Icma.az
close
up
RU
Azərbaycan Milli İncəsənət Muzeyində Avstriya Səfirliyinin təşkilatçılığı ilə “İnklüziv Cəmiyyət üçün Vyana Balı” keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində Avstriya Səfirliyinin təşkilatçılığı ilə “İnklüziv Cəmiyyət üçün Vyana Balı” keçirilib

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Avstriya Səfirliyinin təşkilatçılığı ilə “İnklüziv Cəmiyyət üçün Vyana Balı” keçirilib.

Bizimyol.info portalı Azərbaycan Milli İncəsənət Muzeyinə istinadən xəbər verir ki, açılışda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Avstriya səfiri cənab Tomas Şuller-Götzburq və xanımı Xan Tranq çıxış edərək layihənin mədəni müxtəliflik, dialoq və birgə dəyərlərin paylaşılması üçün əhəmiyyətini vurğulayıblar. Onlar qeyd ediblər ki, inklüziv cəmiyyət ideyası bu layihənin əsas mesajıdır və belə tədbirlər birliyi, qarşılıqlı hörməti və cəmiyyətlərarası bağları gücləndirir.

Tədbir Avstriyanın Azərbaycandakı Səfirliyinin həyata keçirdiyi “Körpülər salmaq” silsiləsinin final mərhələsi olub. Bu silsilə tədbirlər 2024-cü ildən etibarən Avstriya səfiri cənab Tomas Şuller-Götzburq və həyat yoldaşı xanım Xan Traq tərəfindən mədəniyyətləri birləşdirən, səmimi ünsiyyətə əsaslanan layihə kimi həyata keçirilib.

Müxtəlif mədəni coğrafiyalardan gələn şəxsi hekayələrdən ilhamlanan bu təşəbbüs Avstriya, Azərbaycan və dünyanın fərqli ölkələrindən olan insanları bir araya gətirərək söhbət, paylaşım və qarşılıqlı anlaşma mühiti yaradıb.

Final mərhələsi olan Vyana Balı isə ənənəvi Avstriya bal mədəniyyətini bu dəfə inklüzivlik konsepti ilə birləşdirib. Məqsəd cəmiyyətdə müxtəlif sosial qrupları bir araya gətirərək gözəllik, mədəniyyət, tarix və inkluzivlik dəyərlərini birgə qeyd etmək olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri