Icma.az
close
up
RU
Müasir İncəsənət Muzeyində “Qarabağ irsi” adlı fərdi sərgi keçirilib

Müasir İncəsənət Muzeyində “Qarabağ irsi” adlı fərdi sərgi keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 dekabr, Günel Alıyeva, Orxan Kərimov, AZƏRTAC

Müasir İncəsənət Muzeyində tanınmış azərbaycanlı rəssam və ictimai xadim Nigar Helminin “Qarabağ irsi” adlı fərdi sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “QGallery” və yerli “Miras” brendinin dəstəyi ilə təşkil olunub.

Ekspozisiyada Nigar Helmi doğma Qarabağ torpağından ilhamlanaraq tarix, yaddaş və kimlik anlayışlarının bir-biri ilə bağlı qatlarını araşdırır. Sərgi dağıntılara və məcburi köçkünlüyə baxmayaraq, mədəniyyətin, ənənələrin və kollektiv yaddaşın nəsildən-nəslə necə yaşadığını və qorunduğunu düşünməyə sövq edir.

Tədbirdə çıxış edən kolleksiyanın müəllifi Nigar Helmi vurğulayıb ki, “Qarabağ irsi” sərgisi Azərbaycanın şanlı Qələbəsinin 5 illiyinə həsr olunub.

Onun sözlərinə görə, sərginin adı - “Qarabağ irsi” səslənmə baxımından gözəl olsa da, əslində müəyyən ironiya da daşıyır.

“Bu torpaqlarda təxminən 30 il davam edən işğal dövründə mədəni irsin çoxsaylı nümunələri dağıdılıb və talan edilib. Həmin illərdə muzeylər, musiqi məktəbləri, teatrlar, kitab fondları böyük zərər görüb, minlərlə arxeoloji artefaktın müxtəlif auksionlarda satışa çıxarıldığı barədə məlumatlar yayılıb. Təəssüf ki, onların bir qismini geri qaytarmaq son dərəcə çətindir. Məhz buna görə sərgi bu adı daşıyır”, - deyə o bildirib.

Nigar Helmi əlavə edib ki, bu ekspozisiyanı bir missiya kimi qəbul edir.

“Kimsə soruşa bilər: niyə rəssam dağıdılmış muzeyləri, məktəbləri, mədəniyyət ocaqlarını kətana köçürür? Mən bu sərgini müxtəlif ölkələrdə nümayiş etdirmək istəyirəm ki, Qarabağda məhv edilmiş mədəni irsin miqyasını göstərim və Azərbaycanı layiqincə təqdim edim”, - deyə kolleksiyanın müəllifi qeyd edib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı və publisist Şərəf Cəlilli çıxışında bu cür tədbirlərin təşkili və ictimai-mədəni mühitin formalaşdırılmasında ziyalıların mühüm rolunu vurğulayıb. O, uzun illər ərzində Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğinə əhəmiyyətli töhfələr verən insanların fəaliyyətini xüsusi qeyd edib.

Bildirib ki, Azərbaycan-Türkiyə dostluğu və əməkdaşlığı çərçivəsində keçirilən tədbirlər və elmi-mədəni platformalar xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir və bu baxımdan sərgi mədəni yaddaşın canlı təcəssümüdür.

Layihə Qarabağın ağrılı tarixini, müharibənin travmalarını, itirilmiş evlərin kədərini və uzun müddət səsi eşidilməyən icmaların taleyini əks etdirir. Çoxqatlı fakturalar, ifadəli rəng palitrası və güclü formalar itki ilə qorunma, yaddaşla dirçəliş, kədər ilə mədəniyyətin dayanıqlılığı arasında dialoq yaradır.

Qeyd edək ki, Nigar Helmi azərbaycanlı rəssamdır, rəngkarlıq, qarışıq texnikalar və instalyasiya sahələrində fəaliyyət göstərir.

Onun yaradıcılığının mərkəzində yaddaş, kimlik və mədəni irs mövzuları, eləcə də məkanın, şəxsi tarixçənin və kollektiv təcrübənin insanın özünü və cəmiyyətini dərk etməsinə təsiri dayanır. Helminin əsərlərində təbiət motivləri və tarixi istinadlar müasir incəsənət prizmasından yenidən düşünülərək təqdim olunur və həm yerli, həm də beynəlxalq müstəvidə rezonans doğurur. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilib və aparıcı dövlət və özəl kolleksiyalarda yer alıb.

-1 / 14

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri