Azərbaycan neftinin Ermənistana ilk tranzitindən rüsum tutulmayacaq
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə rüsum tətbiq etməyəcək.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin bəyanatında deyilir.
“Gürcüstan hökuməti bu il dekabrın 5-də tərəfdaş ölkə kimi Azərbaycandan yanacağın tranziti ilə bağlı rəsmi müraciət alıb. Baş nazir İrakli Kobaxidzenin qərarı ilə “Gürcüstan Dəmir Yolları”na sözügedən yükün tarif tətbiq edilmədən daşınması barədə dərhal tapşırıq verilib”, - məlumatda deyilir.
Qeyd olunub ki, Gürcüstan Azərbaycan və Ermənistanın strateji və etibarlı tərəfdaşı olub və olmaqda davam edir, həmçinin regionda sülh və sabitliyi dəstəkləyir.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda səfərdə olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmişdi. Bu il noyabrın 5-də Rusiya buğdası Azərbaycan üzərindən daşınmaqla Ermənistana çatdırılıb. Bundan başqa, Qazaxıstan buğdasının yüklənmiş olduğu qatarlar Azərbaycan ərazisindən keçməklə noyabrın 8-də Ermənistana çatıb.
Baxış sayı:88
Bu xəbər 08 Dekabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















