Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Asiyanın Qərbə açılan əsas iqtisadi pəncərəsinə çevrilir

Azərbaycan Mərkəzi Asiyanın Qərbə açılan əsas iqtisadi pəncərəsinə çevrilir

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elçin Quliyev

YAP Nərimanov Rayon Təşkilatının sədri

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan ilə Mərkəzi Asiya regionu arasında formalaşan yeni əməkdaşlıq fəlsəfəsinin əhatəli şəkildə təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır.

Hətta bu müsahibəni Azərbaycan-Mərkəzi Asiya ölkələri arasındakı gələcək əlaqələrin "Yol Xəritəsi" də adlandırmaq mümkündür.

Azərbaycan və Mərkəzi Asiya ölkələri tarixən, mədəniyyət, coğrafiya və ortaq dəyərlər baxımından bir-birinə sıx bağlıdır. İlk baxışda fiziki sərhədlər ayrı görünə bilər, lakin Xəzər dənizi bizim xalqlarımız arasında körpü rolunu oynayan mühüm geosiyasi məkandır.

Bu gün Xəzər yalnız su hövzəsi deyil, strateji birlik və əməkdaşlıq rəmzidir. Dövlətimizin başçısının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ardıcıl iştirakı Azərbaycanla region ölkələri arasındakı siyasi dialoqun yüksək səviyyəsini göstərir.

Haqqında bəhs olunan müsahibə iki dövlət arasında münasibətlərin cari səviyyəsini əks etdirmir, həm də regionun gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən strateji yanaşmaların konturlarını göstərir.

Xüsusilə Azərbaycan-Özbəkistan münasibətləri dövlət başçılarının şəxsi dostluğuna, qarşılıqlı etimada və vahid tarixi-mədəni köklərə söykənir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, son illərdə qarşılıqlı səfərlərin intensivliyi əlaqələrimizin rekord səviyyədə inkişaf etdiyini sübut edir. İmzalanan müttəfiqlik müqavilələri, yol xəritələri, çoxsaylı sazişlər dövlətlərimiz arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib.

Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə ardıcıl dəstəyi, xüsusilə Qarabağın bərpasına göstərdiyi qardaş yardımı, Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası bizim üçün böyük mənəvi əhəmiyyət daşıyır. İqtisadi-ticari əlaqələrin dinamik artımı, qarşılıqlı investisiyaların çoxalması, Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika infrastrukturunda əməkdaşlıq Azərbaycan-Özbəkistan tərəfdaşlığının strateji mahiyyətini daha da gücləndirir. Təkcə 2025-ci ilin 9 ayında ticarət dövriyyəsinin 87 faizdən çox artması bu əlaqələrin real nəticələrini göstərir. Azərbaycan ticarət, sənaye, kənd təsərrüfatı, energetika və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində qətiyyətlidir.

Tarixi bağlar, mədəni ümumilik, iqtisadi tərəfdaşlıq və informasiya-diplomatik inteqrasiya Prezident İlham Əliyevin fikirlərində vahid sistem kimi təqdim olunur. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin artan geosiyasi çəkisi, ümumi regional maraqları və qarşılıqlı dəstəyi yeni mərhələnin əsas xüsusiyyətidir.

Aşağıdakı məqalə Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı əsas istiqamətləri ümumiləşdirir, Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin strateji arxitekturasını analitik baxışla şərh edir və regionun gələcək əməkdaşlıq imkanlarını göstərir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin dayanıqlı əsasını xalqın yaddaşına hopmuş ortaq tarixi köklər, dərin mədəni bağlılıq və ortaq türk kimliyi təşkil edir.

Prezident İlham Əliyev müsahibəsində qeyd edir ki, bu bölgə artıq təkcə coğrafi deyil, strateji baxımdan bir-birini tamamlayan vahid məkan kimi çıxış edir. Müasir beynəlxalq münasibətlər sistemində bu vahidliyin əhəmiyyəti daha da artır; çünki regionun enerji resursları, nəqliyyat imkanları və geopolitik mövqeyi qlobal ticarət, təhlükəsizlik və əməkdaşlıq xəritəsində xüsusi yer tutur. Azərbaycanın Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada möhkəmlənən siyasi nüfuzu bu məkanı strateji əməkdaşlıq üçün ideal platformaya çevirir.

Qlobal güclər arasında gedən rəqabətin yeni konfiqurasiyası fonunda türk dövlətlərinin koordinasiyalı fəaliyyəti onların regional sabitlikdə aparıcı rolunu daha da artırır. Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer verilmiş məsələlərdən biri Azərbaycan və Özbəkistan arasında əlaqələrin institusional çərçivəsinin möhkəmləndirilməsidir. Bu baxımdan 2023-cü ilin avqustunda yaradılmış Ali Dövlətlərarası Şura mühüm dönüş nöqtəsi hesab olunur.

Cənab prezidentin UzA-ya müsahibəsi Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının yeni strateji mərhələsini tam şəkildə əks etdirən konseptual sənəd kimi qiymətləndirilə bilər.

Tarixi, mədəni və geosiyasi birliyə söykənən münasibətlərin dərinləşməsi, Ali Dövlətlərarası Şuranın institusional rolu, nəqliyyat-logistika dəhlizlərinin genişləndirilməsi, media və vətəndaş cəmiyyəti müstəvisində əməkdaşlığın inkişafı regionun gələcəyinin daha dayanıqlı və inteqrasiya olunmuş model üzrə formalaşacağını göstərir.

Digər tərəfdən, İqtisadi əməkdaşlıq sahəsində vurğulanan rəqəmlər də diqqətəlayiqdir. Azərbaycanın iqtisadiyyatında fəaliyyət göstərən 120-yə yaxın özbək kapitallı şirkət, qarşılıqlı investisiyalar və Orta Dəhliz üzərindən artan tranzit həcmləri göstərir ki, Bakı və Daşkənd yalnız siyasi deyil, iqtisadi güc mərkəzlərini də birləşdirir.

Eyni zamanda, Orta Dəhlizin önəmi və Azərbaycan-Özbəkistan enerji sistemlərinin yaşıl enerji kontekstində inteqrasiyası regionun gələcək inkişaf xəritəsini müəyyənləşdirir. Bu, həm də Azərbaycanın COP29 kimi qlobal hadisəyə ev sahibliyi etməsi fonunda enerji diplomatiyasında artan nüfuzunun təsdiqidir.

Mədəni və humanitar sahədə atılan addımlar isə dövlətlərarası münasibətlərin yalnız rəqəmlərə deyil, dəyərlərə söykəndiyini göstərir. Heydər Əliyev adına meydan, “Özbəkistan” parkı, mədəniyyət günləri və ortaq idman layihələri xalqlar arasında ideya və yaddaş birliyini gücləndirir.

Bu müsahibə həmçinin onu nümayiş etdirir ki, Azərbaycan regional siyasətdə aktiv, konstruktiv və təşəbbüskar xətt yürüdən dövlət kimi Mərkəzi Asiya ilə münasibətlərə xüsusi strateji əhəmiyyət verir. Bir sözlə, Azərbaycan Mərkəzi Asiyanın Qərbə açılan əsas iqtisadi pəncərəsinə çevrilir.

Qarşıdakı illərdə bu əməkdaşlığın daha da dərinləşəcəyi, Avrasiyada yeni iqtisadi-siyasi reallıqlar yaradacağı və türk dövlətlərinin qlobal arenada mövqelərini daha da gücləndirəcəyi şübhə doğurmur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see249

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see204

Avropa İttifaqı bizim üçün təhlükə yaradır Viktor Orban

17 Noyabr 2025 16:52see158

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see141

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see135

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see130

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see129

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see128

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

17 Noyabr 2025 18:11see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri