Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

97 nəfəri xilas edən pilot Yusif Səmədoğlu nədən qorxurdu?

97 nəfəri xilas edən pilot Yusif Səmədoğlu nədən qorxurdu?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Nadir Yalçının "97 nəfəri xilas edən pilot" adlı yeni yazısını təqdim edir.

Dekabr faciəsi və itirdiklərimiz

Xalqımız ötən il dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğramasını və təyyarənin göyərtəsindəki 38 nəfərin həlak olmasını dərin kədərlə qarşıladı. Həm sosial şəbəkələrdəki reaksiyalar, həm də ictimaiyyət arasında canlı şahidi olduğumuz ab-hava bu hüznün miqyasını aydın ifadə etdi. Bir neçə gün öncə hadisə nəticəsində həlak olanların, xüsusən, qəhrəman pilotlar – İqor Ksnyakin, Aleksandr Kalyaninov və həyəcanlı, bir o qədər də mətin səsi faciənin elegiyasına çevrilmiş Hökumə Əliyevanın 40 mərasimindən görüntülər, onların yaxınlarının müsahibələri, açıqlamaları yenidən bizi ötən ilin sonundakı o məşum günə qaytardı.

İndi nəql edəcəyim məsələ isə Prezident İlham Əliyevin Sərəncamı ilə həmin ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi ilə əlaqəlidir. Sərəncamdan sonra tarixdə belə ali dərəcə ilə təltif edilən Azərbaycan pilotunun olub-olmaması sualı məni düşündürdü. Çünki sirr deyil ki, bəzi naqisliklərlə yanaşı, cəsarət, peşəkarlıq kimi taleyüklü məsələlərin Azərbaycanın taleyində mütləq bir ənənəsi, tarixi genetik izi var. Bu izin ardınca düşəndə isə düz 65 il əvvəlin – 1960-cı ilin bir yay günü ilə bağlı səhifəsi açıldı.

1960-cı ilin yayında baş verən hadisə nə idi?

1960-cı ildə görkəmli yazıçımız Yusif Səmədoğlu ilə Nəmidə xanımın toyu olur. Yeni ailə həyatı quran cütlük toydan sonra istirahət üçün Moskvaya getmək qərarına gəlirlər. Bakı-Moskva reysi üçün bilet alırlar və indiki dillə desək, bal ayına hazırlaşırlar.


Yusif Səmədoğlu ilə Nəmidə xanımın toyundan foto. Görkəmli şair Nazim Hikmət Yusif Səmədoğlunu təbrik edərkən. Bakı, 1960-cı il

Uçuş günü İL-18 təyyarəsinin texniki vəziyyəti nəzərdən keçirilir. Təyyarənin və heyyətin uçuşa tam hazır olduğunu biləndən sonra komandir dispetçerdən “uçuş tapşırığı” vərəqini alıb təyyarəyə gəlir. Dispetçerdən radio ilə mühərriki işə salmaq üçün icazə alır və “gücünü” toplayıb təyyarəni səmaya qaldırır. Əlli dəqiqədən sonra isə həyəcanlı anlar başlayır. Bort mexaniki üçüncü və dördüncü mühərrikdə yağın həddən çox qızdığını və təzyiqin yüksəldiyini deyir və həmin mühərriklərdən alov çıxmağa başlayır.

Səmada cəsarətin izi

Təyyarənin komandirinin əmri ilə bort texnik üçüncü və dördüncü mühərrikə yanğındörən tuşlayır və mayeni boşaldır. Komandir ağırlığı 54 ton olan və dörd mühərrikindən ikisi işləyən təyyarəni, çətin də olsa, ustalıqla zolağa endirir. O bununla 97 nəfər sərnişinin həyatını xilas etmiş olur. Xilas olanlar arasında Yusif Səmədoğlu və həyat yoldaşı ilə yanaşı, rejissor Lətif Səfərov da var imiş. O, digər sərnişinləri sakitləşdirməklə, ürək-dirək verməklə məşğul imiş. Təyyarədə həyəcanın azalması üçün uca səslə xeyli danışıb... Hökumə Əliyeva kimi “Hər şey yaxşı olacaq...” intonasiyasında...



Rejissor Lətif Səfərov

Qeyd edim ki, bu prosesin detallarını 1992-ci il mayın 6-da “Xalq” qəzetində Arif Həsənovun imzası ilə çap olunan bir yazıdan əxz etmişəm.

Yusif Səmədoğlu ikinci dəfə ölümdən necə xilas olub?

Hadisə isə sərnişinlərin çoxu kimi Yusif Səmədoğlunu sarsıdır. Əvvəllər dilində cüzi kəkələmə olan yazıçı bu hadisədən sonra daha çox kəkələməyə başlayır. Təyyarənin qəza qorxusu onun psixoloji durumuna da təsir edir və Yusif Səmədoğluda təyyarə fobiyası yaranır... “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə danışır ki, uzun müddət Yusif Səmədoğlu təyyarəyə minməyib: “Çexoslovakiya ilə birgə film çəkmişdilər. İkinci filmin müqaviləsini bağlamaq üçün Yuisflə Eldar Quliyevi Praqaya dəvət etdilər. Əvvəlcə, Moskvaya getdilər, mən də onların yanındaydım. Uçuşdan bir gün əvvəl mehmanxanada şam elədik, yaxşı yeyib-içdik. Səhər tezdən Praqaya uçmalı idilər. Yusif səhər yuxudan durmağa ləng idi. Eldar Yusifi oyatdı ki, dur, uçmalıyıq. Yusif dedi ki, əşşi, yat e, neynirsən, axşam qatarla gedərik. Nəysə ki, təyyarə ilə uçmadılar, yatdılar günortaya qədər. Sonradan xəbər tutduq ki, həmin təyyarə Praqa aeraportunda qəzaya uğrayıb və hamı həlak olub”.


Yusif Səmədoğlu, həyat yoldaşı Nəmidə xanım və kinorejissor, ssenarist Eldar Quliyev

Bəli, “söz vaxtına çəkər” deyiblər. 52 il əvvəlin bir qış günündə – 19 fevral 1973-cü ildə Tu-154 təyyarəsinin ilk qəzası baş verib. Moskvadan qalxan təyyarə Praqa aeroportuna enərkən uçuş zolağına 470 metr qalmış qəzaya uğrayıb. Göyərtədəki 100 nəfərdən 66-ı həlak olub. Yusif Səmədoğlu ilə Eldar Quliyevi bu qəzadan 60-cı ildə Yusif Səmədoğluda yaranan təyyarə fobiyası, axşamkı möhkəm yeyib-içməkləri, bir də yazıçının səhər oyanmağa tənbəlliyi xilas edib...

İndi isə qayıdaq 60-cı ildəki təyyarə məsələsinə. Həmin təyyarənin komandiri azərbaycanlı pilot Əli Novruzov olub. Təəssüf ki, onun haqqında internet resuslarında heç bir məlumata rast gəlmədim. Azərbaycan Mülki Aviasiya Muzeyinə müraciət etdikdən sonra Əli Novruzovla bağlı bəzi məlumatları əldə edə bildim.

Əli Novruzov kimdir?

Əli Novruzov 14 avqust 1925-ci ildə Bakı şəhərində anadan olub. 1944-cü ildə Azərbaycan Mülki Hava Donanmasının 3-cü Əlahiddə təlim aviaeskadrilyasını və 1953-cü ildə Ali Uçuş Hazırlığı məktəbini bitirib. 1945-1966-cı illərdə SSRİ Mülki Hava Donanmasının Azərbaycan İdarəsi Hacıqabul şəhəri 222-ci aviadəstəsində təyyarəçi, 4-cü əlahiddə sanitar- nəqliyyat manqasında təyyarəçi, 9-cu avianəqliyyat dəstəsində ikinci təyyarəçi, 107-ci aviadəstədə təyyarə komandiri və aviaeskadrilyanın təlimatçı-təyyarəçisi, İL-18 təyyarəsinin komandiri vəzifələrində çalışıb. Aviasiya texnikasını yüksək səviyyədə mənimsəyərək Ə. Novruzov səmada rast gəldiyi bir çox çətinliklərin öhdəsindən cəsarətlə gəlməyə müvəffəq olub. 19 avqust 1960-cı ildə vəzifəsini igidliklə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilib. Ə. Novruzov təyyarəçilik fəaliyyəti dövründə 15 min saat havada uçuş keçirib.

Əli Novruzov mülki aviasiyada göstərdiyi xidmətlərinə görə 1960-cı ildə “Aeroflot əlaçısı”, 3 dəfə “1000000 km uçuşa görə” döş nişanları, 1963-cü ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı, “Lenin” ordeni və qızıl medal, 1984-cü ildə “Əmək veteranı” medalı ilə təltif olunub.

Burda incə bir məqam var – Əli Novruzovun Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilməsi... O dövr üçün ən ali adlardan biri... O hadisədən sonra Azərbaycan pilotlarının şöhrəti artır, bütün qəzetlər Əli Novruzovdan bəhs edir. Bu sahəyə maraq da çoxalır.

SSRİ tərənnüm, təqdir dövründə bu hadisənin şöhrəti ilə öyünürdü. Heç vaxt mənfi nəticələnən hadisə qabardılmayıb və həmin hadisələr uğrunda qurban gedənlər yada salınmayıb. İL-18-in uğurlu enişinin əksi olsaydı, Əli Novruzovun adını hər yerdən silərdilər, bəlkə də...

Səs də qəhrəman olurmuş…

Hansısa bir mühərrikin nasazlığı, texniki problemlə yox, kənar naqis müdaxilə ilə 2024-cü ilin dekabrında qəzaya uğrayan təyyarəmiz və onun ekipaj üzvləri isə bizim üçün qəhrəmandılar və onlara verilən Milli Qəhrəman adı ilə öyünməmək mümkün deyil. Bəli, qəza oldu, həlak olanlar var idi, amma kimin günahı hesabına? Və ən əsası, o situasiyada İqor Ksnyakin, Aleksandr Kalyaninov öz vəzifələrini vicdanla, Azərbaycan pilotuna layiq şəkildə yerinə yetirdilər.

Səmada ölümə tərk edilmək... Hökumə Əliyevanın səsi... Səs də qəhrəman olurmuş. Əminəm, Milli Qəhrəman adı Hökumənin səsinə verildi...

Keçmişdən günümüzə aviasiya qəhrəmanları

Bu söhbətlərin aktual olduğu günlərdə Azərbaycan pilotlarının, aviasiya sturukturunun qəhrəman simasını – Əli Novruzovu yad etmək istədim. Bu il onun 100 yaşı tamam olur. Qeyd olunmalı, nəsillərə tanıdılmalıdır...

Bu torpaqlar, bu səmalar nə Əli Novruzovları, nə İqor Ksnyakinləri, nə Aleksandr Kalyaninovları, nə də Hökuməm Əliyevaları unudacaq. Nə vaxtsa insanlar unutsa belə, torpaq və səma əsla! Nəbi Xəzrinin təbirincə desək, necə aparasan? Səma səmadır, torpaq torpaqdır...

“Nə qədər göylər var, mən səninləyəm” (N.Xəzri)

P.S. Arxiv məlumatları mənimlə bölüşdükləri üçün Mülki Aviasiya Muzeyinə, xüsusən, muzeyin əməkdaşı Yeganə Muradovaya dərin minnətdarlığımı bildirirəm.

Mən də bu gözəlin eşqinə düşdüm - Firidun Ağazadənin şeirləri Ozan Güvenə 11 il həbs istənildi Bu serial sərhədləri aşdı - Rusiya, Ukrayna, İspaniya...
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:381
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Fevral 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri