Azərbaycan Prezidenti: Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu
Icma.az bildirir, Apa.az portalına istinadən.
“Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu. Ən böyük beynəlxalq qurum olan BMT-nin Təhlükəsizlik Şurası o vaxt Ermənistan qüvvələrinin bizim ərazidən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdi, ancaq onlar kağız üzərində qaldı”.
APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
Dövlət başçısı əlavə edib ki, ATƏT, digər beynəlxalq təşkilatlar çoxsaylı qətnamələr, qərarlar qəbul etsə də heç biri reallaşmadı: “O vaxta qədər ki, biz vəziyyəti öz əlimizə aldıq. Biz bunun öhdəsindən gələrək, ədaləti bərpa etdik, beynəlxalq hüquq, ərazi bütövlüyümüzü, suverenliyimizi bərqərar etdik. Ondan sonra biz sülhə nail olduq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 20 Yanvar 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















