Icma.az
close
up
RU
Azərbaycan millisinin sabiq qapıçısı: Nə vaxt mənə ehtiyac olsa, yığma üçün döyüşməyə hazıram MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq qapıçısı: Nə vaxt mənə ehtiyac olsa, yığma üçün döyüşməyə hazıram MÜSAHİBƏ

Icma.az, Report.az saytına istinadən bildirir.

"Qəbələ"nin qapıçısı Səlahət Ağayev "Report"a müsahibə verib. O, komandasının I Liqadakı uğurlu çıxışından və Azərbaycan Kubokunun 1/8 finalında qarşılaşdıqları "Qarabağ"la oyundan danışıb. Azərbaycan millisinin sabiq qolkiperi I Liqa klubuna keçidinin səbəblərindən də danışıb.

- Azərbaycan Kubokunun 1/8 finalında “Qarabağ”a məğlub oldunuz. Oyun barədə nə deyə bilərsiniz?

- Düzdür, məğlub olduq. Lakin "Qarabağ" kimi komanda ilə qarşılaşmaq faydalıdır. Həm gücünü artırırsan, həm də öz gücünü göstərə bilirsən. Düşünürəm ki, həmin matçda yaxşı komanda olduğumuzu göstərə bildik.

- Görüşü yüksək səviyyədə keçirməyinizə baxmayaraq, sonda məğlub oldunuz. “Qəbələ”nin Azərbaycan Kubokunun püşkatması zamanı bəxtinin gətirmədiyini düşünürsünüz?

- Mərhələ adlamaq baxımından püşkün "Qarabağ"ı bizə rəqib etməsi yaxşı olmadı. Lakin dediyim kimi, güclü komandalarla qarşılaşmaq xeyrimizədir.

- Azərbaycan I Liqasında 8 tur ərzində məğlub olmayan və qol buraxmayan yeganə komanda “Qəbələ”dir. Komandanın uğurlu çıxışının sirri nədir?

- Məqsədimiz hər kəsə bəllidir. Yüksək nəticələr qazanaraq yenidən Premyer Liqaya qayıtmaq istəyirik. Komanda olaraq çox çalışırıq, əlimizdən gələn hər şeyi edirik. Yəqn ki, uğurlu çıxışın sirri də çox çalışmaqdadır. İnşallah, sona qədər bu tempdə davam edəcəyik.

- 8 tur ərzində qapınızın toxunulmazlığını qorumağınızı nə ilə əlaqələndirirsiniz? Müdafiəçilərin bu işdə köməyi çoxdur?

- Tam səmimi deyə bilərəm ki, qol buraxmamaq mənim üçün bir o qədər önəmli deyil. Əsas odur ki, komandam hər görüşü 3 xalla başa vursun. "Qəbələ" 8 tur ərzində qapısının toxunulmazlığını qoruyubsa, bunda komanda yoldaşlarımın da əziyyəti var

- Hər zaman Premyer Liqada iddialı klublarda çıxış etmiş və Azərbaycan millisinin üzvü olmuş qapıçının I Liqa klubuna keçidinin səbəbi nə idi?

- Komandanın baş məşqçisi Kaxaber Sxadadaze və kapitan Asif Məmmədovun bu keçiddə rolu önəmli idi. Asif mənə dedi ki, Kaxaber Sxadadze səni "Qəbələ"də görmək istəyir. Onlar mənə güvəndilər. Mən də öz növbəmdə təklif gələn kimi düşünmədən qəbul etdim. Çünki Sxadadzenin olduğu yerdə hər zaman güclü komanda formalaşıb və nəticələr yüksək olub.

- Bunu karyeranızda geriyə addım hesab etmirsiniz?

- Qətiyyən! Əksinə, doğru qərar qəbul etdiyimi düşünürəm. Müvəqqəti çətinlikdən sonra hər şey daha da yaxşı olacaq.

- “Qəbələ” I Liqanın çempionu kimi Premyer Liqaya vəsiqə qazansa, klubda qalacaqsınız?

- İndidən bu məsələlər barədə danışmaq tezdi. Hər şeyi gələcək göstərəcək.

- Səlahət Ağayevi qarşıdakı illərdə iddialı klublarda görə biləcəyik?

- Son iki sualınızın cavabını vermək çox tezdir. Birinci hədəfimiz "Qəbələ"ni Premyer Liqaya qaytarmaqdır. Daha sonra hər şey öz axarına düşəcək. Hər nə olacaqsa, xeyrimə olacağını düşünürəm.

- Hazırda Azərbaycan futbolunda yüksək səviyyəli qapıçı yetişməməsinin səbəbi nədir?

- Mənə elə gəlir ki, ölkəmizdə yaxşı, istedadlı qapıçılar var. Ancaq biz onları Premyer Liqada izləyə bilmirik. Çünki komanda sayı azdır. Belə olan halda həmin qapıçılar üzə çıxa bilmirlər.

- Azərbaycan millisinin sabiq qapıçısı kimi yığmanın uğursuz çıxışlarının səbəbini nədə görürsünüz?

- Kənardan nəsə demək çətindir. Ümid edirəm ki, pis günlər arxada qalacaq və növbəti yarışlarda komandamızın uğurlarına sevinə biləcəyik.

- Baş məşqçi Fernandu Santuşun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Fernandu Santuşun necə baş məşqçi olduğu hamıya bəllidir. Portuqaliya millisi ilə Avropa çempionu olarkən özünü sübut edib. Məncə, onun vaxta ehtiyacı var. Bir müddət sonra yığmamıza faydalı olacağını düşünürəm.

- Bu gün təklif gəlsə, özünüzü yığmanın qapısını qorumağa hazır hiss edirsiniz?

- Əlbəttə, hər bir futbolçunun arzusu milli komandada çıxış etməkdir. Nə vaxt mənə ehtiyac olsa, yığma üçün "döyüşməyə" hazıram. Hər zaman istəmişəm ki, Azərbaycan üçün faydalı idmançı olum. Yığma üçün oynamağa həmişə hazıram.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://report.az
archiveBu xəbər 09 Dekabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see160

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri