Azərbaycan Moldova ilə vergi sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib
Icma.az, 525.az saytına istinadən bildirir.
Azərbaycan və Moldova arasında vergi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
525.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli moldovalı həmrakı Olqa Qolbanla görüşüb.
Görüşdə həmçinin vergi inzibatçılığı, rəqəmsal həllərin tətbiqi, risk əsaslı yanaşmalar və vergi nəzarətinin təkmilləşdirilməsi sahələrində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
O.Nəzərli qeyd edib ki, təcrübə və məlumat mübadiləsi hər iki ölkənin vergi sistemlərinin davamlı inkişafına töhfə verə bilər. Öz növbəsində, O.Qolban Azərbaycan vergi sistemində həyata keçirilən müasir yanaşmaların və idarəetmə modellərinin Moldova üçün maraq kəsb etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 19 İyun 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















