Azərbaycan millisinin üzvü: Təzyiq altında oynayırıq, məsuliyyətimiz çoxdur
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
Azərbaycan minifutbol üzrə milli komandamızın üzvü Təmkin Xəlilzadə Sportal.az saytına açıqlama verib.
Yığma komandamızın əsas oyunçularından olan Xəlilzadə dünya çempionatının 1/4 final mərhələsinin İngiltərə üzərindəki(2:1) qələbəsini şərh edib:
"İnanılmaz dərəcədə sevincliyik. Çox möhtəşəm qələbə idi. Belə atmosfer qarşısında uduzmağa şansımız yox idi. Çox çətin keçdi. Elə mərhələdəyik ki, asan rəqib və asan oyun yoxdur. Əziyyətimiz yerdə qalmadı, xalqımızı sevindirə bildik. Buna görə çox sevinirik. Sona iki oyunumuz qalıb. İnanıram ki, hamımız birlikdə əziyyətimizin bəhrəsini görərik. Bundan əvvəlki dünya çempionatında da yarımfinala qədər gəlmişdik, amma orada uduzmuşduq. Amma indi öz xalqımızın önündə oynayırıq. Üstünlüyümüzün olduğunu düşünürəm. Doğrudur, təzyiq altında oynayırıq, məsuliyyətimiz çoxdur. Allah qoysa, xalqımızın dəstəyi ilə çempion olacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 30 May 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















