“ƏHALİNİ MÜHARİBƏYƏ HAZIRLAYIN...” Ruttedən həyəcanlı çağırış
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
NATO ölkələri yalnız silahlı qüvvələrini deyil, həm də mülki əhalisini mümkün müharibəyə hazırlamalıdır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte belə bir bəyanatla çıxış edib.
"Bu, bütün cəmiyyətin iştirakını tələb edir. Bu, bizneslərin, qurumların, yerli icmaların və vətəndaşların özlərinin cəlb edilməsi deməkdir", - deyə o, Berlində keçirilən NATO Parlament Assambleyasının iclasında bildirib.
Rutte müttəfiqləri bu baxımdan "xüsusilə irəlidə olan" Norveç, İsveç, Danimarka və Finlandiyanın nümunəsini izləməyə çağırıb: "Onlar vətəndaşlarına müharibə başlayarsa nə etməli olduqlarını aydın şəkildə izah ediblər: ən azı orduya mane olmamaq, əksinə, onlara kömək etmək. Bundan əlavə, onlar mümkün olduqda silahlı qüvvələri dəstəkləmək üçün polis, təcili yardım maşınları və yanğınsöndürmə xidmətləri arasında koordinasiya yaradıblar".
Rutte iddia edib ki, Rusiyadan gələn təhlükə Ukraynadakı müharibə bitdikdən sonra belə aradan qalxmayacaq.
"Bilirik ki, Rusiya hərbi maşını hazırda tam gücü ilə işləyir. Onun hərbi iqtisadiyyatı böyüməkdə davam edir və bu, dayanmayacaq", - deyə o xəbərdarlıq edib.
NATO-nun Baş katibi Alyans ölkələrinə qarşı düşmənçilik hərəkətlərinin intensivləşməsinə işarə edib: fabriklərdə törədilən yanğınlar, hava limanlarında təxribatlar, gəmilərə hücumlar və kiberhücumlar. O, həmçinin Rusiya raketlərinin Polşaya düşməsini və Rumıniyaya, Bolqarıstana qarşı dəniz təxribatlarını qeyd edib. Rutte bu təhdidlərin uzunmüddətli perspektivdə davam edəcəyini və buna görə də NATO-nun hazırlığının gücləndirilməli olduğunu bildirib.
O, gələn ildən NATO ölkələrinin ildə təxminən 4 milyon artilleriya mərmisi istehsal edə biləcəyini deyib ki, bu da 2025-ci il istehsal hədəfindən iki dəfə çoxdur. Rutte həmçinin hava hücumundan müdafiə sistemlərinin, dronların, əks-dronların və uzun mənzilli dəqiq silahların istehsalını genişləndirməyin zəruriliyini qeyd edib.
Əlavə edək ki, Qərb kəşfiyyatının hesablamalarına görə, Rusiyanın 2030-cu ildən gec olmayaraq Alyansla hərbi münaqişəyə girmə ehtimalı yüksəkdir.
C.Məmmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 24 Noyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















