Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan: “əbədi dostluğ”un 3 prinsipi

Azərbaycan Özbəkistan: “əbədi dostluğ”un 3 prinsipi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

III MƏQALƏ

Ortaq dəyərlərimizi gələcəyə daşıyan birlik

Azərbaycan-Özbəkistan “əbədi dostluğu”nun fəlsəfəsində bu anlayışın siyasi məna hüdudunun iki ölkənin çərçivəsini aşaraq bütövlükdə, Türk Dünyasının qlobal miqyasda yeri və rolunun inkişafına istiqamətlənməsi xüsusi yer tutur. Ortaq tarixi, mənəvi, mədəni, dil və dövlətçilik ənənəsinə əsaslanaraq münasibətləri iki ölkə miqyasından “C6”-ya transformasiya etmək, həmin kontekstdə TDT-nin güclənməsinə töhfə vermək mərhələsinə keçid, bütövlükdə, Türk Dünyasının müasir qlobal geosiyasətdə güc mərkəzlərindən birinə çevrilməsinin “yol xəritəsi” təsiri bağışlayır.

Burada əlaqələrin inkişafı məntiqi aydındır – müxtəlif sferalar üzrə ikitərəfli əlaqələrin konkret layihələr üzrə bərqərar olmasından TDT və “C6” formatlarında inteqrasiyanı institusional olaraq yeni səviyyəyə yüksəltmək və bununla qlobal geosiyasi miqyasa müstəqil geosiyasi güc kimi çıxmaq.

Bu prizmada Azərbaycan Prezidentinin irəli sürdüyü tezis – tarix, mənəvi dəyərlər, dil, mədəniyyət, görkəmli şəxsiyyətlərin töhfələrinin diqqətdə saxlanması, qlobal səviyyədə, ümumiyyətlə, türk dünyasının geosiyasi statusunu müəyyən etməyin açarıdır. Elmdə işlədilən “Turan Platforma”sının məna çalarları bu mövqeyi sübut edir.

“Turan platforması”

Dünya paleontologiya elmində mövcud olan bu geniş mənalı anlayışı biz, müasir dövrdə Türk dünyasının inteqrasiyası kontekstində xüsusi rəmzi mənada işlədirik.

Miladdan 200 milyon il əvvəl Yer kürəsində bütün qitələr Pangeya (Pangea) adlı tək bir qitədə birləşmişdi. Yura dövrünün əvvəllərində bu nəhəng qitə parçalanmağa başladı. Bununla Yerdə indiki qitələrin əsası qoyuldu.

Pangeya şimal və cənub olmaqla iki böyük hissəyə ayrıldı. Şimalda Lavrasiya (Laurasia) meydana gəldi. Buraya bugünkü Şimali Amerika, Avropa və Asiya daxil idi. Cənubda yaranan hissə Qondvana (Gondwana) adlandı və ora Cənubi Amerika, Afrika, Antarktida, Avstraliya və Hindistan daxil idi.

Bu iki nəhəng hissə arasında Tetis adlı yeni bir okean əmələ gəldi. Burada bizi maraqlandıran məqam ondan ibarətdir ki, təqribən 200 milyon il əvvəl böyük Hindistan tavası Lavrasiya ilə tektonik proseslər nəticəsində məhz Turan Platformasına yaxın yerdə toqquşdu. Nəticədə, Turan platformasının cənub kənarlarında güclü tektonik sıxılmalar, torpaq qırışıqlıqları və dağlar əmələ gəldi (orogenez). Beləliklə, Turan Platforması fərqli relyefə transfer etdi.

Başqa faktorlarla yanaşı, elmi mənbələrə görə, vurğulanan proseslər Turan coğrafiyasında yeni yaşam mühitini meydana gətirdi və indi məhz bu əsasda həmin platformaya daxil olan ölkələr və dövlətlər meydana gəldi. Ancaq bu səviyyəyə milyonlarca il davam edən təkamül sayəsində gəlindi. Bununla indi “Türk Dünyası” adlanan geosiyasi, coğrafi, kültür məkanı böyük ortaq təbii və tarixi keçmişə malikdir. Alimlərin qənaətinə görə, bu təbii bütövlük bizim işlətdiyimiz “Turan” (Türk dünyası/məkanı) adına tam identikdir.

Turan platforması coğrafi olaraq demək olar ki, tamamilə müasir Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi olan ölkələrin ərazisinə düşür. Yəni TDT təbii, coğrafi və tarixi təkamül baxımından vahid yaşam platformasının siyasi təcəssümlərindən biridir. Bu cür möhtəşəm birlik tarixi olan bu geosiyasi məkanda mədəniyyət, dil, mənəviyyat, dövlətçilik ənənəsinin ortaq olması tamamilə təbiidir. Ona görə Azərbaycan Prezidenti tam haqlıdır.

Vurğulanan əbədi bünövrə fonunda TDT-nin türklərin bütövləşməsinin təbii, qaçılmaz və obyektiv proses olması üçün seçilən fəaliyyət istiqamətləri də gerçəkliyə tam uyğundur. Onlar aşağıdakılardır:

- Orta Dəhliz (nəqliyyat-logistika bütövlüyü) TDT-ni vahid bir logistik orqanizmə çevirir;

- Energetik infrastruktur (vahid enerji qurşağı) Turan platformasının qədim geoloji keçmişinin bəxş etdiyi zəngin karbohidrogen resursları bu coğrafiyanı vahid enerji sistemində birləşdirir;

- Coğrafi Tamamlama və Bazar Həcmi Platformanın şərqindəki zəngin xammal bazası (Mərkəzi Asiya) ilə qərbindəki sənaye və Aralıq dənizi/Avropa çıxışı (Azərbaycan və Türkiyə) bir-birini mükəmməl şəkildə tamamlayır;

- Rəqəmsal və Sosial-Kültürəl İnteqrasiya TDT çərçivəsində bütövləşməni real iqtisadi mexanizmə əsaslanan əbədi proses halına gətirir.

Beləliklə, Türk Dövlətləri Birliyi süni ittifaq deyil, geoloji cəhətdən bölünmüş, lakin tarixi, mədəni və strateji baxımdan təbii bütövləşməyə məhkum olan geosiyasi reallıqdır.

Bütün bunlara görə, III prinsip kimi “Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir” müddəası aktualdır. Bu ümumi fikrin davamı olaraq aşağıdakı tezis daha konkret səviyyədə iki qardaş dövlətin əbədi dostluq fəlsəfəsinin real mexanizmlərini dəqiq ifadə edir.

Həmin tezis belədir: “Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir”.

Aydın görünür ki, Azərbaycan-Özbəkistan əbədi dostluğu müəyyən edilmiş mexanizmlər əsasında bütövlükdə, təşkilat daxilində dialoqa, iqtisadi əlaqələrə, nəqliyyata və logistikaya, təhsil, elm və mədəniyyətə Türk dünyasından inteqrasiyanın daha da dərinləşməsi kontekstində ciddi töhfələr verməyə hesablanmışdır. Bu məqsəd aydınlığı, şübhəsiz ki, TDT-nin gələcək perspektivlərinə əhəmiyyətli dərəcədə yardım edəcək. Məsələnin geostrateji aspekti də əbədi dostluqda nəzərə alınmışdır. Bununla bağlı Azərbaycan Prezidenti konkret fikir ifadə etmişdir.

Mühüm strateji marşrut

Prezident İlham Əliyev Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə ifadə etmişdi: “Əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq”.

İki türk dövlətinin mühüm strateji marşrutlarda “təbii tərəfdaş” olmaları siyasi-diplomatik anlamda çox əhəmiyyətlidir. Məsələn, bu məqam Orta Dəhliz və TRIPP-in qarşılıqlı inteqrasiyasında güclü faktorlardan biridir. Zəngəzur Dəhlizi Orta Dəhliz kontekstində həqiqi mənada strateji əhəmiyyəti əvəzsiz olan layihədir. TDT-nin güclənməsi və qlobal miqyasda öz mövqeyi olan subyektə çevrilməsi üçün onun reallaşması mütləq şərtdir. Eyni zamanda, Cənubi Qafqazda davamlı sülhün təmini baxımından olduqca lazımlıdır. Bunu rəsmi İrəvanın tədricən Zəngəzur dəhlizi istiqamətində müsbət addım atmaq istəyini ifadə etməsi fonunda bir sıra yaxın böyük dövlətlərin həyəcanları aydın göstərir.

Doğrudan da, rəsmi İrəvan son zamanlar TRIPP-in reallaşması ilə əlaqəli fikirlər bildirdikcə Rusiya və İran tərəfdən qıcıqlanma hiss olunur. Moskva və Tehran müxtəlif formalarda bu layihənin strateji əhəmiyyətini vurğulayırlar. Türk Dünyasının quru yolu ilə birləşməsinin mümkün geosiyasi nəticələrini çox yaxşı dərk edirlər. Bu inteqrasiya bütövlükdə, Avrasiyada Şərqlə Qərb arasında etibarlı əlaqələrin inkişafına xüsusi təkan verəcək. Bu baxımdan, Azərbaycan Prezidentinin aşağıdakı fikirləri həm aktualdır, həm də əhəmiyyətli məqamlardan birini dəqiq ifadə edir.

Dövlət başçısı demişdir: “...ölkələrimizin TDT, həmçinin digər türk təşkilatları çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının daha sıx inteqrasiyasına və beynəlxalq arenada vahid mövqeyinin möhkəmlənməsinə töhfə verməyə davam edəcək”. O cümlədən, Azərbaycanla Özbəkistan “bütün beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda, xüsusən də BMT, İƏT, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli” əməkdaşlıqlarını inkişaf etdirəcəklər.

İnteqrasiya, tərəqqi və ümumi güc

“Əbədi dostluğ”un Azərbaycan və Özbəkistan nümunəsinin təhlili göstərir ki, iki türk dövləti TDT daxilində inteqrasiyanı dərinləşdirmək əsasında Türk dünyasında tərəqqiyə nail olmağı və bu baza üzərində də ortaq güc formalaşdırmağı hədəfləmişlər. Əlbəttə, burada Türk Dövlətləri Təşkilatının dünya miqyasında geosiyasi güc olması mühüm şərtdir. Bu prosesin fundamentinə isə tarix, dil, mədəniyyət, mənəviyyat, elm, təhsil, qarşılıqlı rəğbət kimi mədəni faktorların qoyulması uzun perspektiv üçün faydalıdır.

Təhlilimizin bu yerində “Turan Platforması”na təsadüfən müraciət etməmişdik. Çünki türk dövlətlərinin birliyi təməldən bir zərurətdir – müəyyən təsirlər nəticəsində bir-birindən ayrı düşmüş türk xalqları yenə də tarixin hökmü ilə birləşmə yolundadırlar. Bu, bütün dünya sivilizasiyası üçün çox faydalı olacaqdır. İndi müstəqil dövlətlər olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan ətraf regionlarda yerləşən ölkələrlə əməkdaşlıq sayəsində çox geniş miqyasda geosiyasi konfiqurasiyanı qarşılıqlı faydalılıq müstəvisinə çaxarmaqdadırlar. Bunun üçün, təbii ki, türk dövlətləri öz daxili birliklərini dinamik inkişaf etdirməlidirlər.

Deməli, türk qövmləri özünüinkişaf modelini regionlararası və qlobal miqyaslara transformasiya etməklə, bütövlükdə, dünya üzrə tərəqqiyə nail olmaq kursunu seçmişlər. Əlbəttə, bu iddiada olan təşkilatlar az deyillər. Lakin reallıqda davamlı tərəqqiyə nail olmaq asan proses deyildir. “Ortaq güc” məsələsinin aktuallığı buradan avtomatik meydana çıxır.

Hər hansı regional təşkilatın ortaq gücü siyasi anlamda bir neçə komponenti özündə ehtiva edir. Burada qərarların qəbul edilməsi və məqsədə çatmaq üçün ölkələrin səfərbər olunması ayrıca rol oynayır.

Əslində, çevik və düzgün qərar qəbulu məsələsi təşkilata üzv dövlətlərin məqsəd uğrunda sürətli səfərbərliyə nail olması ilə sıx bağlıdır. Politologiyada burada resurs potensialı, insan kapitalı, təşkilati strukturlaşma, ideoloji nüfuz dərəcəsi, institusional keyfiyyətlər və s. kimi faktorların sistemli təsiri nəzərə alınır.

Deməli, ortaq güc üçün iqtisadi potensialla yanaşı, siyasi monolitlik, institusional yetkinlik (siyasi, hüquqi, mənəvi), təhlükəsizlik potensialı çox vacibdir. Bunlarla yanaşı, “yumşaq güc” kimi mədəniyyət cazibədarlığı, ümumi dəyərlər, tarixi əlaqələr və təşkilatın beynəlxalq aləmdə nüfuzu ciddi müəyyənedici faktorlardır.

Belə alınır ki, Azərbaycan Prezidentinin müəyyən etdiyi prinsiplər “əbədi dostluğ”un perspektivli olması üçün baza faktorlar rolunu oynaya, bütövlükdə, TDT-ni daim inkişaf edən güclü bir geosiyasi mövqeyə malik təşkilat halına gətirə bilər.

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 06:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see342

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see279

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see270

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see249

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see246

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see239

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see236

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see216

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see211

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see208

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see208

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see207

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see205

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see199

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see194

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see193

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see190

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see183

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see182

Şəkidə beynəlxalq şərab turizmi konfransı keçirildi 800 dən çox qonaq festivalda iştirak etdi

31 Avqust 2026 14:07see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri