Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin Avazada səsləndirdiyi mesajlar gələcək geosiyasi konfiqurasiyanın əsas istiqamətlərinə dair strateji baxışdır ŞƏRH

Azərbaycan Prezidentinin Avazada səsləndirdiyi mesajlar gələcək geosiyasi konfiqurasiyanın əsas istiqamətlərinə dair strateji baxışdır ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 23 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilmiş yüksəksəviyyəli Zirvə görüşündə səsləndirdiyi fikirlər bölgədə yeni tarixi mərhələnin başlanğıcıdır. Bu çıxış həm regionda inteqrasiya proseslərinin güclənməsinə, həm də türkdilli dövlətlərin qlobal siyasi və iqtisadi məkanda daha güclü mövqelərə sahib olmasına xidmət edir. Prezidentin Avazada səsləndirdiyi mesajlar yalnız ikitərəfli dostluq münasibətlərinin təsdiqi deyil, eyni zamanda, gələcək geosiyasi konfiqurasiyanın əsas istiqamətlərinə dair strateji baxışdır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

“Azərbaycan lideri vurğuladı ki, Türkmənistan bu gün etibarlı əllərdədir və Avazada müşahidə olunan inkişaf ölkənin düzgün idarəçilik xəttinin nəticəsidir. Bu sözlər əslində təkcə Türkmənistana ünvanlanan səmimi hörmət deyil, həm də Azərbaycanın regiondakı tərəfdaşlarına münasibətdə sərgilədiyi qardaşlıq və etimadın göstəricisidir. Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması isə sadəcə, simvolik sənəd deyil, xalqlarımızın tarixi köklərindən gələn birliyin rəsmi təsdiqidir. Oğuz kökənindən gələn Azərbaycan və Türkmənistan xalqları bu gün də bir-birinə arxalanaraq gələcəyə doğru addımlayırlar.

Prezident İlham Əliyevin Füzulidə türkmən xalqının hədiyyəsi olan məscidin inşası ilə bağlı dedikləri həm mənəvi, həm də siyasi rəmz daşıyır. Qarabağın bərpasında türkmən dəstəyinin belə konkret layihə ilə təzahür etməsi, bölgədə qardaşlığın və həmrəyliyin necə möhkəm əsaslara söykəndiyini göstərir. Bu addım həm də Ermənistanın işğalı nəticəsində illərlə dağıdılmış torpaqlarımızda yeni həyatın bərpasına töhfədir”, - deyə F.Yıldırım qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Özbəkistanla bağlı səsləndirdiyi fikirlər də xüsusi diqqətəlayiqdir. Xankəndidə yüzlərlə insanı iş yeri ilə təmin edən tikiş fabriki və Füzulidə açılmış Mirzə Uluqbəy məktəbi sadəcə sosial-iqtisadi layihələr deyil, həm də qardaşlığın əməli ifadəsidir. Prezident İlham Əliyevin sözləri ilə desək, bu təşəbbüslər Azərbaycana qardaşlıq adı altında verilən ən dəyərli hədiyyələrdir. Burada diqqətçəkən məqam odur ki, Özbəkistan yalnız sözlə deyil, əməli addımlarla Azərbaycanın yanında olduğunu sübut edir: “Zirvə görüşünün ən strateji məqamlarından biri isə üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi mesajdır. Bu, sadəcə, texniki əməkdaşlıq platforması deyil, bölgənin geosiyasi çəkisini artıracaq yeni bir birlikdir. Nəqliyyat və logistika xətləri üzərində birləşən Azərbaycan, Türkmənistan və Özbəkistan, əslində, Orta Dəhliz adlanan qlobal tranzit marşrutunu daha da gücləndirir. Bu isə Çindən Avropaya uzanan ticarət yollarında Türk dünyasının əsas oyunçuya çevrilməsi deməkdir. Azərbaycanın təşəbbüskarlığı ilə reallaşan bu layihələr həm regional, həm də qlobal güc balansında yeni imkanlar açır. Prezident İlham Əliyev göstərdi ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında strateji söz sahibinə çevrilib. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz enerji, nəqliyyat, logistika və siyasi əməkdaşlıq sahələrində qlobal oyunçuların diqqət mərkəzindədir. Məhz bu liderlik sayəsində Azərbaycan həm Qərb, həm də Şərq üçün etibarlı tərəfdaş kimi tanınır.

Bu Zirvə görüşü sübut etdi ki, Prezident İlham Əliyev yalnız Azərbaycanı deyil, bütün Türk dünyasını yeni bir mərhələyə aparan liderdir. Onun təşəbbüsləri nəticəsində türkdilli dövlətlər artıq sözdə deyil, əməli addımlarla birləşərək, həm regional sabitliyi, həm də qlobal əməkdaşlığı təmin edirlər. Azərbaycan Prezidenti bir daha nümayiş etdirdi ki, dahi siyasətçi olmaq üçün təkcə liderlik bacarığı deyil, həm də strateji vizyon və xalqların gələcəyinə yönəlmiş uzaqgörənlik lazımdır. Beləliklə, Avazadakı Zirvə görüşü tarixi hadisə kimi qiymətləndirilməlidir. Bu görüşün arxasında duran əsas məna odur ki, Azərbaycan, Türkmənistan və Özbəkistan birgə gücünü birləşdirərək bölgədə sülh, sabitlik və inkişaf üçün yeni əməkdaşlıq platforması qururlar. Bu əməkdaşlıq formatı təkcə regional maraqlara deyil, həm də qlobal geosiyasi proseslərə təsir edəcək bir amilə çevrilir. Azərbaycanın bu prosesdə lider mövqeyini təmin edən əsas faktor isə Prezident İlham Əliyevin müdrikliyi, uzaqgörən siyasəti və qətiyyətidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Avqust 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see434

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see171

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see165

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see162

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see159

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see148

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see139

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see138

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri