Türkiyənin keçmiş dövlət naziri: Azərbaycan Mərkəzi Asiyanın enerji və strateji resurs tədarükündə əsas vasitəçi ölkəyə çevrilir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 19 noyabr, Elmir Səftərov, AZƏRTAC
Mərkəzi Asiya dövlətlərini təşkil edən Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan tərəfindən formalaşdırılmış birliyə Azərbaycanın tamhüquqlu üzv qəbul edilməsi, başqa sözlə, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tam iştirakçı statusu qazanması iki əsas aspektdən mühüm əhəmiyyət kəsb edir.
Birincisi, Çindən başlayaraq Mərkəzi Asiya ölkələri vasitəsilə Avropaya uzanan ticarət marşrutlarının təkmilləşdirilməsi, təhlükəsizliyinin təmin olunması və regionun strateji xammal və məhsullarının effektiv qiymətləndirilməsi baxımından bu addım yeni imkanlar yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin iqtisadiyyata cavabdeh keçmiş dövlət naziri Masum Türker söyləyib.
O bildirib ki, Azərbaycanın üzvlüyü Mərkəzi Asiya dövlətlərinin rəsmi Bakı ilə siyasi, iqtisadi və logistik münasibətlərinin daha səmərəli inkişafına şərait yaradacaq. Bu kontekstdə Azərbaycanın regional nəqliyyat layihələri və tələb olunan infrastruktur yatırımları gündəlikdə ön plana çıxacaq.
"İkincisi, bu status Mərkəzi Asiya ilə əlaqələrin daha geniş miqyasda inkişafına töhfə verəcək.
Üçüncüsü, Azərbaycanın qoşulmasından sonra birliyin adının “Mərkəzi Asiya dövlətləri və Azərbaycan birliyi” kimi dəyişdirilməsi və yeni əməkdaşlıq modelinin hazırlanması üçün xarici işlər nazirlərindən ibarət komitənin yaradılması birliyin strateji vizyonunun yenidən formalaşdırılmasına və siyasi koordinasiyanın gücləndirilməsinə yönəldiyini göstərir.
Bu yanaşma, həm Mərkəzi Asiya, həm də Cənubi Qafqazla münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin Azərbaycanla daha fəal əməkdaşlıq qurmasını zəruri edir",- deyə M. Türker vurğulayıb.
Ekspert əlavə edib ki, gələcəkdə Mərkəzi Asiyada hasil olunan enerji resurslarının, qızıl və uran kimi strateji məhsulların tədarükündə Azərbaycanın vasitəçilik imkanlarına ehtiyac artacaq. Bu isə Azərbaycanın üçüncü dövlətlərlə münasibətlərdə də yeni strateji rol qazanmasına şərait yaradacaq. Su ehtiyatları, iqlim dəyişikliyi və regional təhlükəsizlik məsələlərində də Azərbaycan lider dövlət kimi irəli çıxacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 19 Noyabr 2025 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















