Icma.az
close
up
RU
Azərbaycan muzeylərinin nadir eksponatları: Milli İncəsənət Muzeyinin kolleksiyasındakı “Ana ilahə”

Azərbaycan muzeylərinin nadir eksponatları: Milli İncəsənət Muzeyinin kolleksiyasındakı “Ana ilahə”

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 avqust, AZƏRTAC, Tatyana İvanayeva, AZƏRTAC

Hər bir muzeydə minlərlə əşya saxlanılır, lakin onlardan yalnız bir neçəsi əlamətdarlığı ilə seçilir. Onlar ziyarətçinin şəxsi təcrübəsi ilə böyük tarix arasında körpü rolunu oynayan obyektlərdir.

AZƏRTAC oxucuları ölkəmizin muzey kolleksiyalarından nadir eksponatlarla tanış edəcək “Azərbaycan muzeylərinin nadir eksponatları” silsiləsinə başlayır.

Silsilə məqalələrin ilk “qəhrəmanı” Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında olan “Ana ilahə” heykəlciyidir.

Azərbaycan Milli İncəsənət Muzeyinin mütəxəssislərinin “Ana ilahə” adlandırdıqları büt heykəlciyi Şəki rayonunun Fazıl kəndində yerləşən qədim Təpəbaşı nekropolunda tapılıb. O, Sərgi Azərbaycanın qədim mədəni təbəqələrini əks etdirən mühüm arxeoloji abidələrdən biridir. Eramızdan əvvəl III-I əsrlərə aid olduğu ehtimal edilən bu heykəlcik gildən düzəldilib, ev ocağında “bişirilərək” döşəmənin altına basdırılıb.

“Ana ilahə”nin bədii quruluşu onun simvolik dəyərini artırır. Qədim müəllifin fantaziyası bu heykəlcikdə yarımifik varlığı görürdü. Onun ən maraqlı xüsusiyyətlərindən biri də başının quş şəklində olmasıdır. Hansı ki, tədqiqatçıların iddia etdiyi kimi, bu detal onun ilahi uçuş, səma sferası ilə əlaqəsini göstərir, habelə maddi və mənəvi aləmləri birləşdirən simvolik gücü ifadə edir.

“Ana ilahə” təkcə sənət əsəri deyil, həm də qədim inanc sistemlərinin canlı sübutu və müqayisəli mədəni əlaqələr üçün gözəl nümunədir. O, tədqiqatçılar üçün çox dəyərli mənbədir.

Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın sözlərinə görə, 18 mindən çox eksponatı olan muzeydə bu heykəlciyi heç şübhəsiz ki, kolleksiyanın əsl sərvətlərindən biri adlandırmaq olar.

O qeyd edib: “Ana ilahə” heykəlciyi Azərbaycan və dünya mədəniyyətlərinin vəhdətinin maddi təsdiqidir, kainatın quruluşunu dərk etmək üçün universal cəhdlərdən və onları ibadət obyektlərində ifadə etmək istəyindən qaynaqlanır. O, bu gün bizim üçün qədim sənət əsəri kimi qiymətlidir. Ona görə də, zənnimcə, sivilizasiyanın inkişafının əsaslarından biri qədim insanın gözəlliyə marağı olub və o, bunu özünün imkanı daxilində təcəssüm etdirib”.

Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasının incisi olan “Ana ilahə”ni tədqiq edərkən, həmsöhbətimizin bəhs etdiyi həmin müqayisəli mədəni əlaqələri ətraflı şəkildə izləmək maraqlıdır. Onlar neolit və eneolit paralellərini təmsil edirlər. “Ana ilahə” daha çox kult heykəlciklərinə aid edilən arxeoloji artefaktdır: məhsuldarlıq simvolları, tanrılar və ya ruhlar planetin müxtəlif bölgələrində məskunlaşan xalqların mədəniyyətlərində özünü büruzə verir.

Fiqurun şərtiliyi (sxematikliyi, mükəmməl üz detallarının olmaması) bir çox neolit və tunc dövrləri heykəlciklərinə bənzəyir. İfadə edilmiş qollar və ayaqlar, silindrik boyun-baş – bütün bunlar Yaxın Şərq, Qafqaz və Şərqi Avropanın bir sıra arxeoloji mədəniyyətləri üçün xarakterikdir.

Bədənin səthində yuvarlaq çökəkliklər paltar, zərgərlik və ya döymələri simvollaşdıra bilər. Boyun və qollar ətrafında spiral-halqa elementləri qədim mədəniyyətlərdə (şumerlərdən skiflərə qədər) yayılmış boyunbağı və bilərzik taxmaq ənənəsini xatırladır. Məsələn, Kiçik Asiya mədəniyyətlərində (Çatalhöyük, e.ə. VII-VI minilliklər) cismanilik və ornamentlərə önəm verən oxşar heykəlciklər, Tripoil mədəniyyətində (Ukrayna, Moldova, Rumıniya, e.ə. IV-III minilliklər) həndəsi dekorasiyalı antropomorf fiqurlar var. Cənubi Qafqazın qədim yaşayış məskənlərində sadələşdirilmiş formalı və ornamental motivli bütlərə də rast gəlinir. Azərbaycanda olan “Ana ilahə”nin Comon dövrünün (Yaponiya, e.ə. XV-IV əsrlər) gildən hazırlanmış “doğu” heykəlcikləri ilə “səsləşməsi” faktını da nəzərdən qaçırmaq olmaz, çünki bu heykəllər müəyyən mənada şişirdilmiş formalar, bədən naxışları, sifətin sxematik olması ilə “Qadın ilahə” obrazına bənzəyir.

Mesopotamiya və Qərbi Asiyadakı ornamentli gil bütlərə, geyim və ya zinət əşyalarının simvolik detallarına Şumer və Xalkolit sənətində də rast gəlinir. Kritdə (e.ə. III-II minilliklər) qadın heykəlciklərindən Krit-Miken dünyasının Böyük ilahəsi kultunda bəzən vurğulanmış naxışlar və aksessuarlar vasitəsilə istifadə olunurdu. Tell-Xələf (Suriya) kult heykəlcikləri Azərbaycan eksponatına “uyğundur”. Burada da ənənəvi formalar və ornamentlər üstünlük təşkil edir. Mərkəzi Avropa heykəlcikləri ilə də paralellər var (məsələn, Villendorf Venerası), burada vurğu realizmdən daha çox, simvolizmə edilib. Bütün bunlar onu göstərir ki, müxtəlif mədəniyyətlər müstəqil şəkildə ritual “insanabənzər” simvollar yaradıblar.

Azərbaycan Milli İncəsənət Muzeyindən verilən məlumata görə, yaxın vaxtlarda açılışı gözlənilən “Ana ilahə” yeni sərgidə nümayiş olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri