Icma.az
close
up
RU
Azərbaycan milisinin keçmiş gimnastı dünya çempionatının səfiri oldu

Azərbaycan milisinin keçmiş gimnastı dünya çempionatının səfiri oldu

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan bədii gimnastikasının ən titullu nümayəndələrindən biri olan Aliyə Qarayeva Frankfurt-Maynda baş tutacaq dünya çempionatının səfiri seçilib.

İdman.Biz Beynəlxalq Gimnastika Federasiyasına (FIG) istinadən xəbər verir ki, 38 yaşlı keçmiş idmançı dünya birinciliyinin təbliğatı üzrə tədbirlərdə iştirak edəcək, müsahibələr verəcək və avtoqraf-sessiyalar keçirəcək.

Qeyd edək ki, Aliyə Qarayeva Rusiyada anadan olub və 2005-ci ilə qədər bu ölkəni təmsil edib. Daha sonra Azərbaycan vətəndaşlığını qəbul edərək milli yığmanın şərəfini qorumağa başlayıb.

O, əsas beynəlxalq uğurlarını məhz Azərbaycan millisinin heyətində qazanıb. 2007-ci ildə Bakıda keçirilən Avropa çempionatında iplə hərəkətlərdə qızıl, komanda hesabında isə bürünc medal qazanıb.

2009-cu ildə azərbaycanlı gimnast dünya çempionatında topla hərəkətlərdə gümüş, komanda yarışlarında bürünc, eləcə də Azərbaycan millisinin heyətində Avropa çempionatının gümüş mükafatçısı olub.

2010-cu ildə Moskvada keçirilən dünya çempionatında Qarayeva fərdi növlərdə üç bürünc medal (halqa, top və lentlə) qazanıb, həmçinin Azərbaycan yığmasının komanda hesabında üçüncü yeri tutmasına kömək edib.

Karyerasının en böyük uğurlarından birini 2011-ci ildə fərdi çoxnövçülükdə dünya çempionatının bürünc mükafatçısı olmaqla əldə edib. Bundan əlavə, Qarayeva 2010 və 2012-ci illər Avropa çempionatlarında çoxnövçülükdə üçüncü yeri tutub.

İdman karyerasını başa vurduqdan sonra Qarayeva ailəsi ilə birgə daimi yaşamaq üçün Frankfurt-Mayn şəhərinə köçüb.

Əlavə edək ki, bədii gimnastika üzrə dünya çempionatı avqustun 12-dən 16-dək Frankfurtda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 İyul 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri