Azərbaycan millisinin baş məşqçisi: Qazandığımız ilk xal yığmaya əlavə ruh verəcək
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Azərbaycan millisinin qazandığı ilk xal yığmaya əlavə güc verəcək.
Globalinfo.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib:
“İnşallah, yaxşı çıxışlarımız çox olar. Futbolçulara göstərdikləri oyuna görə təşəkkür edirəm. Meydanda əsl gücümüzü göstərməyə çalışdıq. Çoxdandır yığmada ruh düşkünlüyü var idi. Bəlkə də futbolçular təzyiq altında çıxış edirdilər. Bizə çətin anlarımızda dəstək olan azarkeşlərə təşəkkür edirəm. İnşallah, qazandığımız bu xal yığmaya əlavə güc verəcək”.
Qeyd edək ki, Tofiq Bəhramov stadionunda baş tutan Azərbaycan – Ukrayna oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 09 Sentyabr 2025 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















