Icma.az
close
up
RU
Azərbaycan pambıq sektorunda tarixi ilk: Prime Cotton USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu

Azərbaycan pambıq sektorunda tarixi ilk: Prime Cotton USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prime Cotton Azərbaycan pambıq sektorunda tarixi bir mərhələyə imza ataraq, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin National Organic Program (USDA NOP) çərçivəsində rəsmi Orqanik Sertifikat əldə edən ilk şirkət oldu.

USDA NOP sertifikatı Prime Cotton-un istehsal etdiyi pambığın:

• tam orqanik olduğunu,

• istehsal proseslərinin şəffaf və izlənəbilən şəkildə aparıldığını,

• fəaliyyətlərin qlobal səviyyədə tanınan orqanik standartlara uyğunluğunu rəsmi şəkildə təsdiqləyir.

Bu sertifikat Prime Cotton məhsullarının beynəlxalq bazarlarda etibarlı və rəqabətqabiliyyətli şəkildə təqdim olunmasına mühüm imkanlar yaradır və şirkətin qlobal tərəfdaşlar üçün etibarlı təchizatçı mövqeyini daha da gücləndirir.

“USDA NOP Orqanik Sertifikatının əldə olunması Prime Cotton üçün sadəcə bir sertifikat deyil, şirkətimizin gələcək inkişaf istiqamətini müəyyən edən strateji bir addımdır. Azərbaycanın pambıq sektorunda bu sertifikatı əldə edən ilk şirkət olmaq bizim üçün böyük qürurdur. Bu nailiyyət dayanıqlı kənd təsərrüfatına, şəffaf istehsala və beynəlxalq standartlara sadiqliyimizin bariz göstəricisidir. Məqsədimiz Azərbaycan pambığını qlobal bazarlarda yüksək etimadla təmsil etməkdir” deyə Prime Cotton şirkətinin Baş icraçı direktoru Rövşən Mahmudov bildirib.

USDA NOP sertifikatı Prime Cotton-un dayanıqlılıq və məsuliyyətli istehsal strategiyasının tərkib hissəsidir. Şirkət eyni zamanda Sedex, OEKATEX, Geodentify, Higg, ICA kimi beynəlxalq sertifikat və üzvlüklərə malikdir.

Bu sertifikat və üzvlüklər Prime Cotton-un beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və məsuliyyətli istehsal prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.

Qeyd edək ki, "Prime Cotton" MMC — 30 illik təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.

[email protected]

+994 (55) 515 01 01

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://marja.az
archiveBu xəbər 24 Dekabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri