Icma.az
close
up
RU
Azərbaycan multikulturalizmi İspaniyada təbliğ olunub

Azərbaycan multikulturalizmi İspaniyada təbliğ olunub

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

İspaniya Krallığının Maqos Fondunun təşkilatçılığı ilə 14-16 noyabr tarixlərində Malaqa şəhərində “Müdrik İnsanların Xəzinəsi” adlı beynəlxalq sərgi keçirilib. Tədbirlə əlaqədar olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) rəhbərliyi ilə Azərbaycandakı dini icma nümayəndələrinin İspaniyaya səfəri təşkil olunub. Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin, eləcə də Maqos Fondunun təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə sərgidə Azərbaycan guşəsi təqdim edilib. Azərbaycanın tarixi, mədəniyyəti, habelə ölkəmizdə tarixən mövcud olan tolerantlıq, multikultural və çoxkonfessiyalı zəngin mədəni irsin qorunması istiqamətində dövlətimizin aparığı siyasət, həyata keçirilən layihələr haqda İspaniyanın geniş ictimaiyyətini, eləcə də kütləvi informasiya vasitələrini məlumatlandırmaq məqsədilə, tədbir çərçivəsində “Azərbaycanın multikulturalizm modeli” mövzusunda xüsusi seminar da təşkil olunub. Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tədbirdə məruzə ilə çıxış edib. O, Azərbaycanda mədəni müxtəlifliyin, tolerantlığın və multikulturalizmin təbliğinə diqqət çəkərək bildirib ki, müxtəlif etnik və dini icmalarının birgə yaşadığı mühit Azərbaycanın multikulturalizm sahəsindəki uğurlu siyasətinin nəticəsidir. Azərbaycanın tolerantlıq ənənələri, multikulturalizm siyasəti, eyni zamanda, bu gün Azərbaycanda olan din-dövlət münasibətləri haqda geniş məlumat verən R.Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu sahədəki fəaliyyəti, beynəlxalq tədbirlər və təcrübə mübadiləsi haqda da danışıb. Azərbaycanın qlobal miqyasda multikulturalizmin təbliğinə verdiyi töhfələrdən söz açan Rəvan Həsənov ölkəmizin mədəni müxtəliflik və harmoniya istiqamətində dünya üçün örnək bir model olduğunu qeyd edib. Tədbirdə çıxış edən Azərbaycandakı Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal ölkəmizdə yaşayan yəhudilərin həyat tərzi, Katolik kilsəsinin keşişi Vladimir Baxa və Alban-Udi xristian icmasının sədri Robert Mobili isə xristianların Azərbaycandakı yaşam şəraiti və dini ibadətlərini azad şəkildə icra etmələrindən, eləcə də qədim Qafqaz Albaniyasının irsi olan kilsələrdən və Azərbaycan dövlətinin bu sahədəki qayğısından danışıblar. Tədbirdə Malaqa ictimaiyyəti, dini icma nümayəndələri, Malaqa  universitetinin tələbələri də iştirak ediblər.

Səfər çərçivəsində BBMM-in icraçı direktoru Rəvan Həsənov Malaqa Şəhər Şurasının Xarici Əlaqələr üzrə direktoru İzabel Paskual Villamor ilə görüşüb. Görüş zamanı Malaqa Universitetində Azərbaycan multikulturalizmi fənninin tədrisi və gələcəkdə birgə tədbirlərin təşkili imkanları müzakirə edilib. Multikulturalizm Mərkəzinin nəşrləri xanım Villamorun xüsusi marağına səbəb olub.

16 noyabr - Dünya Tolerantlıq Günü münasibətilə Maqos Fondunun təşkilatçılığı ilə təşkil olunmuş silsilə tədbirlər çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmiləri, habelə ölkəmizdəki müsəlman, xristian, alban-udi, yəhudi dini konfessiyalarının nümayəndələri Malaqa Şəhər Bələdiyyəsinin rəsmi iqamətgahında şəhər bələdiyyə rəhbəri Fransiska Torrenin birbaşa iştirakı ilə dünyada sülh və birgə yaşayışın  təbliğatında  göstərilən xidmətlərə görə mükafatlandırma mərasimində də iştirak ediblər. Nobel Sülh mükafatı laureatı Şirin Ebadi, YUNESKO-nun mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser, NATO Parlament Assambleyasının sabiq prezidenti, o cümlədən İspaniya və Fransanın tanınmış ictimai xadimlərinin iştirakı ilə keçirilmiş tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinə Maqos Fondu tərəfindən mükafat təqdim olunub. Çıxışında Azərbaycandakı multikulturalizm ənənələrinə toxunan R.Həsənov mədəniyyətlər və dinlərarası dialoqun dünyada sülhün təminatının əsas qayəsi olduğunu, bu məqsədlə Azərbaycan modeli olan multikulturalizm və tolerantlığın yayılması istiqamətindəki sülhpərvər fəaliyyətlərini davam etdirəcəklərini bildirib. R.Həsənov daha sonra yerli media qurumlarının suallarını cavablandırıb. Tədbir Qala şam yeməyi ziyafəti ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Noyabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see350

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see311

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see309

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see296

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see284

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see267

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see255

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see255

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see251

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see243

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see240

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see240

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see240

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see231

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see227

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see226

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see197

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see194

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri