Əcnəbilərin Azərbaycana səfərləri azalıb
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 195 ölkəsindən 2 milyon 80,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gununesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 26,6 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,6 faizi İran, 4,9 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,8 faizi İsrail, 3,5 faizi Pakistan, 3 faizi Özbəkistan, 2,9 faizi Çin, 2,7 faizi Hindistan, 2,2 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,2 faiz olmaqla Almaniya və Böyük Britaniya, 1 faizi Belarus, 12,5 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub.
Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.
2025-ci ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,9 faiz artaraq 111,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,5 faiz artaraq 781,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,5 faiz azalaraq 241,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,1 faiz azalaraq 946,3 min nəfər təşkil edib.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,6 faizi hava, 25,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2025-ci ilin həmin ilə müqayisədə bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,9 faiz azalaraq 1 milyon 740,4 min nəfər olub. Vətəndaşlarımızın 43,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox), 14,6 faizi Rusiya Federasiyasına (1,9 faiz az), 13,2 faizi Gürcüstana (19,2 faiz çox), 4,9 faizi İrana (47,9 faiz az), 23,6 faizi isə digər ölkələrə (1,1 faiz az) gedib. Gedənlərin 64,3 faizini kişilər, 35,7 faizini qadınlar təşkil edib.
Cari ilin ilk 10 ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,9 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 24 Noyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















