Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Struktur və idarəetmənin təkmilləşdirilməsi
Hərbi texnologiyaların sürətli inkişafı, müasir döyüş əməliyyatlarının ənənəvi prinsip və yanaşmalardan uzaq olması silahlı qüvvələrin idarəetmə sisteminin daha çevik və dayanıqlı qurulmasını zəruri edir.
 

Bu çərçivədə komanda-idarəetmə zəncirinin effektiv idarəetmə modeli yalnız sərt şaquli tabeçilik prinsipi üzərində deyil, taktiki səviyyəli komandirlərə sərbəst qərar qəbuletmə səlahiyyətlərinin verilməsi (ötürülməsi) üzərində qurulmalıdır.


Bu səbəbdən aparılan islahatların nəticəsində əldə olunacaq müasir komanda zəncirinin əsas məqsədi əmrlərin sadəcə yuxarıdan aşağı ötürülməsi deyil, ümumi məqsədin bütün səviyyələrdə düzgün anlaşılması, bölmələrin qarşılıqlı fəaliyyətinin təmin edilməsi, dəyişən əməliyat şəraitində situativ qərarvermə bacarıqlarının önə gətirilməsidir.
Rəqəmsallaşma və süni intellektin tətbiqi
"Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası"na uyğun olaraq Azərbaycan Ordusunda süni intellekt texnologiyalarının tətbiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Süni intellekt həllərinin idarəetmə, planlaşdırma, qərar qəbuletmə, məlumatların emalı, hərbi təhsil və elmi fəaliyyətə inteqrasiyası ordunun rəqəmsal transformasiyasını sürətləndirməyə, idarəetmənin operativliyini artırmağa və resurslardan daha səmərəli istifadəni təmin etməyə xidmət edir.
Bu kontekstdə rəqəmsal ordu konsepsiyası çərçivəsində komandanlıq və idarəetmə sisteminin, təminat, logistika, şəxsi heyət, eyni zamanda, ordunun digər istiqamətlər fəaliyyətlərinin rəqəmsallaşması istiqamətində müntəzəm tədbirlər görülməkdədir.

Peşəkar hərbi təhsil sisteminin yeni reallıqlara uyğunlaşdırılması
44 günlük Vətən müharibəsində əldə olunan zəngin döyüş təcrübəsi, müasir təhlükəsizlik mühitinin dinamikası və Azərbaycan Ordusunun strateji, əməliyyat və taktiki səviyyələrdə inkişaf prioritetləri nəzərə alınaraq peşəkar hərbi təhsil sistemində fundamental transformasiya həyata keçirilib, nəticəyönümlü, çevik və çoxdomenli əməliyyat mühitinin çağırışlarına cavab verən yeni hərbi təhsil modeli formalaşdırılıb.
 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında təsis olunmuş hərbi kolleclər peşəkar gizir (miçman) heyətinin hazırlanmasında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub.


Hərbi təhsil alan gənclərin sosial müdafiəsinin və motivasiya mexanizmlərinin gücləndirilməsi baxımından bu Fərmanın əhəmiyyəti - yeni yanaşma kursantların sosial təminatını, ailələrinə göstərilən dövlət dəstəyini və gələcək xidmət dövrü üçün təminat imkanlarını əhatə etməklə hərbi təhsilin cəlbediciliyini artırıb, gənclərin hərbi peşəyə marağını gücləndirib və Azərbaycan Ordusunun uzunmüddətli peşəkar kadr ehtiyatının formalaşdırılmasına əlavə stimul yaradıb.

Peşəkar hərbi təhsil sistemində həyata keçirilən islahatlar Azərbaycan Ordusunda “tapşırıq əsaslı idarəetmə” fəlsəfəsinə mərhələli keçidin təmin edilməsinə yönəldilib. Bu yanaşma komandirlərin təşəbbüskarlığını, məsuliyyətini və müstəqil qərar qəbuletmə bacarıqlarını inkişaf etdirməklə, sürətlə dəyişən əməliyyat şəraitində bölmələrin daha çevik və effektiv idarəolunmasını təmin edib.
 

Yeni model çərçivəsində xidmət müddətində potensialı ilə seçilən hərbi qulluqçuların peşəkar gizir hazırlığı, ali təhsilli hərbi qulluqçular üçün isə yenilənmiş zabit hazırlığı kurslarına cəlb edilməklə orduda xidmət imkanları yaradılıb.


Azərbaycan Ordusunda həyata keçirilən innovativ layihələrdən biri olan İntellektual qabiliyyətli bölmələr ali təhsilli, yüksək akademik göstəricilərə və müasir texnoloji biliklərə malik çağırışçıların potensialından dövlət və ordu maraqları naminə səmərəli istifadə edilməsinə xidmət edir.
İnformasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, kompüter elmləri və digər prioritet sahələr üzrə bilik və bacarıqlara malik gənclər xidmət müddətində öz peşə potensialını Azərbaycan Ordusunun inkişafına yönəltmək imkanı əldə edirlər.
Layihə yüksək intellektual potensiala malik gənclərin hərbi xidmətə marağını artırır, onların bilik və bacarıqlarının dövlət maraqları naminə səmərəli istifadəsini təmin edir.

Peşəkar hərbi təhsilə qəbul prosesində şəffaflığın, əlçatanlığın və operativliyin artırılması məqsədilə qəbul sistemi tam elektronlaşdırılıb. Rəqəmsal platforma namizədlər üçün müraciət prosesini əhəmiyyətli dərəcədə sadələşdirib, qəbul prosedurlarını optimallaşdırıb və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə şərait yaradıb.
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul prosesinin asanlaşdırılması və elektronlaşdırılması xidmətə cəlbediciliyi artırıb.
Həyata keçirilən islahatlar nəticəsində son illərdə hərbi təhsil müəssisələrinə müraciət edənlərin sayı üç dəfədən çox artıb, bu isə seçim imkanlarını genişləndirərək daha yüksək akademik göstəricilərə malik namizədlərin cəlb edilməsinə imkan verir.
Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlığının yüksəldilməsi
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışlarının keyfiyyətinin daha yüksəldilməsi üçün müvafiq normativ sənədlərdə dəyişikliklər edilib.
Pilotsuz uçuş aparatları, süni intellekt, rəqəmsal idarəetmə və yüksək texnologiyaların döyüş əməliyyatlarında artan rolu bu istiqamətdə səfərbərlik ehtiyatlarının hazırlanmasına da yeni yanaşmanın tətbiqini zəruri edir.
Bu məqsədlə səfərbərlik hazırlığında ehtiyat şəxsi heyətin bilik, bacarıq və səriştəsinə əsaslanan yeni model tətbiq olunmaqdadır.
Belə ki, müasir texnologiyalarla işləmək qabiliyyətinə malik vətəndaşların müəyyənləşdirilməsi, onların ixtisaslaşmış hazırlıq proqramlarına cəlb edilməsi və əldə etdikləri bacarıqların qiymətləndirilməsi daha hazırlıqlı və çevik səfərbərlik ehtiyatının formalaşdırılmasına xidmət edir. Perspektivdə bu modelin pilotsuz sistemlər, radioelektron mübarizə, kibertəhlükəsizlik və digər yüksək texnologiyalı fəaliyyət istiqamətlərini də əhatə etməsi nəzərdə tutulur.
Keçirilən təlim toplanışlar zamanı müasir döyüş təcrübəsi nəzərə alınmaqla hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, bilik və bacarıqlarının inkişaf etdirilməsi, praktiki vərdişlərinin möhkəmləndirməsi, yeni silah, texnika və taktikalardan istifadə qaydalarının mənimsənilməsi istiqamətində planlı şəkildə təlimlər həyata keçirilir.
 

Psixoloji təminat sisteminin konseptual inkişafı
2024–2026-cı illərdə Azərbaycan Ordusunda psixoloji təminat sahəsində həyata keçirilən islahatlar, bu sahədə yeni konseptual yanaşmanın tətbiqi nəticəsində psixoloji təminat sistemi təkmilləşdirilib, ixtisaslı psixoloq kadrlarının hazırlanması və xidmətə cəlb olunması prioritet istiqamət kimi müəyyən edilib.
Hərbi psixoloqların sayı qısa müddət ərzində 5 dəfəyədək artıb.
Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə ixtisasartırma proqramları çərçivəsində müasir psixoterapevtik yanaşmalar üzrə təlimlər keçirilib, psixoloqların peşəkar hazırlıq səviyyəsi beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilir.
Psixoloji Təminat İdarəsi yaradılıb, zabit və gizirlərin ailə üzvlərinin psixoloji rifahının gücləndirilməsi üçün Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin fəaliyyətinə start verilib.
Ümumilikdə həyata keçirilən tədbirlər nəticəsində orduda psixoloji təminat sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, döyüş hazırlığının psixoloji komponentinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub.

Müdafiə sənayesinin inkişafının dəstəklənməsi
Dövlət və özəl müdafiə sənayesi şirkətlərinin fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm işlər görülüb.
Azərbaycanda ilk dəfə olaraq reaktiv mərmili atəş yığımları, NATO stantdartlara uyğun atıcı silahlar, müasir gecəgörmə və termal kameralı optik cihazlar, uzun, orta və yaxınmənzilli zərbə tipli pilotsuz uçuş aparatları və dolanan döyüş sursatları, müxtəlif növ kəşfiyyat vasitələri və digər hərbi təyinatlı məhsulların istehsalı üzrə müvafiq işlər həyata keçirilib və bir sıra məhsulların seriyalı istehsalı mənimsənilib.
Bütün bunlar bu gün də Azərbaycan Ordusunun gücünün artmasını, regionda ən güclü ordular sırasına daxil olmasını, müasir standartlar səviyyəsində qurulmasını şərtləndirib. Bu isə Azərbaycan Ordusunun istənilən vəzifəni yerinə yetirməyə hazır olduğunu göstərir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 İyun 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri