Bolqarıstan UEFA dan sərt sanksiyalar tələb edir
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada bildirilir ki, köməyə ehtiyacı olan yaralı vətəndaşların Bolqarıstana qayıtmasını təmin etmək üçün Marselə "Spartan" hərbi nəqliyyat təyyarəsi göndəriləcək".
"Olimpik Marsel" və "Levski Sofiya" komandaları arasındakı oyundan əvvəl azarkeşlər arasında toqquşma olub. Nəticədə 11 Bolqarıstan vətəndaşı xəsarət alıb, onlardan altısı xəstəxanaya yerləşdirilib.
Bolqarıstan parlamentinin üzvləri zorakılığı pisləyib və Fransa və UEFA-nı müstəqil araşdırma aparmağa və Fransa klubuna qarşı sərt sanksiyalar tətbiq etməyə çağıran bəyannamə qəbul ediblər. Prezident İliana Yotova stadionda bolqar azarkeşləri üçün təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı araşdırma aparılmasını tələb edib və Baş nazir Rumen Radev Fransa prezidenti ilə müvafiq söhbət aparıb. Bolqarıstan Xarici İşlər Nazirliyi nota verib.
"Olimpik Marsel" baş verənləri pisləyib. Klubun mətbuat xidməti bildirib ki, hadisələrin dəqiq hallarını müəyyən etmək üçün müvafiq orqanlarla işləyir. Fransa prokurorluğu və polisi müvafiq araşdırma aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 29 Noyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















