Icma.az
close
up
RU
Azərbaycan multikulturalizminin İspaniyada təqdimatı

Azərbaycan multikulturalizminin İspaniyada təqdimatı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bugünlərdə İspaniyanın Malaqa şəhərində “Müdrik İnsanların Xəzinəsi” adlı beynəlxalq sərgi keçirilib. Krallığın Maqos Fondunun təşkil etdiyi toplantıda ölkəmizi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi ilə dini icma nümayəndələri təmsil edib.

İspaniyadakı səfirliyimizin təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə sərgidə təqdim olunan Azərbaycan guşəsində ölkəmizin tarixi, mədəniyyəti, tolerantlıq mühiti geniş əksini tapıb. Müstəqil dövlətimizin aparığı milli siyasət, həyata keçirilən mədəni layihələr barədə İspaniya ictimaiyyətini məlumatlandırmaq məqsədilə sərgidə “Azərbaycanın multikulturalizm modeli” mövzusunda seminar da təşkil olunub.

BBMM-in icraçı direktoru Rəvan Həsənov təqdimatda və seminarda bildirib ki, müxtəlif etnik və dini icmaların birgə yaşadığı mühit Azərbaycanın multikulturalizm sahəsindəki uğurlu siyasətinin nəticəsidir. O, ölkəmizin tolerantlıq ənənələri, multikulturalizm siyasəti, din-dövlət münasibətləri haqda geniş məlumat verərək rəhbərlik etdiyi mərkəzin bu sahədəki fəaliyyətindən, keçirilən beynəlxalq tədbirlərdən və təcrübə mübadiləsindən danışıb.

Azərbaycandakı Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal ölkəmizdə yaşayan yəhudilərin həyat tərzi, Katolik kilsəsinin keşişi Vladimir Baxa və Alban-Udi xristian icmasının sədri Robert Mobili isə xristianların Azərbaycandakı yaşam şəraiti və dini ibadətlərini azad şəkildə icra etmələrindən və Azərbaycan dövlətinin bu sahədəki qayğısından danışıblar.

16 Noyabr Dünya Tolerantlıq Günü münasibətilə Malaqa Şəhər Bələdiyyəsində keçirilən dünyada sülh və birgə yaşayışın təbliğatında göstərilən xidmətlərə görə mükafatlandırma mərasimində Azərbaycan nümayəndə heyətinə də Maqos Fondunun mükafatı təqdim olunub.

T.RÜSTƏMLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Noyabr 2024 01:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri