Icma.az
close
up
RU
Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 noyabr, AZƏRTAC

Bu gün dünyada təhlükələr artıq fiziki sərhədlərlə məhdudlaşmır. İnformasiya müharibələri, kiberhücumlar, sosial şəbəkələrdə manipulyasiya, dezinformasiya və süni intellekt vasitəsilə yayılan saxta məlumatlar dövlətlərin qarşılaşdığı yeni çağırışlardır. Prezident İlham Əliyev də məhz bu reallığa diqqət çəkərək bəyan edib ki, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Görünən budur ki, ideoloji təhlükəsizlik milli kimliyi, tarixi yaddaşı, mənəvi dəyərləri və gələcəyə dair strateji baxışı qoruyur. Azərbaycanın müasir inkişaf təcrübəsi də bu baxımdan fərqlənir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasət nəticəsində Azərbaycan müstəqilliyin ilk illərində üzləşdiyi ağır böhranlardan çıxaraq regional və beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, Ulu Öndərin dövlətçilik fəlsəfəsinin mühüm istiqamətlərindən biri də azərbaycançılıq ideologiyası idi. Bu ideologiya milli mənsubiyyətindən, dini etiqadından və sosial statusundan asılı olmayaraq bütün vətəndaşları vahid dövlət, vətəndaşlıq kimliyi ətrafında birləşdirmək məqsədi daşıyır. Azərbaycan dili, milli-mədəni irs, tarixi yaddaş, multikulturalizm və dövlət müstəqilliyinə sədaqət bu ideoloji sistemin əsas komponentlərinə çevrilib. 2003-cü ildən etibarən isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf strategiyasında yeni mərhələ başlayıb. Azərbaycanın beynəlxalq nüfuzunun artmasında enerji diplomatiyası, Qoşulmama Hərəkatına sədrliyi, beynəlxalq humanitar və mədəni tədbirlərə ev sahibliyi, eləcə də müxtəlif dövlətlərlə qurulan tərəfdaşlıq münasibətləri mühüm rol oynayıb.

Deputat qeyd edib ki, 2020-ci il Vətən müharibəsindəki Qələbə və 2023-cü ildə Azərbaycanın öz suverenliyini bütün ərazisində bərpa etməsi isə ölkəmizin müasir tarixində yeni mərhələ açdı. Bu inkişaf yolunu möhkəmləndirən əsas istiqamətlərdən biri də dövlətin ideoloji dayaqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsidir. Bu gün sosial şəbəkələr, rəqəmsal platformalar, dezinformasiya kampaniyaları, tarixi faktların təhrif edilməsi və müxtəlif ideoloji təsir cəhdləri cəmiyyətin düşüncə sisteminə təsir göstərir. Belə şəraitdə ideoloji təhlükəsizlik milli maraqlara zidd informasiya manipulyasiyalarına qarşı dayanıqlılıq, vətəndaşların media savadlılığı, tarixi həqiqətlərin qorunması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi deməkdir. Bu xüsusda Azərbaycançılıq ideologiyasının müasir dövrdə əsas vəzifəsi dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, multikultural dəyərlərin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsidir.

N.Məmmədova vurğulayıb ki, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən biri də müxtəlif qlobal və regional tədbirlərə ev sahibliyi etməsidir. Bakı artıq uzun illərdir beynəlxalq siyasi, iqtisadi, humanitar və mədəni dialoqun keçirildiyi məkanlardan biridir. 2026-cı ildə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yeddinci toplantısı da bu istiqamətdə Azərbaycanın fəaliyyətinin davamı oldu. 2027-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinə ev sahibliyi və təşkilata sədrlik etməsi ölkəmizin müsəlman dünyası ilə münasibətlərində yeni mərhələ olacaq. Bu, həm də müsəlman ölkələri arasında siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın inkişafı üçün mühüm platformadır. Bununla yanaşı, Avropa məkanında da Azərbaycanın iştirakı genişlənir. Belə ki, Azərbaycan 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edəcək. Müsəlman dünyası ilə əlaqələrin inkişafı, Avropa ölkələri ilə siyasi dialoqun genişləndirilməsi uğurlu və nadir rast gəlinən təcrübədir. Beləliklə, Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif siyasi və mədəni platformalar arasında dialoqa töhfə verməyə davam edir. Nəticədə Azərbaycanın “orta güc” kimi nüfuzu artır və bu status rəsmi Bakının beynəlxalq təşəbbüslər irəli sürmək, müxtəlif tərəflər arasında dialoq yaratmaq və regional proseslərə təsir göstərmək imkanları ilə bağlıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Noyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri