Icma.az
close
up
RU
Azərbaycan Pakistan tərəfdaşlığı güclənir: gələcək addımlar və əməkdaşlıq

Azərbaycan Pakistan tərəfdaşlığı güclənir: gələcək addımlar və əməkdaşlıq

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycanla Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri tarixən möhkəm təməllər üzərində qurulub. Bu əlaqələr hər iki ölkənin milli maraqlarına uyğun şəkildə inkişaf edir.

Siyasi, iqtisadi, müdafiə və humanitar sahələrdə əməkdaşlığın daim güclənməsi qardaş dövlətlər arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə keçirdiyi təkbətək görüş xüsusi əhəmiyyət kəsb edir. Görüş zamanı ikitərəfli əlaqələrin cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub, eləcə də regional və beynəlxalq gündəmdəki vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu görüş iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm addım hesab edilir. 

İlham Əliyev ilə Məhəmməd Şahbaz Şərifin təkbətək görüşü hansı konkret sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Asim Mollazadə bildirib ki, Azərbaycan və Pakistan arasındakı münasibətlərin inkişafı baxımından prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin təkbətək görüşü mühüm əhəmiyyət kəsb edir. Müsahibimizə görə, görüş iki ölkə arasında əməkdaşlığın bir çox sahələrdə gücləndirilməsinə töhfə verə bilər: 

"İlk növbədə, iqtisadi əməkdaşlığın inkişafı diqqət çəkir. Azərbaycanın enerji sektoru, xüsusən də neft və qaz sahələrində Pakistanla əməkdaşlıq potensialı böyükdür. Həmçinin, ticarət əlaqələrinin inkişafı, xüsusilə kənd təsərrüfatı, infrastruktur və istehsal sahələrində yeni layihələrin həyata keçirilməsi mümkündür. Bu, hər iki ölkənin iqtisadiyyatını daha da gücləndirəcək".

Asim Mollazadə:  Müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlığın genişləndirilməsi vacibdir

Müsahibimiz deyib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq da mühüm əhəmiyyətə malikdir. Azərbaycan beynəlxalq nəqliyyat və tranzitdə mühüm mövqeyə sahibdir. Pakistanla əməkdaşlıq, xüsusilə Xəzər dənizi və Orta Asiya ilə əlaqələrin gücləndirilməsi, beynəlxalq logistika marşrutlarının diversifikasiyasına və ticarətin asanlaşdırılmasına kömək edə bilər. Bu sahədəki əməkdaşlıq, hər iki ölkənin regional iqtisadi inteqrasiyasına əhəmiyyətli təsir göstərə bilər.

A.Mollazadənin sözlərinə görə, müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlığın genişləndirilməsi vacibdir. Deputat bildirib ki, hər iki ölkə regional təhlükəsizlik məsələləri və müasir təhlükələrə qarşı mübarizədə daha sıx əməkdaşlıq edə bilər. Bu, ikitərəfli hərbi təlimlər, silah tədarükü və təhlükəsizlik sahəsində təcrübə mübadiləsini əhatə edə bilər. Azərbaycanın və Pakistanın hərbi potensialı bir-birini tamamlayaraq, regional sabitliyin qorunmasına töhfə verə bilər.

Həmsöhbətimiz vurğulayıb ki, regional siyasi əməkdaşlıq çox vacibdir:

"Azərbaycan və Pakistan regional və beynəlxalq məsələlərdə əməkdaşlıq edərək beynəlxalq arenada birgə mövqeyin təşviqinə çalışa bilərlər. Bu, xüsusilə terrorizm, insan hüquqları və regional sabitlik kimi məsələlərdə həmfikir yanaşmaları əhatə edə bilər. Bütün bu sahələrdə gücləndirilmiş əməkdaşlıq Azərbaycan və Pakistanın strateji tərəfdaşlığını daha da möhkəmləndirərək hər iki ölkənin regional və beynəlxalq səviyyədə nüfuzunun artırılmasına təkan verəcəkdir".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri