Icma.az
close
up
RU
Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir Kamaləddin Qafarov

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir Kamaləddin Qafarov

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

“Cənab Prezident İlham Əliyevin yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirilən fikirlər ölkənin postmünaqişə dövründə həyata keçirdiyi strateji inkişaf modelinin mahiyyətini aydın şəkildə ortaya qoyur”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Onun fikrincə, dövlət başçısının işğaldan azad edilmiş ərazilərin bir-biri ilə və Azərbaycanın digər bölgələri ilə kompleks şəkildə bağlantısının təmin olunmasını əsas prioritet kimi müəyyənləşdirməsi, əslində, təkcə nəqliyyat məsələsi deyil, bütövlükdə milli inteqrasiyanın yeni mərhələsidir. “Kəlbəcər-Gəncə-Qərb, Tərtər-Bərdə-Bakı, Füzuli-Biləsuvar-Cənub istiqamətlərinin paralel şəkildə inkişaf etdirilməsi ölkədaxili iqtisadi dövriyyəni sürətləndirir, regionlararası tarazlığı gücləndirir və ölkənin logistika xəritəsini daha çevik və etibarlı edir. Bu yanaşma göstərir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi kimi planlaşdırılır və bu ərazilər mərkəzdən kənar yox, mərkəzin özünə çevrilməkdədir.”
Millət vəkili xüsusi olaraq vurğulayıb ki, cənab Prezident İlham Əliyevin dəmir yolu, avtomobil və gələcəkdə hava nəqliyyatının ölkədaxili miqrasiyanı stimullaşdıracağı ilə bağlı fikirləri sosial-iqtisadi siyasətin mühüm aspektini əks etdirir: “Dövlət başçısı “şərt deyil ki, hamı Bakıya gəlsin” deməklə regional inkişaf fəlsəfəsinin əsas ideoloji dayağını müəyyənləşdirdi. Xankəndi və Ağdamın azad edilmiş ərazilərin aparıcı şəhərlərinə çevrilməsi planı bu bölgələrin təkcə yaşayış məkanı deyil, həm də iqtisadi, mədəni və inzibati cazibə mərkəzi olacağını göstərir. Artıq bu şəhərlərə Bakıdan, Naxçıvandan və digər bölgələrdən insanların gəlməsi reallığa çevrilib. Bu ilin sonunadək 120–140 min insanın azad edilmiş ərazilərdə yaşaması və çalışması ilə bağlı proqnoz isə dövlət proqramlarının real nəticələr verdiyini təsdiqləyir. Bu, bərpa və reinteqrasiya prosesinin formal deyil, canlı və davamlı xarakter daşıdığını nümayiş etdirir. Müsahibədə Naxçıvanın həm Ermənistan, həm də İran üzərindən Azərbaycanın əsas hissəsi ilə birləşdirilməsi perspektivi regional geosiyasətdə tamamilə yeni konfiqurasiya yaradır. Ağbənddə Araz çayı üzərində inşa edilən körpü, Zəngəzur dəhlizi ilə bağlı problemlərin aradan qalxması və Naxçıvan–Türkiyə dəmir yolu ideyası Azərbaycanın təşəbbüskar və nəticəyönümlü siyasətinin göstəricisidir. Cənab Prezidentin vurğuladığı kimi, faktiki olaraq Naxçıvan, Şərqi Zəngəzur və Qarabağın vahid bir bölgə kimi birləşdirilməsi tarixi-coğrafi ədalətin bərpasıdır. Bu yanaşma İkinci Qarabağ müharibəsində əldə edilən Qələbənin yalnız hərbi deyil, siyasi və psixoloji miqyasını da ortaya qoyur. Cənab Prezident İlham Əliyevin sülhə dair mesajları isə bu gücün dağıdıcı deyil, konstruktiv məqsədlərə xidmət etdiyini göstərir. Azərbaycan sülh istəyir, lakin bu sülh güclü dövlət iradəsi və milli maraqlara əsaslanmalıdır. Bu balanslı siyasət ölkəni regionda sabitliyin və inkişafın əsas təminatçısına çevirir”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Yanvar 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri