Icma.az
close
up
RU
Azərbaycan musiqisinin “Di ru ri ru ri ri” si

Azərbaycan musiqisinin “Di ru ri ru ri ri” si

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

İllərdir, onun adı gələndə özümü gülməmək üçün güclə saxlayıram. İstəmişəm, o adı eşidəndə həmişə sənətkar, musiqiçi, müğənni deyim. Ancaq ağlıma gələn bu olub:

“Di ru ri ru ri ri ru ri”.

Heç vaxt başa düşmədiyim məsələlər var. Məsələn, Niyaməddin müəllim oxuyanda niyə boynunu bükür ?

Vallah, hərdən adamın ürəyi də ağrıyır.

Ümumiyyətlə, Niyaməddin Musayev sənətkar olmağı bacarmayan, cəhənnəm, bu obrazı yalandan da olsa yarada bilməyən adamdır.

Nə oxumağı, nə də danışmağı sənətkar danışmağıdır.

O da bir çoxları kimi məktəb yarada, ustad olmağı bacara bilməyib. Heç kimin sevimli müğənnisi də olmayıb. Məsələn, hansı gənc ifaçı di “ru ri ru ri ri ru” eləmək istəyər?

Ümumiyyətlə, Niyaməddin Musayevi hər dəfə görəndə elə bilirəm, bu dəqiqə ağlayacaq. Doğrudanmı camaat elə hesab edir ki, onun möhtəşəm səsi var? Bir də görürsən, ən yaxşı halda ortabab olan bilən Niyaməddin Musayevə böyük sənətkar da deyirlər. Niyə, nə üçün? Bəlli deyil.

Niyaməddin Musayev hazırda nostaljiyə çevrilib. Ancaq o, keçmişi yaşatmır, təkrarlayır. İnsanlar da onu ona görə sevir ki, çox uzun müddətdir görürlər, artıq məcburiyyət yaranıb.

Efirdən efirə görəndə yadlarına düşür ki, belə bir müğənnimiz var.

Onun oxumağına qulaq asanda qəribə bir hiss yaranır: hər şey tanışdır, amma heç nə yeni deyil.

Sənətçi kimi də heç bir yeniliyi olmayan adamdır. Nə indi, nə də sənətdə yeni olanda. Saçından, geyimindən başqa da bir fərqliliyi olmayıb. “Dünya sənin, dünya mənim” deyə-deyə ömrü bu yerə gətirib çıxardıb. Bu isə onun ən böyük şansıdır. Hətta camaat ondan başqa musiqisini də bilmir, dinləmir. Düz də edirlər. Adam niyə musiqi dinləmək istəyəndə Niyaməddinə qulaq assın ki? Bu insanda hansı zövqsüzlüyün təzahürü ola bilər?

Maraqlıdır, kimin ağlına Niyaməddin Musayev deyəndə “Di ru ri ru ri ri ru ri” gəlmir ki?

Heç indiyə kimi heç bir musiqiçi də ustadlardan, ümumən sənətkarlardan danışanda Niyaməddin Musayevdən danışmayıb. Çünki adamın yadına düşmür, hərdən bir adamın qəfil qabağına çıxır. Özü də, ayda-ildə bir dəfə, vəssalam. Görürsən, nostalji olursan, gülürsən və söhbət bitir.

Ancaq belə baxıram, dünya elə Niyaməddin Musayevindir. Heç nə etməyə-etməyə hər şey etdi.

Niyaməddin Musayev bir dövrün səsi ola bilərdi. İndi isə o dövrün əks-sədasıdır. Əks-səda isə nə qədər gur olsa da, həmişə kiminsə səsindən sonra gəlir.

Oxumaq onda ehtiyac yox, vərdiş olub.

Niyaməddin Musayev sənətçi yox, təkrarlanan hadisədir. O, oxumaq üçün yox, görünmək üçün çıxır. Elə bil hər çıxışı “mən buradayam” elanıdır, amma heç vaxt “niyə buradayam?” sualının cavabı deyil.

Yeganə adamdır ki, səhnəyə çıxanda heç nə baş vermir. Sıfır həyəcan, sıfır istək. Eyni geyim, eyni mimika, eyni baxış: sanki biri onu illər əvvəl qurub, sonra “copy–paste”lə bugünkü günə daşıyıb. Zaman dəyişir, texnika dəyişir, tamaşaçı dəyişir, amma Niyaməddin Musayev dəyişmir ki, dəyişmir.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Yanvar 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri