Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti ilə görüşüb YENİLƏNİB Doğru Xəbərlər
Icma.az bildirir, Dogru.az portalına istinadən.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, COP29-un yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevi təbrik edən Deni Sassu-Nqesso ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladı.
Ali qonaq Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı. Azərbaycanın müxtəlif nazirliklərinin ekspertlərindən ibarət nümayəndə heyətinin tezliklə Konqoya səfərinin təşkil edilməsi, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarına baxılması məsələsi qeyd olundu. Konqodan olan tələbələrin ölkəmizdə təhsil almalarına yaradılan şəraitə görə minnətdarlıq ifadə edildi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
Dövlətimizin başçısı COP29-da substantiv məsələlər üzrə də yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi. Bununla belə, prosesin bundan sonra da, yəni, tədbirin sonuna qədər davam etdiriləcəyi vurğulandı. Bu xüsusda, Paris Sazişinin 6-cı bəndi üzrə əldə edilmiş ilkin razılaşmalar müsbət qiymətləndirildi. Həmçinin İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması və ona əlavə maliyyə töhfələrinin verilməsi məsələsinə toxunuldu. Görüşdə beynəlxalq maliyyə və bank təsisatları tərəfindən yeni maliyyə hədəfi ilə əlaqədar bəyan edilən mövqenin bu istiqamətdə müsbət addım olduğu qeyd edildi.
DOĞRU.AZ
Baxış sayı:51
Bu xəbər 13 Noyabr 2024 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















