Azərbaycan millisi tarixi rekordun bir addımlığındadır
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər vediyimiz kimi, minifutbol üzrə Azərbaycan milli komandası 2026-cı il Avropa çempionatında finala yüksələrək növbəti tarixi uğurun astanasına gəlib.
Yeniavaz.com xəbər verir ki, Slovakiyanın Bratislava şəhərində keçirilən turnirdə yığmamız yarımfinalda Serbiyanı məğlub edərək həlledici oyuna vəsiqə qazanıb.
Əgər Azərbaycan final qarşılaşmasında qalib gəlsə, dünya minifutbol tarixində unikal nəticəyə imza atacaq. Belə ki, komandamız əvvəlcə 2022-ci ildə Avropa çempionu olub, daha sonra 2025-ci ildə Bakıda keçirilən dünya çempionatında kuboku başı üzərinə qaldırıb. 2026-cı ildə yenidən Avropa çempionluğu qazanılarsa, Azərbaycan həm Avropa, həm dünya, həm də yenidən Avropa titulunu ardıcıl qazanan ilk milli komanda kimi tarixə düşəcək.
Bu nailiyyət indiyədək heç bir minifutbol millisinə nəsib olmayıb. Daha əvvəl Çexiya və Rumıniya həm Avropa, həm dünya çempionluğu yaşasa da, titulları bu ardıcıllıq və davamlılıqla qazana bilməyib.
Qeyd edək ki, minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında bu gün final oyununa çıxacaq. Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkəcək. “Tipos Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Xabi Alonso rekordun bir addımlığındadır
04 Dekabr 2024 10:44
“Turan Tovuz” yeni rekordun bir addımlığındadır
22 Mart 2026 16:28
Azərbaycan güləşçiləri daha üç medalın bir addımlığındadır
17 May 2026 11:55
Siyavuş Novruzov: Azərbaycan Ermənistanla sülh müqaviləsinin bir addımlığındadır
19 Sentyabr 2025 11:30
Mbappe tarixi rekordun bir addımlığında
27 Mart 2026 14:07
Baxış sayı:107
Bu xəbər 04 İyun 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















