Icma.az
close
up
RU
Azərbaycan pozuculuq meydanı ola bilməz

Azərbaycan pozuculuq meydanı ola bilməz

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bakıdakı “Rus evi” ətrafında sosial şəbəkələrdə yayılan dezinformasiyalar məlum təlimatlara əsaslanır və Rusiya Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda daha sonra bildirilir ki, sosial şəbəkələrdə “bakılıları və rus irsinə, mədəniyyətinə dəyər verən və hörmət edən hər kəsi “Rus evi”nə dəstək aksiyasında iştirak etməyə çağırışlar var. Bu materiallar feykdir”.

Həmçinin vurğulanıb ki, nəşrlər “Rus evi”nin rəsmi simvollarından, müvafiq dizayn elementlərindən və əlaqə məlumatlarından istifadə ediblər. O da qeyd edilib ki, bu saxtakarlıq kütləvi auditoriyanın emosional reaksiyasını oyatmaq üçün nəzərdə tutulub: “Söhbət yaxşı planlaşdırılmış üslubdan gedir. Aydındır ki, bu saxtakarlığın müəllifləri Azərbaycan vətəndaşlarını ölkəmizə qarşı qoymağa, etnik ədavəti qızışdırmağa və Rusiya ilə bağlı hər şeyə Qərb üslubunda “yanaşmaya, ölkələrimizin qarşılıqlı fəaliyyətinə, o cümlədən humanitar və mədəni əlaqələrinə xələl gətirməyə çalışırlar”.

Diplomatik qurum MDB-də anti-Rusiya kampaniyalarından məlum olan metodologiya və alətləri ayrıca qeyd edib: “Biz bu cür məlumatların sızdırlma mənbələrinə daha yaxından nəzər salmağı tövsiyə edirik”.

Rusiya Xarici İşlər Nazirliyi daha sonra əlavə edib: “Üslub tanışdır və məqsəd aydındır. “Rus evi”ni Azərbaycan ictimaiyyətinə qeyri-adekvat şəkildə təqdim etmək istəyirlər. Vəziyyətin absurdluğunu pul təzminatı vədi (xüsusən də rusiyalılara, aksiya iştirakçılarına, reklamlardan istifadə etməmək) daha da ağırlaşdırır”.

Qeyd edək ki, Bakıdakı “Rus evi”nin adından başqa saxta məlumatlar da yayılıb. Xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərən bəzi “Youtube” kanalları da həmin məlumatlara istinadən materiallar yayıb.

Əlavə edək ki, bir neçə gün bundan əvvəl Azərbaycan “Rus evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib. XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında əməkdaşlıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə “Rus evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir. Azərbaycan XİN-nin tələbi ilə əlaqədar, “Rossotrudniçestvo”nun nümayəndəliyi Bakıdakı “Rus evi”nin öz fəaliyyətini dayandırdığını bildirib. Artıq mərkəzin adının rus dilində yazılan hissəsi götürülüb.

Beləliklə, Rusiyanın və Azərbaycanın münasibətlərinin pisləşməsində maraqlı olan qüvvələr tərəfindən idarə olunan KİV Bakının "Rus evi"ni bağlamaq qərarını anti-Rusiya addımı kimi təqdim edirlər. Bəzi ekspert və politoloqlar iki ölkə arasındakı münasibətlərin yenidən nəzərdən keçirilməsini, Rusiyada yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə çağırışlarını irəli sürürlər.

Əvvəlcə qeyd etmək lazımdır ki, iki ölkənin tarixində daxili siyasi qərarların ikitərəfli münasibətlərə təsir etdiyi hallar yeni deyil. Belə ki, hələ 2008-ci ildə Bakıda “26 Bakı komissarı” abidəsinin sökülməsi qərarı qəbul edilmişdi. Bu, qarşı tərəfin narazılığına səbəb olmuşdu. Təxminən on il sonra Rusiyada məhkəmə qərarı ilə Azərbaycan diasporunun ən böyük təşkilatı (VAK) bağlandı ki, bu da Bakının mənfi reaksiyasına səbəb oldu. Lakin bu, ikitərəfli münasibətlərin strateji pisləşməsinə gətirib çıxarmadı. Beş il sonra tərəflər Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzaladılar. Bu gün Azərbaycan–Rusiya münasibətləri növbəti dəfə möhkəmlik sınağından keçir. Beynəlxalq münasibətlər tarixində tərəfdaşlar arasında bu cür hallar çox olub. Və inanırıq ki, tezliklə bu iki ölkə arasında ortaya çıxan bütün problemlər öz həllini tapacaq.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elşad Musayev ilə söhbətimiz də bu barədədir. Deputatın fikrincə, hazırda Azərbaycanla Rusiya arasında münasibətlər kifayət qədər sərtləşib: “Müxtəlif dairələr bu münasibətlərin kəskinləşməsi istiqamətində addımlar atırlar. Bunlardan biri sosial şəbəkələrdə “bakılıları və rus irsinə, mədəniyyətinə dəyər verən və hörmət edən hər kəsi “Rus evi”nə dəstək aksiyasında iştirak etməyə çağırışla bağlıdır. Rusiya XİN-i bununla bağlı təkzib verdi. Azərbaycan rəsmi orqanları hər hansı rəsmi mövqe bildirməyib. Amma nəzərə alaq ki, Azərbaycanın özündə vəziyyəti gərginləşdirmək istəyən qüvvələr var. Müəyyən qismi ölkədən kənardadır. Buna baxmayaraq, daxildə onların təsirində olan agentura şəbəkəsi mövcuddur və vəziyyəti gərginləşdirməyə çalışırlar. Ona görə də, bütün hallarda ehtiyatlı olmalıyıq. Azərbaycanın yalnız hüquq-mühafizə orqanları deyil, eyni zamanda, vətəndaşları da hazırlıqlı olmalıdırlar. Hər hansı bir təxribat baş verərsə, ona qarşı tədbir görülməlidir.

Bir şeyi də nəzərə almaq lazımdır ki, bəzi xarici qüvvələr ölkəmizin qonşu dövlətlərlə münasibətlərinin gərgin olmasında maraqlıdırlar. Bu niyyətdə olan yaxın qonşularımız da az deyil”.

Musayev daha sonra qeyd etdi ki, hər halda təyyarə qəzası ilə bağlı Rusiyanın Azərbaycana qarşı tutduğu mövqe ədalətsizdir: “Moskva AZAL-ın qəzaya uğrayan təyyarəsinə görə üzr istəməli, bu hadisədə əli olanlar barəsində tədbir görməlidir. Təəssüflər olsun ki, bugünədək təyyarəmizi vuran cinayətkarlar əl-qolunu sallayaraq sərbəst gəzirlər. Onlara qarşı heç bir tədbir görülmür. Bu, azmış kimi, Rusiya tərəfindən Azərbaycana qarşı təxribat xarakterli çıxışlar olur. Moskvanın mövqeyi məkrlidir. Unutmamalıdır ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət həyata keçirir. Bu, böyük dövlətlərin çoxunu, o cümlədən də Rusiyanı qane etmir. Onlar öyrəniblər ki, ətraf ölkələrə təzyiq etsinlər. Müstəqil siyasətimiz Rusiyanın müəyyən dairələrində də qıcıqla qarşılanır. Bütün hallarda, istər Azərbaycan təyyarəsinin vurulması, istərsə ondan sonrakı hadisələrdə Moskvanın davranışı Azərbaycan dövlətçiliyinə qarşıdır”.

O ki qaldı “Rus evi”nə, onun bağlanması ölkəmizin qanunvericiliyinə uyğun həyata keçirilib. Rusiya tərəfi də bunu qəbul etməlidir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli isə bildirdi ki, sosial şəbəkələrdə “Rus evi”nə dəstək aksiyasında iştirak etməyə çağırışlar qeyri-sağlam məqsədlərə xidmət edir: “İlk növbədə hesab edirəm ki, bu çağırışı yayanların məqsədi ölkədə vəziyyəti gərginləşdirmək, vətəndaşlar və ayrı-ayrı sosial qruplar arasında nifaq salmaqdır. Düşünürəm ki, onların bu cəhdləri bir nəticə verə bilməz. Azərbaycan xalqı öz dövlətinə bağlıdır. Dövlətinin maraq və mənafeyini birmənalı olaraq müdafiə edir. Azərbaycan xalqı kifayət qədər yüksək siyasi şüura, intellektual səviyyəyə malikdir. Belə bir xalqı çaşdırmaq, ölkədə nifaq salmaq cəhdləri nəticə verə bilməz. Azərbaycan pozuculuq fəaliyyəti üçün meydan deyil”.

M.Məmmədli daha sonra vurğuladı ki, Azərbaycanın heç bir dövlətlə münasibəti gərginləşdirmək məqsədi, niyyəti yoxdur. Ölkəmiz bütün dövlətlərlə, o cümlədən qonşuları ilə faydalı əməkdaşlığın tərəfdadır. Ancaq təəssüf ki, hər şey bizim istəyimizdən asılı deyil. Görünən otur ki, Rusiya hakim dairələrində də bu reallığı aydın dərk etməyənlər var. “Rus evi”nin fəaliyyəti də ilə bağlı mövqeyimiz ilk növbədə hüquqa əsaslanır. Bu mərkəz, məlum olduğu kimi, qeyri-qanuni fəaliyyət göstərib. Ümumiyyətlə, qeydiyyatı olmayıb və Azərbaycanın daxili qanunvericiliyini pozub.

Mediada yayılan məlumatlardan aydın olur ki, “Rus evi”nin Rusiya kəşfiyyatı ilə də əlaqəsi olub . Yəni Azərbaycan bu “evi” bağlamaqda tamamilə haqlıdır.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri