Icma.az
close
up
RU
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi

Azərbaycan milli memarlığının möhtəşəm abidəsi

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Dövlət başçısının Sərəncamı ilə Möminə xatun türbəsinin bərpası və konservasiyasına dövlət büdcəsindən 1 (bir) milyon manat vəsait ayrılıb

Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində, özünüdərkində mühüm əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, istər sovet məkanında, istərsə də müstəqillik dövründə yaşadığımız illərdə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasına və inkişafına çox böyük önəm verib. Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə olan münasibəti də aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin və vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Dövlət başçısı mütəmadi olaraq, din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir və dini ibadət yerləri təmir-bərpa olunub, inanclı insanların istifadəsinə verilir. Respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də, dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır.

Görkəmli müsəlman alimlərinin, vəliəhdlərin, hökmdar və hökmdar ailəsi üzvlərinin, əmirlərin, vəzir və hərbi rəhbərlərin qəbirləri üzərində ucaldılan, üzəri xüsusi qübbələrlə örtülmüş tikili olan türbələrə də dövlətimiz tərəfindən diqqət ayrılır. Türbələr insanlar tərəfindən ziyarətgaha çevrilir.

AZƏRBAYCAN MEMARI ƏCƏMİ NAXÇIVANİNİN ŞAH ƏSƏRİ

Bu gün ölkəmizdə bütün tarixi-dini abidələr, ziyarətgahlar dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir. Naxçıvan şəhərində yerləşən, böyük tarix və mədəniyyət yadigarı olan Möminə xatun türbəsi də Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev "Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Möminə xatun türbəsinin özünəməxsus tarixi görkəminin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədilə Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix memarlıq abidəsində bərpa və konservasiya işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 (bir) milyon manat vəsait ayrılıb. Sənəddə o da qeyd olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1 ci hissəsində göstərilən bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini növbəti illərdə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcəkdir.

Öz kompozisiya həllinə, kamilliyinə və zərifliyinə görə bütövlükdə İslam aləminin şah əsərləri sırasında fəxri yer tutur. Misilsiz gözəlliyə malik türbə Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür. Möminə xatun türbəsi xalqımızın milli sərvəti kimi dövlət səviyyəsində mühafizə olunan dünya əhəmiyyətli mədəni irs nümunələri siyahısına salınmışdır.

Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri, Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri olan türbənin tikilmə tarixi onun giriş qapısının üzərindəki kitabədə əks olunmuşdur. Kitabədə: "adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz dünyanın və dinin cəlalı, İslamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi!"

Mənbələrdə göstərilir ki, memarlıq tarixi tədqiqatçısı Əjdər Ələsgərzadə baştağ çərçivəsinin üstündə abidənin tikilmə tarixinin "məhərrəm 582" (miladi 1186)–cı ilin yaz çağı olduğunu aydınlaşdımışdır.

BƏDİİ TƏFƏKKÜRÜN DƏRİNLİYİ VƏ ZÖVQÜN İNCƏLİYİ

Türbə yaxınlığında olmuş baştağın kitabəsindəki məlumata və tarixi qaynaqlara əsaslanan tədqiqatçılar belə bir nəticəyə gəlmişdir ki, türbə Məhəmməd Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə onun ölümündən sonra tikilmişdir. C. Qiyasi ehtimal edir ki, Məhəmməd Cahan Pəhləvanın özü də bu türbədə dəfn edilmişdir. Tədqiqatçı Cəfər Qiyasinin bu fikrinə görə türbənin yerli əhali arasında "Atabəy Günbədi" adlandırılması onun Atabəylərin soy türbəsi olduğuna nişanədir.

Möminə xatın türbəsinin ümumi quruluşu Naxçıvan memarlıq məktəbi üçün xarakterikdir. Türbə yeraltı sərdabə və yerüstü qülləvari hissədən ibarətdir. Yusif Küseyir oğlu türbəsi ilə müqayisədə memar bu türbənin xarici bəzəyində həndəsi ornamentlərin daha mürəkkəb kompozisiyasından istifadə etmişdir. Ornamentlərdə rəngli kaşılardan istifadə edilməsi türbənin zahiri görünüşünə daha xoş görkəm vermişdir. Mömünə Xatun türbəsində memar Əcəminin ustalığı, həmçinin bu türbəni sifariş edənin nüfuzu və böyüklüyü də əks olunmuşdur. Möminə xatun türbəsinin memarlıq və plan tərtibatında, Əcəmi, qüllələvari türbələrə xas olan bütün xüsusiyyətləri özünün əvvəlki əsərlərindən də daha aydın və parlaq ifadə etmişdir. Türbənin memarlıq həllində kompozisiya quruluşları, memarlıq forma və üsulları daha mükəmməl icra edilmişdir. Türbə, Atabəylər Memarlıq Kompleksinə daxil olan tikililər arasında memarlıq elementlərinin zənginliyi ilə seçilir. Onüzlü sərdabənin üzərində eyni biçimli qüllənin uca kərpic tutumu yüksəlir.

Təkcə Azərbaycan memarlığında deyil, ümumiyyətlə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən biri olan Mömünə Xatun türbəsinin uzunömürlüyü ilk olaraq onun mühəndis həllinin bitkinliyi ilə bağlıdır. Memar Əcəmi öz əsərində təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirmişdir. Abidənin dayaq sistemi, xüsusilə sərdabəsinin quruluşu ilə tanışlıq əyani göstərir ki, memar öz çağında "mühəndislər başçısı" adını layiqincə almışdır.

Çoxəsrlik tarixə malik olan bu və ya digər abidələrimizə, dini ziyarətgahlarımıza, maddi-mədəniyyət abidələrimizə yeni həyat verilir. Azərbaycanda abidələrin dövlət tərəfindən qorunması, bərpası və tikintisi milli dəyərlərimizə olan münasibətin təzahürüdür. Müstəqillik dövründə yüzlərlə dini abidələrin bərpası və tikintisi fikrimizi əsaslandırır.

MİLLİ DƏYƏRLƏRƏ, ADƏT-ƏNƏLƏRİ BÖYÜK HÖRMƏTİN NÜMUNƏSİ

Müasir dövrümüzdə Azərbaycanın iqtisadi inkişafı, ölkədə hökm sürən sabitliyin məntiqi nəticəsi olaraq bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsinə də xüsusi diqqət ayırır. Dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Söz yox ki, Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə, adət-ənələrinə də böyük hörmətlə yanaşan bir ölkədir.

zərbaycanda dini abidələrin dövlət tərəfindən qorunması, bərpası və tikintisi milli dəyərlərimizə olan münasibətin təzahürüdür. Müstəqillik dövründə yüzlərələ dini abidələrin bərpası və tikintisi fikrimizi əsaslandırır. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Bakıdakı Heydər Məscidi, Gəncədə "İmamzadə" kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır. Bütün bunlar göstərir ki, dövlətimizin başçısı İslam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi də təmir edilib. Son illərdə Azərbaycanda yeni məscidlərin tikilməsi və və ya təmir edilməsi milli-mənəvi dəyərlərimizə olan diqqətdir. Tolerantlıq məkanı olan Azərbaycanda paytaxt Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin müasir kompleksinin istifadəyə verilməsi müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpasına dövlətimiz tərəfindən ayrılan diqqətin daha bir göstəricisi oldu. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdisə. indi daha müasir və geniş məscid kompleksində eyni zamanda, 1800 nəfərin ibadət etməsinə şərait yaradılıb. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Onu da vurğulayaq ki, kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub. Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır.

Dünya xalqları arasında özünəməxsus yeri olan Azərbaycan bəşəri ideyaları, adət-ənənələri, maddi və mənəvi xəzinəsi ilə zəngin irsə sahibdir. Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi dünyaya töhfəsini verir. Bu sahəyə dövlət qayğısının artması dəyərlərimizi dünyada tanıtmaq sahəsində əhəmiyyətli rol oynayır. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see619

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see523

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see470

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see440

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see355

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see343

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see325

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see260

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see241

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see238

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see223

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see203

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri