Icma.az
close
up
RU

Azərbaycan multikulturalizmi İspaniyada təbliğ olunub

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya Krallığının Maqos Fondunun təşkilatçılığı ilə 14-16 noyabr tarixlərində Malaqa şəhərində “Müdrik İnsanların Xəzinəsi” adlı beynəlxalq sərgi keçirilib. Tədbirlə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) rəhbərliyi ilə Azərbaycandakı dini icma nümayəndələrinin İspaniyaya səfəri təşkil olunub.
Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin, eləcə də Maqos Fondunun təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə sərgidə Azərbaycan guşəsi təqdim edilib. Azərbaycanın tarixi, mədəniyyəti, habelə ölkəmizdə tarixən mövcud olan tolerantlıq, multikultural və çoxkonfessiyalı zəngin mədəni irsin qorunması istiqamətində dövlətimizin aparığı siyasət, həyata keçirilən layihələr haqda İspaniyanın geniş ictimaiyyətini, eləcə də kütləvi informasiya vasitələrini məlumatlandırmaq məqsədilə, tədbir çərçivəsində “Azərbaycanın multikulturalizm modeli” mövzusunda xüsusi seminar da təşkil olunub.
Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tədbirdə məruzə ilə çıxış edib. O, Azərbaycanda mədəni müxtəlifliyin, tolerantlığın və multikulturalizmin təbliğinə diqqət çəkərək bildirib ki, müxtəlif etnik və dini icmalarının birgə yaşadığı mühit Azərbaycanın multikulturalizm sahəsindəki uğurlu siyasətinin nəticəsidir. Azərbaycanın tolerantlıq ənənələri, multikulturalizm siyasəti, eyni zamanda, bu gün Azərbaycanda olan din-dövlət münasibətləri haqda geniş məlumat verən R.Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu sahədəki fəaliyyəti, beynəlxalq tədbirlər və təcrübə mübadiləsi haqda da danışıb. Azərbaycanın qlobal miqyasda multikulturalizmin təbliğinə verdiyi töhfələrdən söz açan Rəvan Həsənov ölkəmizin mədəni müxtəliflik və harmoniya istiqamətində dünya üçün örnək bir model olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycandakı Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal ölkəmizdə yaşayan yəhudilərin həyat tərzi, Katolik kilsəsinin keşişi Vladimir Baxa və Alban-Udi xristian icmasının sədri Robert Mobili isə xristianların Azərbaycandakı yaşam şəraiti və dini ibadətlərini azad şəkildə icra etmələrindən, eləcə də qədim Qafqaz Albaniyasının irsi olan kilsələrdən və Azərbaycan dövlətinin bu sahədəki qayğısından danışıblar.
Tədbirdə Malaqa ictimaiyyəti, dini icma nümayəndələri, Malaqa  universitetinin tələbələri də iştirak ediblər.

Səfər çərçivəsində BBMM-in icraçı direktoru Rəvan Həsənov Malaqa Şəhər Şurasının Xarici Əlaqələr üzrə direktoru İzabel Paskual Villamor ilə görüşüb. Görüş zamanı Malaqa Universitetində Azərbaycan multikulturalizmi fənninin tədrisi və gələcəkdə birgə tədbirlərin təşkili imkanları müzakirə edilib. Multikulturalizm Mərkəzinin nəşrləri xanım Villamorun xüsusi marağına səbəb olub.
16 noyabr - Dünya Tolerantlıq Günü münasibətilə Maqos Fondunun təşkilatçılığı ilə təşkil olunmuş silsilə tədbirlər çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmiləri, habelə ölkəmizdəki müsəlman, xristian, alban-udi, yəhudi dini konfessiyalarının nümayəndələri Malaqa Şəhər Bələdiyyəsinin rəsmi iqamətgahında şəhər bələdiyyə rəhbəri Fransiska Torrenin birbaşa iştirakı ilə dünyada sülh və birgə yaşayışın  təbliğatında  göstərilən xidmətlərə görə mükafatlandırma mərasimində də iştirak ediblər.
Nobel Sülh mükafatı laureatı Şirin Ebadi, YUNESKO-nun mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser, NATO Parlament Assambleyasının sabiq prezidenti, o cümlədən İspaniya və Fransanın tanınmış ictimai xadimlərinin iştirakı ilə keçirilmiş tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinə Maqos Fondu tərəfindən mükafat təqdim olunub. Çıxışında Azərbaycandakı multikulturalizm ənənələrinə toxunan R.Həsənov mədəniyyətlər və dinlərarası dialoqun dünyada sülhün təminatının əsas qayəsi olduğunu, bu məqsədlə Azərbaycan modeli olan multikulturalizm və tolerantlığın yayılması istiqamətindəki sülhpərvər fəaliyyətlərini davam etdirəcəklərini bildirib. R.Həsənov daha sonra yerli media qurumlarının suallarını cavablandırıb. Tədbir Qala şam yeməyi ziyafəti ilə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Noyabr 2024 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see422

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see404

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see377

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see361

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see279

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see278

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see270

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see249

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see220

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see210

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see209

Geosiyasi gərginlik fonunda neft qiymətləri yüksəldi

08 İyul 2026 06:27see208

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see208

Qonşu ölkələr turistlərdən milyon qazanır

08 İyul 2026 16:59see193

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see185

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see184

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see183

Sibiqa: Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq

08 İyul 2026 05:00see179

1/4 finalın son cütü bəlli oldu Argentina İsveçrə

08 İyul 2026 03:04see172

Məşhur türk aktrisanın ölüm səbəbi açıqlandı alkoqol zəhərlənməsi...

09 İyul 2026 03:04see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri