Icma.az
close
up
RU
Azərbaycan Ordusu nəinki milli suverenliyin qarantıdır, həm də regionda sabitliyin təminatçısıdır ŞƏRH

Azərbaycan Ordusu nəinki milli suverenliyin qarantıdır, həm də regionda sabitliyin təminatçısıdır ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 iyun, AZƏRTAC

26 İyun — hər bir Azərbaycan vətəndaşı üçün xüsusi bir gündür. Həmin gün biz Azərbaycan Silahlı Qüvvələri Gününü - qəhrəmanlıq, cəsarət və vətənpərvərlik bayramını qeyd edirik. Bu gün bizə Azərbaycan Ordusunun şərəfli yolunu formalaşma, sınaq, islahatlar və şanlı qələbələr yolunu xatırladır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, müasir Azərbaycan Ordusunun tarixi Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə başlayır. Hələ 1960-cı illərin sonlarından etibarən Ulu Öndər hərbi kadr hazırlığına böyük diqqət yetirirdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, gənc zabitlərin dəstəklənməsi milli ordunun formalaşması üçün möhkəm baza yaratdı. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövləti dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ordu dağınıq vəziyyətdə idi və Ermənistanın təcavüzü bu vəziyyəti daha da ağırlaşdırırdı. Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ilə vəziyyət dəyişdi — vahid, intizamlı ordu formalaşdırıldı. 1998-ci ildə isə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi rəsmən təsis edildi.

Sevinc Fətəliyevanın sözlərinə görə, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu hesab olunur. Nüfuzlu “Global Fire Power” təşkilatının hesabatına görə, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Dövlət Ordunun inkişafı üçün ardıcıl tədbirlər həyata keçirir. Belə ki, 2025-ci ildə hərbi büdcə 8,4 milyard manat olub, müdafiə sənayesi sürətlə inkişaf edir. Eyni zamanda, Azərbaycan zavodlarında 1000-dən artıq hərbi məhsul istehsal olunur. Əsgər və zabitlərə qayğı da daim diqqət mərkəzindədir — son illərdə 4000-dən çox zabit mənzillə təmin edilib, maaşlar mütəmadi olaraq artırılır, sosial təminat yaxşılaşdırılır.

Sevinc Fətəliyeva deyib ki, ordunun döyüş yolunun zirvəsi isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbə oldu: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərləri doğma torpaqları — Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Kəlbəcər, Laçın və digər əraziləri azad etdilər. Dünya hərb elitası Azərbaycan Ordusunun yeni döyüş taktikalarını qəbul etdi və bu təcrübəni öyrənməyə başladı. Bu gün Azərbaycan Ordusu nəinki milli suverenliyin qarantıdır, həm də regionda sabitliyin təminatçısıdır. Ordu dövlətin gücünün, xalqımızın iradəsinin və birliyinin rəmzidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see151

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri