Azərbaycan Prezidenti Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümid edir
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.
Sfera.az xəbər verir ki, dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.
Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.
Baxış sayı:99
Mənbə:https://sfera.az
lham əliyev
aid məsələlərə
aradan qaldırılmasına
azərbaycan prezidenti
azərbaycanın qardaş
başlayacağına ümidvar
bildirərək azərbaycanın
birlikdə suriya
cənubi qafqaz
danışığı əsnasında
dövrünün başlayacağına
dəstək verməyə
dəstəklərini ifadə