Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan: Paytaxtlardan regionlara doğru genişlənən əməkdaşlıq

Azərbaycan Özbəkistan: Paytaxtlardan regionlara doğru genişlənən əməkdaşlıq

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycanla Özbəkistanın münasibətləri xalqların, cəmiyyətlərin tarixi bağlılığına, oxşar ənənələrə və milli-mənəvi dəyərlərə əsaslanır. Hazırda iki dost dövlət arasında əlaqələr bu möhkəm təməl üzərində uğurla inkişaf edir və yeni-yeni istiqamətlər üzrə daha da genişənir.

Bu günlərdə Bakıda Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək dinamikasını təcəssüm etdirən iki mühm tədbir baş tutub. Belə ki, paytaxtımızda  Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib. Eyni zamanda,  Azərbaycanın İqtisadiyyat, Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə III Azərbaycan-Özbəkistan Regionlararası Forumu baş tutub. Tədbirlərdə hər iki tərəfdən hökumət nümayəndələri, sənaye, energetika, kənd təsərrüfatı, logistika, əczaçılıq, qida, turizm və konsaltinq sahələrini təmsil edən şirkət nümayəndələri iştirak ediblər.

Siyasi dialoqun yüksək səviyyəsi

Azərbaycanla Özbəkistan arasında çoxvektorlu əlaqələrdən bəhs edərkən siyasi dialoqun yüksək dinamikasını xüsusi vurğulaya bilərik. İndiyədək iki dost dövlət bütün təzyiqləri dəf edərək, bütün sınaqlardan çıxaraq öz aralarında yüksək etimad mühiti formalaşdırmağa nail olublar. Burada, heç şübhəsiz ki, liderlərin şəxsi nümunələrini, onların dostluq münasibətlərinin, müxtəlif səviyyələrdə təmasların artmasının rolunu xüsusi qeyd etmək lazımdır. Dövlət başçıları tez-tez qarşılıqlı səfərlər edirlər. Bir qayda olaraq İlham Əliyev Özbəkistanda, Şavkat Mirziyoyev isə Azərbaycanda əziz qonaq kimi qarşılanırlar və onlar məmnuniyyətlə bildirirlər ki, bu səfərlər zamanı özlərini evlərindəki kimi hiss edirlər.

Azərbaycan və Özbəkistan liderlərinin əlaqələri yalnız ikitərəfli dialoqla məhdudlaşmır. Liderlər beynəlxalq tədbirlərdə və çoxtərəfli platformalarda da tez-tez bir araya gəlirlər. Son vaxtlarda isə Türk Dövlətləri Təşkilatı (TDT) daha səmərəli əməkdaşlıq platforması qismində çıxş edir. Qeyd edək ki, Azərbaycan və Özbəkistan liderləri Türk Dövlətləri Təşkilatı formatında son olaraq TDT-nın bir qədər bundan əvvəl Macarıstanda baş tutan qeyri-formal Zirvə görüşündə bir araya gəliblər.

Liderlər arasında belə intensiv təmaslar son nəticədə dövlətlərarası münasibətlərin dinamikasına güclü təkan verir, qarşılıqlı inamı daha da artırır.  Artan inamın nəticəsidir ki, iki ölkənin münasibətlərində böyük uğurlar əldə olunub. Məmnunluq hissi ilə vurğulamaq istərdik ki, bugünədək razılaşmaların heç biri kağız üzərində qalmayıb. İndiyədək iki ölkə arasında çoxvektorlu əməkdaşlığın təməlində dayanan əsas siyasi sənəd “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” idi. Prezident İlham Əliyevin ötən ilin avqust ayında Özbəkistana baş tutan  səfəri çərçivəsində isə dövlət başçıları  “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzaladılar. Onlar həmçinin  “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul etdilər. Beləliklə, Azərbaycan və Özbəkistan rəsmən müttəfiq dövlətlər kimi münasibətlərini uğurla inkişaf etdirirlər.

Davamlı olaraq genişlənən iqtisadi əlaqələr

Azərbaycanla Özbəkistan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq  ölkələrimiz arasında iqtisadəlaqələr də davamlı olaraq genişlənir. Bu barədə hər iki tədbirdə ətraflı bəhs olunub. Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, ötən il dövlət başçılarımız tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əlaqələrimizi daha da stimullaşdırır.

Nəqliyyat sektoru iki dost dövlət arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Azərbaycan və Özbəkistan Transxəzər marşrutunda mühüm halqaları təşkil edirlər. Şübhə yoxdur ki, ölkəmizin nəqliyyat imkanlarının genişlənməsi Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Eyni zamanda, indiki reallıqlar alternativ dəhlizlərin formalaşmasını tələb edir. Bu baxımdan, Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi gələcəkdə Azərbaycanın və Özbəkistanın Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərinin 3 milyarddan çox istehlakçısı olan bazarlarına ən qısa yolla çıxışını təmin etməyə imkan verəcək.

İki ölkə arasında ticarət dövriyyəsinin getdikcə artması məmnunluq doğurur. Mikayıl Cabbarovun verdiyi məlumata əsasən, bu ilin ilk beş ayında Özbəkistanla ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədəçox artaraq 200 milyon dolları ötüb. Təbii ki, bu göstərici imkanlardan xeyli aşağıdır. Buna görə də iki dost ölkə öz aralarında ticarət dövriyyəsinin 2030-cü ilə qədər 1 milyard dollara çatdırılması barədə razılığa gəliblər. “Bu hədəfə çatmaq yalnız ticarət deyil, qarşılıqlı investisiya və sənaye kooperasiya layihələrinin artırılması ilə mümkündür. Bu istiqamətdə bir sıra addımlar atılır”, - deyə nazir əlavə edib.

Böyük perspektiv vəd edən sənaye əməkdaşlığı

İki ölkə arasında sənaye əməkdaşlığının böyük perspektivləri var. Forumda bildirlib ki, bu perspektivlər nəzərə alınmaqla Azərbaycan və Özbəkistan arasında sənaye əməkdaşlığı proqramı hazırlanacaq. Proqramın ilkin mərhələsi 2025-2026-cı illəri əhatə edəcək. Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratov Forumda çıxışı zamanı bildirib ki, I Özbəkistan-Azərbaycan Sənaye və İqtisadi Zonaları Forumunun keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Enerji seqmenti iki ölkə arasında sənaye əməkdaşlığının nisbətən yeni və çox mühüm istiqamətini təşkil edir. İndiyədək SOCAR ilə “Özbəkneftgaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın perspektivləri, təcrübə mübadilələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb və əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritəsi” imzalanıb. Forumda Mikayıl Cabbarov məlumat verib ki, SOCAR Özbəkistanın “Qaraqalpaq” investisiya blokunda birgə geoloji kəşfiyyat işlərinin aparılması imkanlarını araşdırır. Nazir yaxın zamanda “Qaraqalpaq” bloku üzrə genişmiqyaslı işlərin başlanacağına ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, 2019-cu ilin yanvar ayında SOCAR və BP şirkətləri Özbəkistanın Üstürt regionunda yerləşən üç investisiya blokunda geoloji kəşfiyyat işlərinə başlamaq niyyətlərini ifadə ediblər və üçtərəfli müzakirələr aparılıb. Bildirilib ki, SOCAR və BP ilə tərəfdaşlıq Özbəkistanın neft-qaz sənayesi üçün prioritet hesab olunur. Bu çərçivədə xarici şirkətlərin nümayəndələrinə Üstürt regionunda yerləşən “Aralomor”, “Samsko-Kosbulak” və “Bayterek” investisiya bloklarında birgə geoloji tədqiqat aparmaq imkanlarını öyrənmək təklif edilib.

10-dan ox investisiya layihəsinin icrası gündəmdə

Forumda Özbəkistanın azərbaycanlı iş adamları üün əlverişli məkan olduğu bildirlib. Eyni zamanda, dost ölkəni təmsil edən iş adamları da Azərbaycanda müxtəlif sahələrə investisiyalar yönəltməyə böyük maraq göstərirlər. Bakıda Özbəkistanın, Daşkənddə isə Azərbaycanın milli mərkəzlərinin tikilməsi barədə razılaşma əldə olunub. İki ölkənin sahibkarları bu layihələrin həyata keçirilməsində iştirak edəcəklər. Hazırda Özbəkistanda Azərbaycan kapitalına malik 204 şirkət fəaliyyət göstərir. Respublikamız dost ölkənin iqtisadiyyatına 12 milyon ABŞ dolları investisiya qoyub. Verilən məlumatlara görə, Azərbaycan şirkətlərinin Özbəkistanda əsas fəaliyyət sferaları maşınqayırma və metallurgiya, yüngül sənaye, qida məhsullarının istehsalı, yaşayış evlərinin tikintisi, xidmət və digər sahələrdir.

Nizamnamə kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan investisiya fondu vasitəsilə aparılan səmərəli işbirliyi məmnunluq doğurur. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” saziş 2023-cü il fevralın 24-də Daşkənd şəhərində imzalanıb və hər iki ölkənin dövlət başçıları tərəfindən təsdiqlənib. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti Azərbaycanda və Özbəkistanda, eləcə də üçüncü ölkələrdə investisiya layihələrinin gerçəkləşdirilməsinə hesablanıb. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin hazırda 10-dan çox layihəsi var. Fondun xətti ilə müxtəlif sahələri əhatə edən bir sıra perspektivli layihələrin icrasına start verilib. Azərbaycan və Özbəkistan pambıq klasteri layihəsi çərçivəsində 2 min hektar sahədə əkin aparıb. Bu rəqəmin 6 min hektara çatdırılması planlaşdırılır. Ölkələrimiz avtomobil sənayesi sahəsində də əməkdaşlığı davam etdirirlər. Artıq birgə müəssisədə 9 min ədəd “Chevrolet” markalı avtomobil istehsal edilib ki, bu da “Made in Azerbaijan” və “Made in Uzbekistan” brendlərini gücləndirir. İndiyədək turizm və hotel biznesi sahəsində yaxşı əməkdaşlıq təcrübəsi qazanılıb. Hazırda Azərbaycan şirkəti tərəfindən Daşkənddə dəyəri 300 milyon ABŞ dolları olan hotelin tikintisi uğurla davam etdirlir. “Bu istiqamətdə 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti mühüm rol oynayır. Fond yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir”, - deyə Mikayıl Cabbarov qeyd edib.

Hər iki ölkədə regionların artan cəlbediciliyi

Azərbaycan - Özbəkistan münasibətlərində diqqəti çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, qarşılıqlı əməkdaşlıq yalnız paytaxtlarla məhdudlaşmır, hər iki ölkənin regionlarına doğru genişlənir. “Azərbaycan ilə Özbəkistanın Fərqanə vilayəti arasında iqtisadi əməkdaşlıq üçün böyük potensial var”. Bunu forumda Özbəkistanın Fərqanə vilayəti rəhbərinin müavini Nuriddin Mamajanov  bildirib.

Onun sözlərinə görə, bu ilin 5 ayında Özbəkistanın Fərqanə vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3,3 milyon ABŞ dolları təşkil edib: “Ancaq ticarət dövriyyəsini və investisiyaları artırmaq üçün böyük potensialımız var. Ötən ilin avqustunda Daşkənddə keçirilən investisiya forumu çərçivəsində ümumi dəyəri 144 milyon ABŞ dolları olan dörd yeni investisiya layihəsinin həyata keçirilməsi barədə razılıq əldə olunub”.

N.Mamajanov qeyd edib ki, Fərqanə vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqaməti Avropa bazarlarına ixrac üçün nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının emalıdır: “Bundan əlavə, bu gün Çinin geniş bazarında ayrı-ayrı Azərbaycan şirkətləri ilə uğurla işləyirik. Həmçinin, Azərbaycanın “Azərsun” şirkəti ilə məhsulların emalı üzrə layihə ilə bağlı danışıqlara başlamışıq. Layihənin ilkin dəyəri 140 milyon ABŞ dolları təşkil edir”, -  deyə  vurğulayıb. 

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyun 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see234

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see225

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see162

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see139

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see110

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri