun beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. 

Azərbaycanın siyasi və iqtisadi gücü, qlobal aktor kimi artan rolu Cənubi Qafqazla Mərkzi Asiya regionu arasında münasibətlərin dərinləşməsinə zəmin yaradır. Hər zaman Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyəli əlaqələrə malik olan ölkəmiz artıq bu regionun bütün müzakirələrində tamhüquqlu üzv kimi təmsil olunacaq. Məlum olduğu kimi, son vaxtlar Mərkəzi Asiya və Cənubi Qazfqaz regionu xüsusi diqqət mərkəzindədir. Hər iki regionun əlverişli coğrafi mövqeyi, burada mövcud olan təbii resurslar, həmçinin yeni yaradılan strateji nəqliyyat infrastrukturu qarşılıqlı əməkdaşlığın dərinləşməsini şərtləndirir. Yeni reallıqlar fonunda region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Xüsusilə ABŞ və Avropa İttifaqının Mərkzi Asiyaya xüsusi diqqət yetirdyini görürük. Bir müddət əvvəl Səmərqənddə Aİ-Mərkəzi Asiya müzakirələri keçirildi, bu günlərdə isə region ölkələrinin dövlət başçıları ABŞ-yə dəvət olundu. Bu vaxta qədər mineral resurslar, energetika və nəqliyyat sahəsində ümumilikdə 17 milyard dollarlıq saziş imzalanıb. 

Mərkəzi Asiyanın malik olduğu iqtisadi potensial, xüsusilə Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin işə düşməsi isə bütün tərəflər üçün yeni imkanlar açacaq. Azərbaycanın həm ABŞ, həm də Mərkəzi Asiya ölkələri ilə strateji münasibətləri ölkəmizin bu platformada təmsilçiliyini zəruri edirdi.  O da aydındır ki, Orta Asiyaya ən əlverişli çıxış məhz Cənubi Qafqaz regionu  və Xəzər üzərindən təmin olunur.  Məşvərət görüşündə də qeyd olundu ki, Azərbaycanın iştirakı ilə formatın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq perspektivləri açacaq.

Təsadüfi deyil ki, son üç ildə Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrinə 14 dəfə səfər edib, sözügedən region ölkələrinin dövlət başçılarının isə Azərbaycana 23 dəfə səfər ediblər. Cənab Pezident bir daha vurğuladı ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. “Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur.”

Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpüdür. Azərbaycanın Mərkəzi Asiyada artan rolu bu regionu regional və beynəlxalq proseslərin daha fəal iştirakçısına çevirəcək.

Könül Nurullayeva,

Millət vəkili

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Noyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri