Azərbaycan millisi daha çox təhlükəli vəziyyət yaratdı yığmamızın qələbəsinə Litvadan baxış
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, qadın futbolçulardan ibarət yığma Millətlər Liqasında növbəti oyuna çıxdı. Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda səfərdə Litvaya qalib gəldi – 2:0.
Əlbəttə, milli komandalarımızın martda üzləşdiyi məğlubiyyətləri nəzərə alsaq, belə vacib qələbə bizi sevindirməyə bilməz. Bəs, oyun qarşı tərəfdən necə görünüb?
"Football-plus.az" oyunun Litva Futbol Federasiyasının saytında yer alan qısa icmalını təqdim edir:
"Tomas Razanauskasın komandası Azərbaycan millisiylə bacarmadı. Lusiya Vaytukatite zədəli olduğuna görə bu matçda forma geyə bilmədi. Yustina Blazeviçute isə son dəqiqələrdə Litva millisində debüt etdi. Qarşılaşmada Azərbaycan millisi daha çox təhlükəli vəziyyət yaratdı və iki qol vurdu. 20-ci dəqiqədə Esra Manya, 55-ci dəqiqədə isə Nigar Mirzəliyeva fərqləndi. Litva yığması ən təhlükəli vəziyyəti 61-ci dəqiqədə yaratdı. Lakin Laura Kubiliutenin zərbəsini qapıçı dəf etdisə, Uqne Lazdauskaytenin cəhdinə müdafiəçi mane oldu. Millimizin Azərbaycanla cavab oyunu mayın 30-da keçiriləcək".
Daha əvvəl Bakıda keçirilən Azərbaycan - Monteneqro matçı heç-heçə (0:0) başa çatıb.
KƏNAN BAHADIR
Baxış sayı:78
Bu xəbər 06 Aprel 2025 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















