Icma.az
close
up
RU
Politoloq: “Türkiyəni yeni Osmanlı kimi təqdim etmək siyasi manipulyasiyadır”

Politoloq: “Türkiyəni yeni Osmanlı kimi təqdim etmək siyasi manipulyasiyadır”

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Osmanlı imperiyasının varisi olaraq bu mirasa istinad edən bir siyasi xətt icra edir

Türkiyədə dinin siyasətdə rolunun artması müəyyən risklər doğurur

İsrailin Kəşfiyyat naziri İtamar Ben Gvirin Türkiyəyə dair səsləndirdiyi sərt və radikal bəyanatlar regionda onsuz da gərgin olan siyasi mühitə yeni dinamika əlavə edib. Nazir açıq şəkildə bildirib ki,“Türkiyə yeni bir Osmanlı yaratmaq istəyir. Bu günkü Türkiyə yəhudi dövləti üçün bir nömrəli təhdiddir. Kiprdə Türkiyə böyük hərbi genişlənmə aparır -biz bu hərbi imkanları məhv etməliyik. Türkiyə İsrail dövləti üçün yeni bir İrana çevrilir”.

Bu tip açıqlamalar təkcə emosional ritorika deyil, həm də İsrailin regiondakı güc balansının dəyişməsinə dair artan narahatlığının göstəricisi kimi dəyərləndirilir. Eyni zamanda belə iddialar fonunda Ankaranın regional strateji davranış məntiqini və İsrail-Türkiyə münasibətlərinin hazırkı trayektoriyasını daha obyektiv müstəvidə təhlil etmək zərurəti gündəmə gəlir. 

Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında Türkiyənin klassik mənada “yeni Osmanlı” yaratmaq istədiyini söyləməyin doğru olmadığını bildirib:

"İsrailin Kəşfiyyat naziri İtamar Ben Gvirin “Türkiyə yeni bir Osmanlı yaratmaq istəyir, bu günkü Türkiyə yəhudi dövləti üçün bir nömrəli təhdiddir və Kiprdəki hərbi imkanları məhv etməliyik” fikirləri indiki məqmada diqqət çəkir. Bu iddiaların fonunda Türkiyənin real strateji hədəflərini daha rasional çərçivədə qiymətləndirmək zəruridir. Əvvəla, Türkiyənin klassik mənada “yeni Osmanlı” yaratmaq istədiyini söyləmək doğru deyil. Belə bir layihənin tarixi, siyasi və demoqrafik baxımdan həyata keçməsi mümkün deyil. Bununla belə, Türkiyə Osmanlı imperiyasının varisi olaraq regional siyasətində bu mirasa istinad edən bir siyasi xətt icra edir. Vaxtilə bölgəni əhatə edən “Osmanlı Millətlər Cəmiyyəti” tipli bir platforma qurmaq ideyası da gündəmə gəldi. Hətta Əhməd Davudoğlu bunu açıq şəkildə təklif etdi. Lakin həmin konsepsiya reallaşmadı və geosiyasi reallıqlar belə bir modelin davamının mümkün olmadığını göstərdi. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində isə Ankara daha fərqli xətt müəyyənləşdirib. Bu xətt nə tam yeni-osmanlıçılıqdır, nə də keçmişə kor-koranə dönüş cəhdi. Daha çox Misaki Millinin yəni Türkiyə Cümhuriyyətinin ideoloji sərhəd yaddaşının Osmanlı mirası ilə sintezi üzərində qurulan siyasi yanaşmadır. Başqacür desəm Türkiyənin regional ambisiyalarını legitimləşdirən, həm tarixi nüfuz sahəsini, həm də müasir dövlətçilik iddiasını birləşdirən bir çərçivədir".

Politoloq Ben Gvirin “Türkiyə yeni İrana çevrilir” fikrində həm həqiqət payının, həm də qərəzin müşahidə olunduğunu söyləyib: 

"Məsələ ondadır ki, Türkiyədə AKP iqtidarının siyasi islam anlayışı, dinin siyasətdə rolunun artması, dini xadimlərin və şeyx statuslu şəxslərin cəmiyyətdə nüfuz qazanması müəyyən risklər doğurur. Bu gün Türkiyədə açıq şəkildə şəriət tələb edən bir qrupun mövcudluğu da faktdır. Bu, konstitusiya prinsiplərinə qarşı olsa da, onlara qarşı sərt reaksiyanın olmaması gələcəkdə ideoloji qütbləşməni dərinləşdirə bilər. Lakin Türkiyəni İranla eyniləşdirmək də reallığa uyğun deyil. Türkiyə unikal demokratik təcrübəyə, çoxpartiyalı siyasi sistemə, güclü və köklü dövlət institutlarına sahibdir. Ən önəmlisi, dövlətin daxili tənzimləmə mexanizmləri:siyasi rəqabət, məhkəmə və ən kəskin məqamda ordu ölkəni teokratik modelə sürüklənməkdən çəkindirən təhlükəsizlik xəttidir. Bu risk mövcuddur, amma idarəolunmaz deyil.

Hesab edirəm Ben Gvirin açıqlamalarında strateji qərəz də aydın şəkildə görünür. Türkiyə son illər xüsusilə Qüds, Fələstin və Suriya məsələlərində İsrailin planlaşdırdığı siyasətlərə mane olan əsas regional gücdür". 

Ekapertin sözlərinə görə Ankara həm diplomatik, həm hərbi, həm də humanitar xəttdə Tel-Əviv üçün ciddi rəqibdir: 

"Bu səbəbdən İsrail rəsmilərinin Türkiyəni təhlükə kimi göstərməsi həm daxili auditoriyaya mesaj, həm də regionda Türkiyənin nüfuzunun qarşısını almağa yönəlmiş siyasi ritorikadır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Noyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri